Azerbaijan: Can Baku Broker Peace Between Turkey and Russia?

İran Suriye’ye yerleşiyor mu

İslam İnqilabı İrana nə qazandırdı?

Nuru Paşa gözümüzün nurudur

Bunu yazacaqdım, amma bu günə qismətimiş

Gündem 30 Mart 2020
67

İbtidai siniflərə bir hekayə keçirdilər qabaqlar. Külək və günəş çobanın əynindən yapıncısını almaq uğurunda mübarizə aparır. Amma külək nə qədər əssə də çoban yapıncısına daha çox bürünür.
Bəzi cənabların bu günlərdəki işi o küləyin işinə bənzəyir. Məsələ ondadır ki, Allaha iman gətirən insanlar bu cür çətin vəziyyətlərdə Allaha daha çox sığınır, imanları daha da möhkəmlənir.
Kim inanmırsa soruşa bilər. Quranda bəlaların bir imtahan olduğu vurğulanır, dünya durduqca bu cür bəlalar olub.
Xəstəliyi müalicə etmək dinin işi deyil, tibbin işidir. İbn Sina təbib idi, ruhani deyil. Yəni dini biliyi və fəlsəfəsi ilə yanaşı tibbi bilikləri olub, insanları tibblə sağaldıb.

Allah -Taala elmi qadağan etməyib, nə də Məhəmməd Peyğəmbər (s.ə.s) tibb elmini inkar etməyib, dinin xəstəliyi sağaltdığını deməyib.

Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) deyib: “Hər hansı bir ölkədə vəba xəstəliyi haqqında eşitsəniz oraya getməyin; ancaq vəba siz olduğunuz yerə yayılıbsa oranı da tərk etməyin.”

“Yoluxucu xəstəlikləri olan insanlar sağlam insanlardan uzaq dayanmalıdır”.

Məhəmməd Peyğəmbər (s.ə.s) insanları infeksiyadan qoruyacaq gigiyena qaydalarına riayət etməyə çağırıb.

“Təmizlik imanın bir hissəsidir.”

“Yuxadan oyandığınız zaman əllərinizi yuyun, çünki yuxuda əllərinizlə nəyə toxunduğunuzu bilmirsiniz.”

“Yeməyin neməti yeməkdən əvvəl və sonra əllərin yuyulmasıdır.”

Peyğəmbər (s.ə.s) insanları daima tibbi yardım və dərmandan istifadə etməyə çağırıb.

“Tibbi xidmətdən istifadə edin, çünki Allah dərmanı olmayan xəstəlik yaratmır, yalnız qocalığın dərmanı yoxdur”.

Bəlkə də o imanı ağılla tarazlaşdıra bilib. Son həftələrdə bəziləri dua etməyin sosial məsafə və karantin kimi əsas qaydalara riayət etməkdən daha yaxşı vasitə olduğunu düşünür.

“Günlərin bir günü Məhəmməd Peyğəmbər (s.ə.s) dəvəsini bağlamamış bədəvi görür. Bədəvidən soruşur: “Niyə dəvəni bağlamadın?” Bədəvi deyir: “Allaha güvənirəm”. Cavabında peyğəmbər deyir: “Əvvəlcə dəvəni bağla, sonra Allaha təvəkkül et”.

Məhəmməd Peyğəmbər (s.ə.s) insanları öz dinlərində hidayət axtarmağa çağırıb, lakin ümid edib ki, bütün insanlar sabitliyini, təhlükəsizliyini və rifahını təmin etmək üçün əsas tədbirləri görəcəklər.

Başqa sözlə desək insanların öz sağlam düşüncələrindən istifadə edəcəklərinə ümid edib.

Bu qeydləri Rays Universitetinin Sosiologiya Bölməsinin professoru Kreyq Konsidayn “Newsweek” jurnalında yazıb.

Və nəhayət, şəxsən mənim bu xəstəlik dövründə dünyada hər cür çətinliklər, bəla və xəstəliklərin olduğunu və bunlara qarşı yeganə sığınacaq yerinin Allah olduğuna inamım daha da artdı.
Allah dinimizi və ağlımızı əlimizdən almasın.

Kenan Rovşenoğlu

Yorumlar