Şimdi yükleniyor

Cemil Hasanlı: Anar mənim böyük maraqla oxuduğum yazıçıdır

Anarın “Qatardan qalan adam” hekayəsin oxudum. Onun aşağı-yuxarı demək olar ki, bütün əsərlərini oxumuşam. Onu da deyim ki, , Anar mənim böyük maraqla oxuduğum yazıçıdır. Yaradıcılığı haqqında məqalə də yazmışam. Hekayə haqqında qarşıma çıxan rəylərlə də tanış oldum. Bəzilərinin həcmi hekayənin həcmindən böyükdür. Şübhəsiz ki, bu rəy müəlliflərinin öz işi, öz yanaşmasıdır.

Anar hələ gənclik illərindən dramatik süjetlər qurmağın ustasıdır. Amma haqqında söhbət gedən “Qatardan qalan adam” ədəbi “möcüzə-zad” deyil, Anarın yaradıcılıq imkanlarından aşağı, zəif bir bədii nümunədir. Gerçəkliyə uyğun olub-olmaması, zamanla ayaqlaşıb-ayaqlaşmamasından asılı olmayaraq hər bir bədii əsər müəllifin təxəyyülünün məhsulu ola bilər. Amma…

Oxucu təəssüratım qısaca belədir: “Qatardan qalan adam” Ishaq Salmanzadə pulu və Amerikaya getmək arzusu olsa da, düşüncə və dünyagörüş etibarı ilə Itqapanlı kəndindən o terefə gedə bilmir, mahiyyət etibarı ilə XXI əsrin Novruzəlisini xatırladır və Novruzəlinin daha zəif, daha süni prototipidir. “Poçt qutusu”nda rus üsul-idarəsinin mahiyyəti ortaya qoyulursa, “Qatardan qalan adam”da Macarıstanın nümunəsində “tualetləri pullu olan” Avropanın yumuşaq deşək ironik obrazı yaradılır.

Birincisi, Macarıstan da daxil olmaqla Avropa vağzallarında (qatar, avtopus və digər ictimai yerlərdə ) tualetlər Azərbaycanda olduğu kimi pullu deyil. Şübhəsiz ki, pullu olan yerlər də var. İkincisi, Macarıstanda daxil olmaqla Avropada adamı Azərbaycanda olduğu kimi bu qədər asan həbs etmək qeyri-mümkündür. Burada Macarıstan polisinin İshaq Salmanzadənin qolunu burub həbs etməsi, həbs yerində onun “qəflətən” ölməsinin ölkəmizdə günahsız insanların narkotika, polisə müqavimət kimi saxta ittihamlarla həbs edilməsi, istintaq altında döyülüb öldürülməsi arasında “mənəvi bağları” duyulur. Sanki polis elə Avrpada da Azerbaycanda olduğu kimidir. Bəlkə də yazıçı belə düşünmür. Amma nəticə belə alınır.

Üçüncüsü, hekayənin sonluğunda “meyiti krematoridə yandırılmasına” gəldikdə, Avropa və Ameikada “meyitin krematoridə yandırılması” ən bahalı mərasim sayılır. Yazıçının bədii təxəyyülünün gücündən və hüdudlarından asılı olmayaraq cibində bir qəpiyi olmayan qərib yerdə polis idarəsində vəfat etmiş sahibsiz birinin meyitinin krematoridə yandırılması və külünün “havaya sovrulması” bir az inandırıcı deyil, hətta hekayədə olsa belə.
Cemil Hasanlı

Share this content:

Yorum gönder