KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. “Biz Azərbaycan bayrağına hörmətsizlik edən valini necə cəzalandırdıqsa…”

“Biz Azərbaycan bayrağına hörmətsizlik edən valini necə cəzalandırdıqsa…”

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
360 0

“Nuru Paşa Türkiyədən çox Azərbaycanda tanınır, sevilir. Tarixçi olmağıma baxmayaraq Nuri Paşanın bu qədər sevildiyini bilmirdim ki, Bakıya gələndə öyrəndim. Nuru Paşa haqqında belə bir söz SSRİ dönəmində belə deyilməmişdi . İndi deyilmiş olması Nuri Paşanı və onun xidmətlərinə xələl gətirə bilməz. O, böyük işlər görüb və buna görə də onu həzm edə bilməyənlər hər zaman olub”.

Bunu Moderator.az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deputat Araz Əlizadənin Osmanlı Türkləri və Nuru Paşa haqqında ittihamlarına münasibət bildirərkən deyib.

Hasan Oktay daha sonra bildirib ki, Araz Əlizadənin ittihamları Türkiyəyə qarşı yox, ümumilikdə Azərbaycana qarşı hörmətsizlikdir:

“Biz SSRİ dövründə “Lalələr” mahnısını, Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” mahnısını Zeynəb Xanlarovanın vallarını dinləyib Azərbaycan üçün duyğulanır, təsirlənir, hətta ağlayırdıq. Əsir türklər var, “Millətlərə hurriyyət” deyərək Türkiyədə yürüşlər edir, toplantılar tərtib edərək BM-ni hərəkətə keçirməyə çalışırdıq ki, biz Türk milliyətçiləriydik.

Biz Bursada Azərbaycan bayraqlarını zibil qutusuna atdıran vali Şahabettin Harputa reaksiya verdik, etiraz etdik və vali indi həbsdədir. Eynən o vali necə hörmətsizlik etmişdisə, indi də Nuru Paşaya eyni hörmətsizlik edilib.
Amma burada əsas hörmətsizlik Türkiyəyə deyil, Nuru Paşanın şəxsində Azərbaycan irfanı, milli duyğusu hədələnib, hörmətsizlik edilib.

Türkiyə büyük qardaş olmaqdan başqa Türk dünyasının qəhrini çəkən bir mənsubdur. Biz böyük bir ailəyik, birbirimizə böyüklük deyil, qardaşlıq, səmimiyyət göstərməliyik. Hamımız birik, birlikdə Türk millətiyik”.

Rumiyyə MİRASLAN
http://www.moderator.az/news/167792.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir