KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cənubi Qafqaz uğrunda ABŞ-Rusiya siyasi mübarizəsi

Cənubi Qafqaz uğrunda ABŞ-Rusiya siyasi mübarizəsi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
490 0

Gürcüstan ərazisində ABŞ və Rusiyanın hərbi təlimləri Cənubi Qafqazda geosiyasi vəziyyəti mürəkkəbləşdirir. Bribaltika ölkələrindən başlayaraq, Şərqi Avropa xətti ilə davam edən siyasi-hərbi münaqişə xətti Cənubi Qafqazda -Gürcüstan ərazisinə kimi davam edir. Fikir versək, Şimaldan -Cənuba kimi həm Rusiyanın, həmdə NATO adı altında ABŞ-ın hərbi qüvvələri qarşı-qarşıya dayanıb. Bu gərgin situasiya dünyada ümumi təhlükəsizliyi təhdid etməklə yanaşı, Şərqi Avropa ölkələrini və Gürcüstanın hərbi platsarm olmasına gətirib çıxarıb. Vurğulamaq lazımdır ki, ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdikcə, Rusiya, Gürcüstan və Ukraynada hərbi təxribatlarını davam etdirəcək, Belarus istiqamətində hərbi təlimləri ilə Baltikyanı ölkələrə qarşı hərbi-psixoloji təzyiqlər edəcək. Qeyd etmək lazımdır ki, Qərb Rusiyanı iqtisadi cəhətdən sıxdıqca, rəsmi Kreml qonşu ölkələrə qarşı təzyiqləri artıracaq. Gürcüstanın separatçı “Cənubi Osetiya muxtariyyəti” ərazisində Rusiyanın 16-minlik əsgəri heyətlə hərbi təlimi, rəsmi Tiflislə Qərbin genişlənən siyasətinə, həmçinin Azərbaycanın Avropa ilə inkişaf edən əməkdaşlığına qarşı yönəlib. Bundan əlavə Rusiyanın Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini nəzarətə götürməsi, Avropanın enerji maraqlarını təhdid etmıkdir. Bununla rəsmi Kreml tikilməkdə olan Avropanın Rusiyanın qaz inhisarına alternativ olan “Cənubi Qaz dəhlizini” bunun davamı TANAP -boru kəmərinin təhlükəsizliyini də risk altına qoyur. Göründüyü kimi ABŞ başda olmaqla, Qərblə Rusiyanın siyasi qarşıdurma xətti Cənubi Qafqaz regionunda davam edir. Qlobal güclərin regionda geosiyasi-geostrateji maraqlar uğrunda mübarizəsində rəsmi Bakının hazırkı siyasətində manevr etməklə, təhlükənin qarşısını almağa yönəlib. Moskva və Vaşinqtonla aparılan diplomatik fəaliyyət Azərbaycanın maksimum enerji maraqlarına qarşı yönələn təzyiqlər və risklərin qarşısı alınmalı, iki paytaxt arasında davam edən soyuq siyasi münasibətlərdən itkisiz çıxmaq mütləqdi.
Muhammed Asadullazade

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir