AZƏRBAYCANDA KRIMI RUSİYA ƏRAZİSİ KİMİ GÖSTƏRƏN MALLAR SATILIR

Yunanistan’ın Eastmed blöfü(!) ve Türk Akımı

Nikola Paşinyanın “Mənim addımım” bloku galib gəldi

NİKOL PAŞİNYAN QARABAĞ KLANINI SİYASİ SĞHNƏDƏN UZAQLAŞDIRACAQ

BOLQARISTAN-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞINA MANE OLMAQ İSTƏYƏN QÜVVƏLƏR VAR

Azerbaycan, Gündem 9 Kasım 2018
19

Sofiyada Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirildi. iclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Bolqarıstan tərəfdən iclasda Bolqarıstanın energetika naziri Temenujka Petkova iştirak edirdi.

Azərbaycanın kənd təssərrüfatı naziri İnam Kərimov da iki ölkə arasındakı əməkdaşlığın vacibliyindən danışıb. Ancaq İnam Kəmimovun bir fikri diqqəti cəlb edib. İnam Kərimov deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Bolqarıstan bazarına çıxarılmasının qarşısı alınmalıdır. Nazir vurğulayıb ki, ümumiyyətlə, Bolqarıstanın, o cümlədən Avropa İttifaqı ölkələrinin separatçı rejimlə əməkdaşlıq etməməlidir.

Nazir bununla nə demək istəyib?

Görünür, Ermənistan Dağlıq Qarabağda istehsal olunan malları Bolqarıstan bazarına çıxartmağa çalışır və bundan rəsmi Bakının xəbəri var. Hər yerdə olduğu kimi Bolqarıstanda da erməni lobbisi var. Qarabağ mallarının Bolqarıstan bazarına çıxarılmasında bu lobbinin də əli var. Ona görə də rəsmi Bakı Sofiyanı xəbərdar edir ki, Azərbaycaın ərazi bütövlüyünü hörmət edən Sofiya bu cür təxribatların qarşısını almalıdır.

Bakı Sofiya ilə enerji əməkdaşlığını genişləndirməyə ümidlidir. Azərbaycan 2020-ci ildən etibarən Bolqarıstana ildə 1 milyard kubmetr qaz satmaq istəyir. Azərbaycan qazı Bolqarıstan istehlakının, təxminən, 30%-ni əhatə edəcək. Bu Bolqarıstanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq.

Buna baxmayaraq, Azərbaycan-Bolqarıstan enerji əməkdaşlığına mane olmaq istəyən qüvvələr var.

Birincisi, Rusiya istəmir ki, Azərbaycan öz qazını Bolqarıstana çatdırsın. Çünki, Rusiya Bolqarıstanın qaz bazarına nəzarət etmək istəyir. Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Bolqarıstanda qaz paylaşdırıcı şəbəkə qurmasına mane olmağa çalışır.

İkincisi, Bolqarlstanda Rusiyanın neft şirkətləri ilə əlaqələri olan qruplar var. Hakimiyyətin müxtəlif qollarında yer alan bu qruplar maliyyə dəstəyi qarşılığında Bolqarıstanda Rusiyanın maraqlarını qoruyurlar. Bu şəxslər Bolqarıstandakı erməni lobbisi ilə sıx əlaqəlidirlər.

Azərbaycan Bolqarıstanda möhkəmlənmək üçün bu iki qüvvə ilə mübarizə aparmalıdır. Ancaq bu mübarizədə Bakı Sofiyanın dəstəyinə ümid edir. Çünki, Azərbaycanın enerji resursları Bolqarıstan üçün daha faydalıdır, Bolqarıstan üçün alternativ enerji resurslarına yol açır. Ona görə də Bakıya da tez-tez səfər edən Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycanla əməkdaşlığı əngəlləmək istəyən qrupların neytrallaşdırılmasına çalışmalıdır.
Elhan Şahinoğlu

Yorumlar