ABD-TALİBAN MÜZAKERELERİ SONUÇ VERECEK Mİ?

Haşdi Şabi ve Hizbullah

Abhazya Cumhurbaşkanı Adayı Kendisinin Zehirlendiğini İddia Ediyor

21 мая 1864 года, или сохранится ли Российская Федерация

“BU, TÜRKİYƏ TARİXİNİN ƏN HƏYƏCANLI SEÇKİSİ OLACAQ

Gündem 27 Mart 2019
37

Kafkassam başkanı Dr. Hasan Oktay’ın Azerbaycana verdiği mülakatın bir kısmı yayınlandı.
“Türkiyədə 31 mart bələdiyyə seçkisinə ittifaqlar damğa vurub. Yəni ilk dəfə olaraq partiyalar rəsmi ittifaq yaradaraq seçkiyə girirlər”.

Bunu “Sherg.az”a açıqlamasında “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyəli professor Hasan Oktay deyib.

Professor bildirib ki, “Cümhur İttifaqı”nı təşkil edən siyasi partiyalar hakim AKP və MHP-dir. “Millət İttifaqı”nda isə CHP, İYİ və SP təmsil olunur:

“Türkiyə idarəetmədə prezident üsul-idarəsinə keçdikdən sonra seçkilərdə ittifaqlar rəsmi olaraq qurulmağa başlandı. Daha öncə seçkilərdə rəsmi şəkildə ittifaqlar təşkil olunmurdu, partiyalar qeyri-rəsmi, yəni şifahi razılaşma fonunda seçkiyə qatılırdılar. Budəfəki seçkilərin ən mühüm müzakirə mövzuları isə Türkiyənin istiqbalı və HDP ilə ortaqlıqdır.

Sirr deyil ki, PKK-nın siyasi qolu sayılan HDP qeyri-rəsmi şəkildə CHP-yə, “Millət İttifaqı”na dəstək verir. Bu dəstəyin ölkənin qərb bölgələrində ana müxalifət partiyası üçün avantajlı olacağı görünür. Xüsusən İstanbul və paytaxt Ankarada seçki mübarizəsi çox çətin keçir və namizədlər arasında fərq demək olar ki, yox səviyyəsindədir. Bu səbəbdən “Cumhur İttifaqı” siyasi rəqibləri ilə mübarizədə “HDP” faktorunu daha çox önə çıxartmağa çalışır”.

H.Oktay bəyan edib ki, hazırda seçkilərə hazırlıq gərgin yarış formasında gedir:

“”Cumhur İttifaqı” səslərini 50 faizin üstünə çıxarmaqla növbədənkənar seçki gərginliyinə meydan vermək istəmir. Müxalifət isə həm səslərini artırmaq, həm də Ankara, İstanbul, Mersin, Adana, Antalya kimi böyük şəhərləri alaraq gələcək seçkilərdə uğur qazanmağa cəhd göstərir. Bəlkə də hökuməti növbədənkənar seçkiyə aparmağı düşünür. Nəticə etibarı ilə ilə 2019-cu ilin martın 31-də baş tutacaq seçkilər Türkiyə tarixinin ən həyəcanlı seçkisi olacaq”.

İsmayıl
http://www.sherg.az/site/id-65675/details#.XJviwpgzbIV

Yorumlar