KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Putinin yeni komandası bu cür ola bilər

Putinin yeni komandası bu cür ola bilər

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
288 0


Rusiyada mart ayında prezident seçkiləri keçirildi və gözlənildiyi kimidə Vladimir Putin yekdilliklə prezident seçildi.Ancaq 2 aya yaxın vaxtın keçməsinə baxmayaraq Putin hələdə and içib yeni səlahiyyət müddətinə başlamayıb.Hökmət dairələri isə bunu təbii bir prossedur qaydası kimi izah etməyə çalışırlar.Bu bir qayda ola bilər,ancaq 2 ayda çox uzun müddətdi.Bu müddət ərzində maraq doğuran isə komanda içində yer alan məmurlardır.Putin and içdikdən sonra yeni hökumət formalaşdırılacaq və burda bəzi məmurlar yer ayırmayacaq.Artıq ölkədəki nazirlər yerlərini qorumaq üçün gizli və ya açıq Kremillə bazarlıqlar aparır.Onların nə verib nə aldığı bilinməsədə,bilinən bir şey var ki, Kreml tərəfindən bu məsələ ilə əlaqədər geniş siyahı hazırlanır.Başlayaq hazırki məmurların və onların yerlərinə iddia edənlərin şanslarının nə qədər olduğundan: 1.Baş nazir Dmitri Medvedev-Çox güman ki,möcüzə baş verməsə vəzifədə qalacaq.Ancaq bir şeyi unutmayaq ki,Putin möcüzələri çox sevir.Bunun üçündə yeni baş nazirliyə namizəd təsdiq üçün Dövlət Dumasına təqdim edilərkən o şəxs Medvedev olmasa təcüblənməyən.Baş nazirlik üçün əsas iddialılar isə Moskva meri Sergey Sobyanin,müdafiə naziri Sergey Şoyqu,Dövlət Dumasının sədri Vyaçeslav Volodindir.Qeyd edim ki,yeni baş nazir həmdə Putin sonrası prezident anlamınada gəlir. 2.Xarici işlər naziri Sergey Lavrov-Son illər Rusiya xarici siyasətdə bir neçə böyük uğursuzluğa düçar olub.Suriyadakı vəziyyəti kankret pisləşdi,güclü iqdisadi sanksiyalara məruz qaldı və Avropa qarşısında casus qalmaqalı ilə aciz qaldı.Bunun üçündə ola bilsin ki,Putin Lavrovu görəvdən uzaqlaşdırsın.Bu vəzifə üçün prezidentin mətbuat katibi Dmitri Peskov və Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova kimi şəxslərin adı çəkilsədə bu vəzifə üçün potensial namizədlər ölkənin BMT-dəki daimi nümayəndəsi Vasili Nebnzya və xarici işlər nazirinin müavini Qriqori Karasindir.Ona görə ki,Peskovun başı korrupsiya qalmaqalları ilə dərdədir,Zaxarova isə qalmaqallı açıqlamaları ilə diqqət çəkir. 3.Moskva şəhərinin meri Sergey Sobyanin-Hər nə qədər vəzifəsindən öhdəsindən gəlsə belə onunda adı son günlər vəzifədən gedəcək məmurların siyahısında çəkilir. Sobyanin adı prezident admistirasiyasının sədri və baş nazirin müavin vəzifələrində,hətta Medvedev sonrası baş nazirlik üçün belə keçir.Onun yeri üçün ən şanslı namizədlər isə şəhər merinin müavini Marat Husnilli, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov,Rusiyanın nəqliyyat naziri Maksim Sokolov və prezidentin iqdisadi məsələlər üzrə köməkçisi Sergey Qlazev kimi şəxslərdir.Digər məmurlara gəldikdə isə hökumətin tərkibindəki iqdisadi blokda mühüm dəyişiklərin olacağını söyləmək olar.Bir çox yerli bölgə rəhbərinin yeni gənc kadrlarla əvəz olunacağı gözlənilir.Dağıstanın dövlət başçısı Vladimir Vasiliyev yenidən mərkəzə çəkilə bilər.Əgər bu baş versə ehtimal ki,Putin Vasiliyevi özünə köməkci təyin edə bilər.Vasiliyevin adı daxili işlər nazirliyi üçündə keçir.Bəzi dairələr hətta Çeçenistan prezidenti Ramzan Kadırovunda səlahiyyət müddəti bitdikdən sora vəzifədən gedəcəyini bildirirlər.Təhlükəsizlik sistemində passiv vəzifələrdən birinə gətiriləcəyi deyilə Kadırov özünən sora Çeçenistana özünə yaxın birini təyin etdirməyə çalışır.Bunun üçündə post-Kadırov dövrü Çeçenistan üçün ən şanslı namizəd kimi hazırda muxtar respublikanın hökumətində vəzifə daşıyan bir neçə məmurun adı çəkilir.Ümumilikdə Putinin yeni dönəmində ən böyük kadr dəyişikliyi zənnimcə diplomatik sahədə baş verəcək.Putin bərbad gündə olan diplomatik münasibətləri qaydasına salmaq üçün bu sahədə geniş kadr islahatlarına gedə bilər.Ən böyük dəyişikliyin isə Avropa ölkələrindəki diplomatik nümayindəliklərdə olacağı qənaitindəyəm.
Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynalabid Əmrəliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir