KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Cemaleddin H Quliyev: Tehran niyə yenə gərginlik axtarır?

Cemaleddin H Quliyev: Tehran niyə yenə gərginlik axtarır?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
236 0

Martın 11-də Tehran dövlətinə məxsus hərbi təyyarə Azərbaycanla sərhədi boyunca uçuş həyata keçirib. Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında bildirilir ki, hərbi təyyarənin iki ölkə arasında sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdiddir və dövlətlərarası münasibətləri daha da gərginləşdirməyə xidmət edir .

Qıcıqlanmaya səbəb kimi daha çox İsrail faktoru qabardıldı. Xüsusən, İsrailin kəşfiyyat naziri Gila Gamlielinin Azərbaycanda keçirdiyi görüşlər və keçmiş baş nazir Ehud Olmertin Bakı qlobal forumunun panellərində çıxışı zamanı Arazdan cənubdakı siyasi-inzibati ərazini təhdid kimi göstərməsi Tehranda xeyli qıcıq yaratmışdı.

“Al-Mayadeen” sərhəddəki növbəti gərginliyi İsrailin Azərbaycana yardımlarının artması ilə əlaqələndirib. “Aljarida” nın xəbərinə görə, İran kəşfiyyatı İsrailin Azərbaycan ərazisindən qəfil hücumu ehtimalı barədə orduya xəbərdarlıq edib.

“İlluminations” saytında bir gün əvvəl dərc olunmuş məqalədə isə iddia olnurdu ki, hadisələrin məntiqi İsrailin İrana yaxında hücum edə biləcəyini göstərir. İsrail 1967-ci ildəki kimi blitskriqə müraciət edəcək ki, ilk zərbədən sonra düşmənin ciddi müqavimət imkanı olmasın. Bunun üçün Bəsrə körfəzi ölkələri, Azərbaycan və İraq Kürdüstanındakı bir neçə bazadan hücum palnalaşdırlır. “Belə görünür ki, bir qrup F-35 təyyarəsi Azərbaycanda bazaya gəldikdən sonra iranlılar rəsmi Bakıya kəskin siqnal göndərib, bundan sonra Azərbaycan tərəfi İrana hücum üçün platsdarm verməyəcəyini bəyan edib”-deyə nəşr yazır..

Əslində göründüyü kimi, xəbərlərin çoxu feykdir, Tehran rejimi bu feykləri həmişə kimi planlaşdırdığı növbəti gərginlikdən əvvəl özünə bəraət qazandıracaq informasiya fonu yaratmaq məqsədilə xarici proxy media vasitəsilə tirajlayır.

İsrailə məxsus F35 hərbi təyyarələri isə başqa yerdə təlim keçirlər. “The Times of Israel”in yazdığına görə, hazırda Amerika və İsrail ordularının qabaqcıl döyüş təyyarələrini iştirakı ilə Nevadadakı Nellis Hərbi Hava Qüvvələri bazasında iki həftə davam edəcək “Təhlükə işarəsi” adlı hərbi təlim keçirilir.

Arazdan cənubdakı rejimi cəsarətləndirən nədir?

Çin və Səudiyyə amili. Körfəz mediasına məlumat verən mənbə Pekində Çinin vasitəçilyi aparılan Tehran-Ər-Riyad danışıqlarında bütün regionla bağlı bir çox məsələlərin, xüsusən Suriya, Yəmən və Livan mövzularının müzakirə olunduğunu xəbər verir. 7 il əvvəl fəaliyyətini dayandırmış səfirliklərin yenidən açılması, regional məsələr üzrə anlaşmalar, xüsusən Livanda prezident seçkiləri ilə bağlı və Tehranın dövlət büdcəsinə ciddi yük olan Yəmənlə bağlı razılaşmalar Tehranın əl-qolunu açır.

İsrail müxalifətinin lideri Yair Lapidin fikrincə, Səudiyyə-İran razılaşması İsrail hökumətinin xarici siyasətinin tam və təhlükəli uğursuzluğudur: “Bu, İrana qarşı qurmağa başladığımız regional müdafiə divarının uçmasıdır”.

Rusiya amili. Britaniyanın “Sunday Express” tabloidi məlumat verir ki, İran Rusiyadan alacağı daha çox hərbi dəstək müqabilində ona Ermənistan üzərində zəifləyən təsirini saxlamağa kömək təklif edib..“ Putin Avropaya enerji tədarükünün qarşısını almaq və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün istənilən imkanları pozmaq üçün mümkün olan hər şeyi etməyə çalışacaq”, – deyə politoloq David Eydelman Avropa Yəhudi Assosiasiyasının təşkil etdiyi konfransda bildirib. İki həftə əvvəl “Sunday Express” NATO rəhbərliyinin Rusiyanın Ermənistan silahlı qüvvələrinə Avropanı qazla təmin edən Azərbaycanın eneji ehtiyatlarını hnəıql edən kəmərə qarşı xüsusi əməliyyatlar keçirmək üçün təlim keçmək planlarından narahatlığı barədə məlumat yaymışdı.

“Ən-nəhar” qəzeti isə “Nüvə İranın” Rusiya-Amerika münaqişəsini Yaxın Şərqə köçürəcəyini yazırdı.

Hindistan amili. Hindistanın Şimal -Cənub dəhlizinin Azərbaycandan yan keçmək şərtilə çəkilməsində maraqlı olduğu iddia edilir. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Dehliyə səfəri zamanı bu məslənin müzakirə olunduğu deyilir. Məlumat verilir ki, Hindistan Süveyş kanalından yan keçməklə Avropaya əlavə ticarət yolları axtarır. Yada salaq ki, bu mövzu Misir prezidenti Əbdülfəttah Sisi və Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və Dehliyə etdikləri səfərlər zamanı da müzakirə olunmuş, Azərbaycan,İran və Hindistanın mövqelərinin uzlaşdırılmasına cəhd edilmişdi.

Türkiyədəki seçkilər və zəlzələ də Tehranı cəsarətləndirən amildir. Rejim Türkiyənin məşğul olduğunu, Azərbaycan məsələsinə məsafəli qalacağını güman etdiyindən indiki məqamı “əzələ nümayişi” üçün ən münasib vaxt sanıb. Amma Türkiyə müdafiə və xarici işlər nazirlərinin çevik reaksiyaları Tehranın növbəti dəfə də yanıldığını göstərdi.

Beləliklə, “Gilayaqlı dabanıçatdağ”ın cəsarətlənməsinə səbəb olan komleks amillər var. 2021-də yeni hakmiyyətə gəlmiş Rəisi hökumətinin kobud yanlışları ölkəni tam diplomatik-hərbi mühasirə faktı ilə qarşı- qarşıya qoymuşdusa, indi Körfəz ölkələri ilə anlaşmalardan, Çin, Rusiya və Hindistanla növbəti yaxınlaşmadan, Türkiyənin müəyyən problemlərlə üzləşməsindən sonra özünü sərbəst, “şirin quyruğu”nu qapı arasından çıxmış hesab edir.Odur ki, Azərbaycanı İsraillə əməkdaşlıqdan çəkindirmək üçün növbəti təhdidə başlayıb.
Cemaleddin H Quliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir