KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cəmil Hasanlı: Quru sərhədlərlə bağlı iyrənc oyunlar davam edir

Cəmil Hasanlı: Quru sərhədlərlə bağlı iyrənc oyunlar davam edir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
31 0

“Quru sərhədləri qapalı saxlamaq üçün min bir oyundan çıxırlar. İzahı olmayan, ağla batmayan dəlillər gətirirlər. Məqsəd qapalı ölkə yaratmaqdır. Qapalı ölkə avtoritarizmin və totalitarizmin əsas atributlarından biridir.

Bu gün Milli Məclisin toplantısında deputat Zahid Oruc deyib ki, “əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər.”

Az qalır beş il olsun ki, ölkənin quru sərhədləri bağlıdır. İlham Əliyev bunu təhlükəsizliklə izah edir, Zahid Oruc Rusiya və İrandan 100 minlərlə qaçqın dalğasının ola biləcəyi ilə əsaslandırır, Əli Əsədov isə Covid 19 təhlükəsindən milləti “qorumaq” üçün karantin müddətini hər 3 aydan bir uzadır və quru sərhədlərin qapalı saxlanmasına sərəncam verir. Görəsən bunlardan hansı doğrudur?

Rusiya-Ukrayna müharibəsinin artıq 3-cü ili gedir, İran isə on illər boyudur sanksiyalar altında yaşayır. İndiyə qədər bu 100 minlərlə qaçqın niyə gəlməyib Azərbaycana? Əksinə, iş-çörək tapmaq üçün Rusiyaya gedən azərbaycanlıların sayı artıb. Digər tərəfdən Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayər. Bunların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Onların öz vətənlərinə gəlmək haqqı yoxdur?

Bu bölgədə Rusiyadan qaçqın yalnız Azərbaycana gələ bilər? Niyə Gürcüstan, Ermənistan, Qazaxstan, Türkiyə, Finlandiya, Çin bu yüzminlərlə qaçqın təhlükəsi altında öz sərhədlərini bağlamır, yalnız Azərbaycan bağlayır? Bunlar hamısı ucuz, heç bir tənqidə dözümü olmayan, ağlabatan izahı olmayan uydurmalardır. Milləti avam yerinə qoyurlar. Quru sərhədləri bağlamaqla sərhədyanı ticarətdən yüz minlərlə adamların, ailələrin dolanışıq imkanların əllərindən alırlar. Bakıda, Gəncədə, Qazaxda yaşayan Borçalı çamaatı öz ölüsünə stype, zoom, Whatsapp vasitəsi ilə ağlayır.

Yaxşı deyək ki, Rusiyadan, İrandan qaçqın təhlükəsi var. Bəs Gürcüstanla, Türkiyə ilə quru sərhədləri niyə 5 ilə yaxındır qapalı saxlayırsınız? Quru sərhədlərin qapalı saxlanmasından 10 minlərlə insan iş yerini itirir, 100 minlərlə insan dolanışıq imkanlarını itirir. Qatarlar işləmir, avtobus işləmir, yerüstü nəqliyyat əlaqələri kəsilib.

Hətta kommunizm dövründə Berlin divarları mövcud olanda belə sistem fərqlərinə baxmayaraq Qərbi Berlinlə Şərqi Berlin arasında qohum-əqrabanın gediş gəlişinə, humanitar əlaqələrə icazə verilirdi. Həftədə bir dəfə adamlar keçid məntəqələrindən keçib öz qohumlarının toyunda, yaşında iştirak edə bilirdilər, tanışları ilə görüşürdülər, alış-veriş edirdilər”.
Cəmil Həsənli
Milli Şuranın sədri

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir