KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cənub Qaz Dəhlizi” Məşvərət Şurası

Cənub Qaz Dəhlizi” Məşvərət Şurası

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
283 0

Fevralın 15-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirildi. Tədbirdə prezident İlham Əliyevin geniş nitq söylədi. Fikrimcə, toplantıda ən vacib fikri Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç söylədi: “Mən təsdiqləyə bilərəm ki, biz Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qururuq və Trans-Xəzər boru kəmərinin inşası ilə bağlı bizə mandat həvalə edilib”. Onun sözlərinə görə, hazırda Türkmənistan qaz ehtiyatlarını və Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir: “Bu gün isə türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqların marağını görürük və şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək olur”. Bununla bağlı Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev ilə də danışıqlar aparılıb və razılığa gəlinib.

Maroş Şevçoviçin bu sözləri Azərbaycan, Türkiyə və Avropa İttifaqı üçün əhəmiyyətlidir. Çünki, Türkmnistanın qazının Azərbaycana və Arvopaya çatdırılması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Buna Rusiya və İran imkan vermir və gələcəkdə də mane olmağa çalışacaq. Rəsmi Bakı isə bu məsələyə görə Tehran və Moskva ilə münasibətlərini gərginləşdirmək istəmir. Ancaq əgər bu məsələni Avropa İttifaqı Türkmənistanla həll etsə və Moskva ilə Tehranın təzyiqlərini neytrallaşdıra bilsə Azərbaycan Türkmənistan qazının TAP və TANAP-la daşınmasına dəstək verəcək. Türkmənistan qazının bu boru xətləri ilə daşınması Azərbaycanın bölgədəki rolunu bir az daha artıracaq. Ancaq bu olmasa belə həmin boru xətləri ilə daşınacaq Azərbaycan qazı da kifayət edəcək. Biz öz məsələmizi həll etmişik, qalanı Brüssellikdir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir