SƏRKİSYANIN İSTEFASINDAN KEÇƏN 1 İLDƏ YENİ DETAL NƏDİR?

Rusya’nın yıldız oyuncusu: Türkler dünyanın en iyi taraftarları!

AB KARŞITI İKEN AVRUPA PARLAMENTOSU İÇİN YARIŞMAK

Ukrayna’da, Poroşenko devlet başkanlığı koltuğunu kaybetti

Böyük Millət Partiyasının sədri,İctimai-siyasi xadim Azad İskəndərli həbsxanadan müraciət etdi.

Azerbaycan 21 Temmuz 2016
566

Böyük Millət Partiyasının sədri,İctimai-siyasi xadim Azad İskəndərli həbsxanadan müraciət etdi.
image

Ey ulu millətim!
Sizə müraciətimin səbəbi törətmədiyim əməllərə görə azadlıqdan 10 il məhrum edilməyimdir. Təbii ki,istər istintaq zamanı, istərsədə məhkəmə prosesi zamanı,hüquqi normalar, ARCPM-nin,AR Konstitusiyasının, AR-nın digər qanunlar,AR qoşulduğu ,Beynəlxalq müqavilə və Konvensiyalar, nəhayət mənim hüquq və azadlıqlarım kobud şəkildə pozulmuşdur.Qəsdən müvafiq,orqanların qəbul etdiklər və icra etməyə borcu olduqları ARCP qanunvericiliyinin tələblərinə məhəl qoymaması, barəmdə bəzi ‘’ reket media ‘’ qurumlarının internet portallarında şər,böhtan, heçbir hüquqi əsası olmayan, etik normalara sığmayan qərəzli, şərəf və ləyaqəti alçaldan yazıların yazılması məni həbs etdirənlərin nə qədər aqressiv olduğunu göstərir.İradəcə zəif insanların zəifliyindən sui-istifadə edib onları aldadaraq,yaxud şirin vədlər verərək və digər müxtəlif təsir vasitələrindən istifadə edib yalan,böhtan və qərəzçilik xarakteri daşıyan ifadələr verməyə məcbur edən istintaq orqan əməkdaşlarının əməlləri məni bir millət olaraq çox məyus edir. Üstəgəl mənim son 10 ildə məhz doğulub-böyüdüyüm Şirvan şəhərində həbs edilməyim və bunun 2-ci dəfə baş verməyinin arxasında bir çox qaranlıq məqamların olması hərkəsə bəllidir.Mənim millətçilik zehniyyətinə malik olmağım və bu isti qamətdə addımladığım nəticəsində Türk Dünyasında tanımadığım bəzi insanları qorxuya salmışdır.Halbuki, bizim daşıdığımız əqidə vəzifə,var-dövlət hərsliyi deyildir.Ona görədə məni özünə alternativ şəxs kimi görən bəzi vəzifə hərsləri yanılmışlar və yanılmağa da davam edirlər. Mən hər zaman aktiv siyasətlə yox, Qeyri-Hökümət təşkilatının rəhbəri kimi (ictimai birlik) insan hüquqlarını müdafiə etmişəm.Bəzi məmurların məni gözü götürməməzlikdən,yalnış anlamaları ucbatından mən buradayam.Mənsub olduğum millətin haqqlarını qoruyarkən öz hüquqlarım pozulur.Mənim və ailə üzvlərimin bu yolda çəkdikləri iztirab və məşəqqətlər tutduğumuz haqq yolundan biri döndərməyəcəkdir.Bizim Tutduğumuz yol Dünya Türklərinin böyük birlik yaradılması uğrundadır.Bildiyimiz qədər Azərbaycan Prezidenti İham Əliyev də bu istiqamətdə müəyyən siyasət aparır.Lakin xırda məmurların özbaşınalığı sahələrdə ləngiltmə yaratdığı kimi bu sahəyə də öz ‘’Töhfə’’sini verməkdədir. Mən buradan 2012-ci ilin may ayında Ankarada keçirilən ‘’Yunus Əmrə’’ adına Türk ozanları şöləni zamanı görüşüb tanış olduğum Böyük Birlik Partiyasının başqanı cənab Mustafa bəy Dəsticidən, Millətçi Hərəkat Partiyasının sədri Dövlət bəy Baxçalıdan,Millət vəkili Atilla Kayadan,Oktay Vuraldan, Kafkassam.com saytının rəhbəri,QafQaz Araşdırtmalar Mərkəzi sədri Hasan Bəy Oktaydan, Ülkü ocakları İstanbul il başkanı Ərdəm Karakaoçdan,Qarabağ Qazisi, Yusif Ziya Arpaçıdan və bir çox dostlarımdan mənə dəstək olmaları üçün onlara müraciət edirəm.Və onlardan xahişim budur ki,2015-ci ildən başlayaraq mənim haqqımda yayılan məlumatlara inanmasınlar. Hamısı yalan, böhtandır. Məni insanların gözündən salmaq üçün hər cürə addımlar atmağa hazır olanlar mənə və daşıdığım əqidəyə düşmən olanlardır.Ey Azərbaycan və Ulutürk gəncliyi,Yusif məqamı,bizim alnımıza yazılıb,bu problem deyildir,bizim bir tək problemimiz birləşə bilməməkdir,bi hədəfə vura bilməməkdir.Bizim hədəfimiz Böyük Türk Birliyidir. Hədəfimizə çatmaq üçün hər kəsi birliyə çağırıram.Türk Dünyasında aparmış olduğum mədəni-ictimai əlaqələrin möhkəmlənməsinə xidmət edən fəaliyyətimi dayandırmağa çalışanlar nəinki Azərbaycanca,eləcə də bütün Türk Dünyasına zərbə vururlar.Haqqımda 2015-ci ilin fevral ayından başlayaraq aparılan ‘’qara piyar’’ bizim yox onların iç üzünün nə qədər çürük olduğunun göstəricisidir.Böyük Musta Kəmal Paşa Atatürk demişdir ki,Türkün dostu Türkdür bəli,odur ki, mən hesab edirəm ki, bugün bizimlə mübarizə aparanlar bizdən deyildir.Bir çox insanlar unudurlar ki,zamanı ilə Adolf Hitlerin Millətçilik zehniyyətinə malik olması bu gün Almanyanı dünyada söz sahiblərindən birinə çevirib.Bizim milliyətçiliyimiz isə digər millətləri aşağılamaq yox, əksinə olaraq onlarla dostluq əlaqələri yaratmaq,yardımlaşmaqla bərabər Türkçülüyün inkişafına, nail olmaqdır. Mənim isə bir devirim var : Dövlətimə,Vətənimə,Millətimə, xəyanət edən bir şərəfsiz mənim dostum ola bilməz.
Əziz dostlar, Çox sağ olun, sizə dərin-dərin təşəkkürümü bildirirəm,Tanrı sizləri qorusun,Tanrı dövlətlərimizi ,Vətənimizi qorusun.Tanrı Türkü Qorusun.
Qazamat 2016-ci il 02 iyul.

Yorumlar