KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Barış Pınarı” əməliyyatı sonrasında nə olacaq?

“Barış Pınarı” əməliyyatı sonrasında nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
291 0

Türkiyə “Barış Pınarı” əməliyyatının hüquqi təməlini BMT-nin məşru müdafiə hüququnun istifadəsini tənzimləyən 51-ci maddəsinə, İŞİD-lə mübarizə üçün BMT-də alınan qərarlar və 1998 ilində Türkiyə ilə Suriyə arasında imzalanan Adana razılaşması kimi məqamlarla əsaslandırmaqdadır.

Əməliyyata ABŞ və Rusiyanın müxtəlif motivlərlə örtülü dəstək verdiyi həm Tramp, həm də Putinin açıqlamalarından anlasılmaqdadir. Hər iki ölkənin BMT Təhlükəsizlik Şurasındaki mövqeyi də bunu dəstəklər mahiyyətdədir. Ayrıca mövzunun yenidən BMT gündəminə gətirilməsi cəhdinə mane olanlar arasında Rusiya ilə birlikdə Çinin də olması diqqəti cəlb etməkdədir. AB və Ərəb Birliyi bu əməliyyata açıqca qarşı çıxsalar da, bunun sahədə praktiki bir nəticəsi olmasi mümkün görünmür. Macarıstanın AB-nin əleyhidə qərarına qarşı veto kartını istifadə etmə cəhdi də diqqəti cəlb etməkdədir. Əməliyyata açıq dəstək verən az sayda ölkə arasında Azərbaycanın olmasını da qeyd etmək lazımdır.

Barış Pınarı əməliyyatının müddətini və əhatə edəcəyi coğrafiyanın sərhədlərini dəqiq demək çətindir. Ancaq əməliyyatın hərbi və siyasi nəticələri haqqında aşağıdakıları təxmin etmək olar.

Türkiyə “Barış Pınarı” əməliyyatı ilə təxminən 30-35 km enindəki bölgədə təhlükəsizlik zonası yaradacaq. Bölgənin eni və uzunluğu sahədəki hadisələrə və xarici ölkələrlə bazarlıqlara görə daha da böyüyə bilər.

Hərəkatın hərbi hissəsi bitdikdən sonra Türkiyə orda normal yaşam üçün şərtləri yaratmağa başlayacaq. İnşaat və digər mövzuların olacağı bu prosesdə əsasən türk və müəyyən mənada da rus və amerika şirkətləri olmaqla müxtəlif şirkətlər iştirak edəcək. Bundan sonra Türkiyədəki Suriyəlilərdən bu bölgəyə ait olan təxminən 1 milyon nəfər bölgəyə geri dönəcək. Bölgədə bu əhalinin etnik və dini kompozisyonuna uyqun özünü idarə etmə mexanizması qurulacaq. Bölgənin təhlükəsizlik problemini isə Turkiyənin himayəsindəki Suriye Milli Ordusu təmin edəcək. Türkiyənin əvvəlki hərbi əməliyyatlarla kontrol ettiği digər bölgələr də bu bölgəyə daxil ediləcək.Bu bölgə gələcəkdə Suriyanın siyasi gələləcəyinin müəyyənləşdirilməsində masadakı aktyorlardan biri kimi yer alacaqdır.
Doç Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir