Celal İbrahimli: QARABAĞ ZƏFƏRİ VƏ TÜRK DÜNYASI
Azərbaycan xalqının ilk zəfəri ümummili liderimiz Heydər Əliyevin xalq tərəfindən hakimiyyətə gəlişi olmuşdur. Müstəqil Azərbaycan dövlətinin məhv doğru getdiyini görən ulu öndər Heydər Əliyev Türk dünyasının “Azərbaycan budağı”nı qırılıb yox olmaması yolunda dövlətimizin müstəqilliyini qorumuş və təhlükəsizlik zəminləri üzərində inkişaf yoluna başlamışdır. Qarabağın işğaldan azad olunmasının təməlində ulu öndər Heydər Əliyevin müstəqilliyimizi düzgün təhlükəsiz zəminlər üzərində qurması və inkişaf yolunun izlənməsi olmuşdur. Bu zəminlər üzərindən dövlətimizi ulu öndər Heydər Əliyevdən təhvil alan, dəyərli davamçısı, prezidentimiz İlham Əliyev bir rəssam, bir heykəltaraş ustalığında bu dəyərləri qorumuş və ulu öndərin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi yolunda həm ulu öndərin dövründə, həm də 17 illik hakimiyyəti dövründə gecə-gündüz çalışaraq, tarixdə görülməyən Qarabağ zəfərini həm Azərbaycan xalqına, həm Türk dünyasına, həm də dünyada gecikən ədalətə yaşatmışdır. Ölkə rəhbərinin atdığı hər addımda sadəcə ədalət, dinclik və insana xidmət olduğunu görürük.
Keçmişdə dövləti olmayan, fəqət Türk Cümhuriyyətini sözdə soyqırımla günahlandıran ermənilər bilməlidirlər ki, əvvəllər çətəçiliklə, daha sonra da Qərbi Azərbaycanda qurduqları rəsmi hökumətləri bu gün də siyasi atlarını dəyişməyərək, yenə də qətliamlarla, yalanlarla məşğuldurlar. Dövləti olmayanın arxivi də olmaz! O dövrdə etdikləri qətliamlarla Türkiyə arxivlərinin də açılmasını istəməyən xarici qüvvələrin keçmişdə dövləti olmayan ermənilərin sözdə soyqırım oyunlarını dəstəkləməsi sadəcə haqlı izi və həqiqətləri itirmək, qardaş Türkiyəni zəiflədərək məhkum etmək siyasəti daşıyır. Nə yaxşı ki bu gün yüksək texnologiya var! Bu sayədə ermənilərin etdikləri vəhşiliklər və qətliamların canlı arxivi Qarabağ zəfəri ilə gün işığına çıxmışdır. Tarixdə dövləti olmayan erməni qüvvələrinin uydurmalarını dəstəkləyənlər bilməlidirlər ki, o gün terrorizmlə məşğul olan ermənilərin bu gün soyqırım, qətliam arxivləri Qarabağın ədalət zəfəriylə gün işığına çıxmışdır.
Türkiyə -Azərbaycan dövlətlərinin bir vəhdətə çevrilməsi də və bu gün “bir millət, iki dövlət” düşüncəsini sözdə yox, əməldə həyata keçirən iki qardaş – dəyərli liderimiz İlham Əliyev və dəyərli Rəcəp Tayyip Erdoğan olmuşdur. Azərbaycan -Türkiyə liderlərinin 18 ildə bütün sahələrdə mərhələ-mərhələ əldə etdikləri zəfərlər bu gün ölkələrimiz arasında böyük birlik yaratmışdır. Ən əsası odur ki, iki dövlətin iki qardaş liderləri 2021 – ci il iyunun 15- də “Şuşa bəyannaməsi”ni Şuşa şəhərində imzalaması ilə milli birliyimiz milli təhlükəsizliyimiz qarant altına almışlar. Bu təhlükəsizlik anlaşması ilə Azərbaycana atılan qurşun Türkiyəyə, Türkiyəyə atılan qurşun Azərbaycana atılmış sayılacaqdır. Azərbaycan və Türkiyənin birliyi sadəcə dünya ədalətinə, demokratiyasına və sülhünə xidmət edir. 27 il ərzində bütün sahələrdə əldə edilən zəfərlər və bu zəfərlər nəticəsində savaş meydanında qazanılan “Qarabağ dastanı” ilə gələcək nəsillər üçün milli bir yol cızılmışdır.
Bu yol yaxşı öyrədilməlidir ki, gələcək nəsil səhvlərə yol vermədən hər daim müstəqilliyimizi qoruya bilsin. Unudulmamalıdır ki, dəyərli liderimizin məsafəli, balanslı siyasəti, diplomatiyası, iqtisadiyyatda böyük xidmətləri, hərbidəki yenilikləri əzmi, iradəsi, səbrinin zəfərləridir ki, liderimiz bu böyük vəhdətə sərkərdəlik etmiş və böyük Qarabağ zəfərini ədalətli bir şəkildə, düşmənlikdə inadkarlıq edən erməni çətələrini şanlı ordumuzla məhv edərək həyata keçirmişdir. Bu haqlı davamızda qardaş Türkiyə dövlətinin silahlı, silahsız hava vasitələri Qarabağ zəfərində düşmənə lazımı ədalət dərsi vermişdir.
Celal İbrahimli
Azerbaycan Diller Üniversitesi – Türk Dünyası Araştırmaları Merkezi Başkanı
Share this content:



Yorum gönder