KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Cavid Veliyev: Bu müharibə bir dünya nizami böhranıdır

Cavid Veliyev: Bu müharibə bir dünya nizami böhranıdır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
414 0

2008-ci ildə Qərbdəki iqtisadi böhranla başladı. Qərb iqtisadi üstünlüyünü itirməyə başladı və ən pisi də Covid-19 pandemiyası ilə davam etdi. Dünya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən əvvəl olduğu kimi ciddi böhranla qarşı-qarşıya qaldı. Ardından beynəlxalq təşkilatlar çökdü.
Sadəcə iqtisadi böhran deyil, Qərbin içində siyasi parçalanma da bu nəticəni yaratdı. Siyasi cəhətdən də dünya İkinci Dünya Müharibəsindən əvvəlki nizamı xatırladır. 2008 Gürcüstan müharibəsi və 2014 Krımın ilhaqı bu mənada ilk təcrübələr oldu. Qərb “müttəfiq” olaraq gördüyü dövlətləri lazımınca qorumadı və sonra da qorumamaqda israr etdi. Sonra daha da pisi oldu və Avropa İttifaqı içində Avro-Atlantik İttifaqının gələcəyini şübhə altına alan siyasi qüvvələr güc qazandı. Ardından ABŞ Prezidenti Donald Tramp NATO-nun zəifləməsi üçün əlindən gələni etdi. Qərb öz içində parçalandı və dünyada geosiyasi boşluqlar yaratdı, Rusiyada bu boşluğu bağışlamadı. Bu müharibə tək qütblü dünya sisteminə etiraz edən Rusiyanın bu sistemi hərbi yolla dəyişdirməsidir.
Bu eyni zamanda beynəlxalq münasibətlər nəzəriyyəçilərinin də iflasıdır. Soyuq Müharibə bitdikdən sonra bir çox beynəlxalq münasibətlər nəzəriyyəçiləri baş verən dəyişiklikləri daha yumşaq nəzəriyyələrlə açıqlamağa çalışdı. Lakin buğun Qərbin, eləcə də Rusiyanın davranışı onu göstərir ki, realizm nəzəriyyəsi hələ də öz üstünlüyünü tam mənada qoruyur. Dövlət adamları öz xalqlarını və dövlətlərinin maraqlarını qorumaqla məsul hiss edirlər. Bu Ukraynaya hücum edən Rusiya üçün də, Ukraynaya gözlədiyi hərbi dəstəyi verməyən Qərb üçün də belədir.
Bu bizim üçün də qəbul edilir. Əlbəttə 30 il işğala məruz qalan dövlət və xalq olaraq Ukraynanın yaşadığı acını dərindən hiss etməmək mümkün deyil. Sosial şəbəkədə aktiv olan insanlarımızın bu mənada verdiyi reaksiyalar da başadüşüləndir. Lakin təəssüflər olsun insanların emosional düşüncələri və davranışları istədiyimiz nəticəni yaratmaq üçün kifayət etmir. Azərbaycan dövləti də müharibə olmaması üçün üstünə düşən vəzifəni yerinə yetirməyə çalışdı. Prezident İlham Əliyev müharibədən əvvəl Ukraynaya səfər edərək Vladimir Zelenski ilə görüşdü. Daha sonra isə Rusiya Federasiyası Prezidenti Vladimir Putin ilə telefonla görüşdü. Düşünürəm ki, məqsəd mümkün müharibənin qarşısını almaq idi. Təəssüflər olsun ki, alınmadı.

Tanrı Ukrayna xalqını qorusun!

Cavid Veliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir