KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: Əliyev Putinə dil hesabatı verdi

Cemil Hasanlı: Əliyev Putinə dil hesabatı verdi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
115 0

Dünən Astanada İlham Əliyev Pusiya prezidenti Vladimir Putinə dil hesabatı verdi. O, Putinə müjdə verib ki: “Bizdə bir milyona yaxın şagird rus dilində təhsil alır, 150 min nəfər rus məktəblərində oxuyur, 800 min nəfər isə rus dilini ikinci dil kimi öyrənir. Yəni, bu, onu deməyə əsas verir ki, vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdə olacaqlar və rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar.” Əgər nəzərə alsaq ki, Azərbaycanın orta təhsil müəssisələrində oxuyan şagirdlərin sayı 1 milyon 700 mindən bir qədər artıqdır, onların da 1 milyonu rus dilini öyrənir. Bu elə Rusiyanın neokolonializm, ruslaşdırma siyasətinin bir formasıdır, onu da həyata keçirən, Rusiyanın Azərbaycandakı dayağı İlham Əliyevdir.

Putin də öz növbəsində bu rus məktəblərini şəxsi diqqətində saxladığına görə Əliyevə deyib ki, “Azərbaycanda rus dilində 300-dən çox məktəb fəaliyyət göstərir, gənclərə və uşaqlara rus dili öyrədilir. Bu, gələcəkdə də əlaqələrimizin qorunub saxlanılması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır.” Yəni hələ uzun müddət Azərbaycan Rusiyanın yedəyində gedəcək, rus dili ilə danışacaq, Rusiya kimi danışacaq. Bəs harada qaldı müstəqil, bərabər hüquqlu münasibətlər. Axı Putin demədi ki, Rusiyada nə qdər şagird Azərbaycan dilində təhsil alır və Rusiyada nə qədər şagird ikinci dil kimi Azərbaycan dilini öyrədir.

2022-ci ilin noyab ayının 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə GörüşündəIlham Əliyev atəşin bir nitq irad edib orada demişdi ki, “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”. Və bu sözlərdən də bizim bəzi Güneyli qardaşlarımız qanadlanaraq az qala Sərdari Milli Səttarxanın çuxasını Əliyevin çiyinə atıb onu Təbrizin Əmirxiz məhəlləsindəki fədailərin səngərinə salsınlar.

Nə oldu, az qalırdı bizim gözümüzü deşsinlər ki, Əliyev Güneyi azad etmək istəyir, siz niyə mane olursunuz. Öz evində rusca danışan adamın 40 milyonluq azərbaycanlının ana dilini qoruma ritorikası da bir ayrı dərddir. Güneydən İrana qarşı bir təzyiq vasitəsi kimi istifadə edib Tehranla anlaşan kimi adam güneylilərin milli-mənəvi arzularını gözündè qoydu. Hələ Güneydəki 40 milyon bir yana, indi cənab Əliyev müstəqil Azərbaycanın məktəblərini də ruslaşdırır, rus dilində oxuyanların, rus dilini ikinci dil kimi öyrənənlərin sayının bir milyona çatdığının hesabatını verir Putunə. Adam türk birliyindən-zaddan danışırdı. Görünən odur ki, cənab Əliyevin türk birliyinə gedən yolu da elə rus dilindən keçir.

Məlum olduğu kimi rus dili son 15-20 ildə Rusiyanın əlində neo-müstəmləkəçilik, yaylımçılıq, rus təsirini yaymaq və qoruyub saxlamaq alətidir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazda Rusiyanın “humanitar” siyasətinin forpostu xidmətin yerinə yetirir və həm də yalnız humanitar sahədə yox. Deməli Əliyev Azərbaycanda rus dili öyrənənlərin sayının bir milyon nəfərə çatdığını iftixarlar dediyi halda, Bakıda fəaliyyət göstərən yeganə fransız məktəbin bağlayıb. Çünki Fransa Rusiyanın hədəfindədir. Putin Parisə deyə bilmədiyin də Əliyevin dili ilə deyir.

Öz ölkələrində öz xalqlarını qorxu altında saxlayan, neo-müstəmləkəçiliyin bütün həqarətini öz xalqlarının başında çatladan, çağdaş dünyanın ən böyük müstəmləkə imperiyasının başçısı olan Putin Əliyevlə birlikdə Yeni Kaledoniyanı, Fransanın dəniz arxası mülkələrini “azad” etmək istəyirlər. Bəs 300 ilə yaxındır Rusiyanın müstəmləkəsi altında əzilən Tatarıstanı, Başqırdıstanı, Çeçenləri, İnquşlaraı, Dağıstan xalqlarını, Sibir xalqlarını kim azad edəcək? Bəlkə bunları Rusiya Berdışla (Rus ordusunda istifadə edilən baltaya bənzər soyuq silah) işğal etməyib. Bəs bu biçarələrin gününə kim acıyacaq?
Cemil Hasanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir