KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Brüsseldə Əliyev-Paşinyan GÖRÜŞÜ: Avropa İttifaqının təqdim etdiyi yeniliklər

Brüsseldə Əliyev-Paşinyan GÖRÜŞÜ: Avropa İttifaqının təqdim etdiyi yeniliklər

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
325 0

Avropa İttifaqının siyasi mərkəzi Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər keçirildi – həm ikitərəfli, həm də üçtərəfli.
Öncəliklə qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə baş tutan üçtərəfli görüş səmimi atomosferdə keçib.
Şarl Mişelin seçdiyi format da diqqət çəkir: Nahar süfrəsi arxasında müzakirə. Hərçənd ki, həmin stol arxasında Nikol Paşinyanın təbəssümündə qəzəbqarışıq məyusluğu duymamaq da mümkün deyildi. Bu ona dəlalət edir ki, Paşinyanın yalançı yalvarışları və qeyri-konstruktivliyi Avropa İttifaqı tərəfindən də praqmatik mövqe kimi qiymətləndirilmir.
İstənilən halda, görüşün nəticələrinin nəzəri tərəflərinin özündə mühüm elementlərlə zənginliyini Şarl Mişelin bəyanatından oxumaq olar.
Hərçənd ki, bəyanatın icrasının ağrılı və ya ağrısız keçəcəyi də müəmma olaraq qalır, ancaq hər halda bu bəyanat sülhyaratma prosesi üçün “dördüncü baza” yaradır.
Üç baza isə Rusiyanın təşəbbüsü ilə ortaya qoyulub (10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatları), Avropa İttifaqının bəyanatını bunun məntiqi davamı hesab etmək olar.
Çünki Şarl Mişelin bəyanatında həmin üç anlaşmanın reallaşmalı olduğunun təsdiqləndiyi bildirilir.
Bütün hallarda Brüssel görüşünü məhsuldar və effektiv nəticələrə hədəflənmiş danışıqlar raundu hesab etmək olar.
Şarl Mişelin Avropa İttifaqının açıq qalan məsələlərin tarixin arxivinə göndərmək üçün hərtərəfli sülh sazişindən bəhs etməsi də diqqət çəkir.
Deməli 10 noyabrdan bu yana açıq qalan məsələlərə münasibətdə həll olunanlar çoxdur ki, indi mütləq sülhdən söz açılır.
Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması isə sərhədlərin delimitasiyasından, 10 noyabr bəyanatının 4-cü bəndinin icrası səviyyəsindən asılıdır, hərçənd ki, İrəvanın istəklərindən asılı olmayaraq tədrici də olsa, proses həyata keçirilir.
Bəyanatda mahiyyətcə yeni tezislərə də (ən çox diqqət çəkənlərə nəzər yetirəcəyik) rast gəlmək mümkündür:
1. Avropa İttifaqı hər iki ölkəyə texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini dəstəkləmək üçün ekspert missiyası təqdim edəcək.
Bu presedent Soçi görüşündə yaradılmışdı, belə ki, Soçi bəyanatına əsasən, Rusiya Azərbaycanla Ermənistan arasında sərhəd müəyyənləşməsinə dair yaradılacaq ikitərəfli komissiyaya töhfələr verəcək.
İndi bu prosesə Avropa İttifaqının qoşulması da sülhyaratma prosesinin sürətlənməsinə gətirib çıxara bilər, ancaq gedişatlardan çox şey asılıdır.
2. Azərbaycanla Ermənistan Zəngəzur dəhlizi boyunca dəmir yolu xəttinin çəkilməsi üçün razılıq əldə edib. Bu dəmir yolu xətti qarşılıqlı prinsip əsasında sərhəd və gömrük nəzarəti üçün müvafiq tədbirlər görülməklə çəkiləcək.
Bu bənd o anlam verir ki, artıq Zəngəzur dəhlizinə dair Ermənistanın qarışıq və qeyri-müəyyən mövqeyi təzyiqlər altında redaktələrə məruz qalıb və daha da konkretləşib.
3. Digər bir məsələ budur ki, saxlanılanların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli kimi bütün humanitar problemlərin tam və tez həllinə çağırış edilib.
Birinci Qarabağ Müharibəsində 4000 azərbaycanlı itkin düşüb və Ermənistan tərəfi hələ də onların taleyi barədə suallara aydınlıq gətirmir.
4. Azərbaycanın postmünaqişə dövründə qarşısında duran çağırışlardan biri də işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Bunun üçün bir neçə ölkənin dəstəyindən də yararlanır, bu dəstək həm də gələcəkdə Qarabağ və Şərqi Zəngəzur regionlarına xarici sərmayələrin yatırılmasına hesablanıb.
Avropa İttifaqı liderinin bəyanatında minatəmizləmə səylərinə dəstək ifadə olunur. Yəni Avropa İttifaqı Azərbaycanın minatəmizləmə səylərinə töhfə verəcək, bu isə Avropa İttifaqı tərəfindən iqtisadi yatırımları şərtləndirən səbəb kimi nəzərdən keçirilə bilər. Bəyanatda bunun ştrixlərini görmək olur.
5. Avropa İttifaqının yanaşmasında iqtisadi prioritetinin digər səhifəsi də yer alıb.
Söhbət ondan gedir ki, İlham Əliyev və Nikol Paşinyan Avropa İttfaqının regionda etimad yaratmaq, dinc yanaşı yaşamaya töhfə vermək və iqtisadi əməkdaşlığı qurmaq üçün iqtisadi məsləhət platforması yaratmaq niyyətini müzakirə ediblər.
Bütün bunlardan çıxan nəticə: Avropa İttifaqı tərəfindən təşkil edilən görüşdə Azərbaycanın haqlı mövqeyi təsbit olunub.
Düzdür, bu bəyanat Rusiya ilə də razılaşdırılıb, amma Kremldə indi narahatlıqlar mövcuddur…
Aqşin Kərimov
kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir