KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemaleddin H Guliyev: NATO- Turan dəhlizi” ifadəsindən niyə imtina olunur?

Cemaleddin H Guliyev: NATO- Turan dəhlizi” ifadəsindən niyə imtina olunur?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
238 0

 

2020-ci il 10 noyabrında qəbul edilmiş 3 tərəfli bəyanatın Zəngəzur dəhlizi ilə bağlı tələbinin yerinə yetirilməməsi üçün ilk gündlərdən əvvəlcə Ermənistanda, sonra da İranda böyük bir kampaniya aparılır. İranlı ekspertlər narahatlıqlarını əsaslandırmaq üçün açılacaq dəhlizi Rusiya, İran və Çinə qarşı təhdid kimi təqdim edir, onu “NATO-Turan dəhlizi” adlandırırdılar. Bu adqoyma Tehran siyasi dairələrində o qədər rəğbətlə qarşılanmışdı ki, “kəşfin” müəlliflik hüququnun kimə məxsus olması uğrunda əməlli çəkişmə də gedirdi. Sabiq səfirlər, universitet professorları, “qafqazşünas” və “azərbaycanşünas”lar hərə elə özününcə müəllif olduğunda israr edirdilər.

Əslində müəllif iranlı diplomat, ekspert və professorların heç biri deyildi. Müəlliflik hüququ “Miatsum” -panerməni hərəkatının ideoloqlarından olan Zori Balayana məxsusdur. İlk dəfə məhz o, uzaq 80-ci illərdə sovet mətbuatında “NATO-Turan yolu” adlandırdığı Mehri keçidini bağlamağı təklif etmişdi. Bu yarlık iranlı ekspertlərə də, yəqin ki, erməni həmkarlarından pas edilmişdi. Erməni lobbisi ilə ən sıx işləyən ekspertlərdən biri kimi də müəlliflik hüququ Akef Kazemiyə ərməğan olunmuşdu.

Yarlık yapışdırılandan sonra regionun başını üstünü alan “NATO təhlükəsi” haqda yüzlərlə təhlil, rəy, müsahibə, şərh dərc edildi. İddia olunurdu ki, həmin yolu NATO ona görə çəkmək istəyir ki, Rusiyanı, Çini və zavallı İranı mühasirədə saxlasın. Deyilirdi ki, bu, NATO-nun Çinə də yolunu açacaq, Çində uyğur separatizmini təşviq edəcək, Rusiyanın NATO tərəfindən dövrələnməsi isə başa çatacaq.

Lakin son ay yarımdır ki, İran mediası rebrendinqə gedib- “NATO- Turan yolu” əvəzinə “Beynəlxalq Turan Yolu” yazır. Səbəbi nədir?
Cemaleddin H Guliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir