KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. BAO-nun müavini Faiq Ələkbərli Əskişəhirdə, Ankarada Rəsulzadə və Cümhuriyyət ideyalarından danışıb

BAO-nun müavini Faiq Ələkbərli Əskişəhirdə, Ankarada Rəsulzadə və Cümhuriyyət ideyalarından danışıb

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
299 0


Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində 26-27 may 2018-ci il tarixlərində Əskişəhərdəki Anadolu Universitetində “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konqres keçirilib.
Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı ilə həyata keçirilən Koqresə qatılan AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının müavini, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türkçülük məfkurəsinin milli demokratik təcəssümü: Azərbaycan Cümhuriyyəti” mövzusunda məruzə edib. Azərbaycan Cümhuriyyətinin qurulmasında türkçülük məfkurəsinin aparıcı rolundan bəhs edən F.Ələkbərliyə görə, Azərbaycan və Türkçülük qoşa qanad kimidirlər. Onun fikrincə, bu iki ideya bütün tarix boyu olduğu kimi 20-ci əsrin əvvəllərində də birləşdirici rolunu ortaya qoymuş, xüsusilə də yeni Türk dövlətinin qurucusu olan Məhəmməd Əmin Rəsulzadə tərəfindən şox doğru dəyərləndirilib. Belə ki, Rəsulzadə yeni Türk dövlətinə Azərbaycan adını verməklə həm tarixi-fəlsəfi bir ənənəni doğru müəyyənləşdirmiş, həm də gələcək nəslin, yəni Azərbaycan türklərinin Dərbənddən Kəngər körfəzinə, Bakıdan Kərkükə qədər bütünlüyünü ortaya qoyub. Azərbaycan türk aliminə görə, əgər bu gün 50 milyonluq Azərbaycan türkü özünü bir millətin fərdi hesab edirsə, yaxın tarixdə buna görə Rəsulzadəyə borcludur. Eyni zamanda, o, böyük turançı Əli bəy Hüseynzadə tərəfindən ortaya atılan türkçülük, islamçılıq və çağdaşlıq anlayışlarının doğru izah olunmasının, bir çox məsələlərdə Avropa, Rusiya tarixçiliyi mərkəzçiliyindən uzaqlaşılmasının vacibliyini də qeyd edib.
Qeyd edək ki, Konqres çərçivəsində 28 may tarixində Azərbaycan Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin Ankaranın Əsri məzarlığındakı anıtına da baş çəkilib. Faiq Ələkbərli Rəsulzadənin anıtı önündə Bütöv Azərbaycan Ocaqlarının (BAO) təmsilçisi kimi söz alaraq Cümhuriyyət və Rəsulzadə ideyalarının əhəmiyyəti barədə danışıb. O, buradakı çıxışında bildirib ki, 1828-ci ildə Qacar Türk dövləti Azərbaycanın bir hissəsini çar Rusiyasının işğalı altında qalması ilə məcburən razılşasa da, Rəsulzadə və onun silahdaşları 1918-ci ildə buna son vermişlər. Üstəlik, Rəsulzadə Türk dövlətinə Azərbaycan adının verilməsi ilə Türk Birliyinə doğru gedən yolda yeni bir taktika izləmişdir. F.Ələkbərliyə görə, Rəsulzadənin əsas məqsədi Azərbaycan türklərini bir arada tutmaq, gələcəkdə onların birləşərək bu bölgədəki hakimiyyətini bərpa etmək məqsədini güdüb. Bir sözlə, Rəsulzadə Azərbaycan və Türklük ideyaları çətiri altında Azərbaycan türklərinin birliyini və bütünlüyünü düşünüb. F.Ələkbərliyə görə, bu anlamda Azərbaycan türkləri böyük Azərbaycanın kiçik bir hissəsində müstəqil olsalar da, onlar bununla kifayətlənməməli və Azərbaycan türk torpağının tamamına sahib çıxmalıdırlar. Onun sözlərinə görə, xüsusilə də gənclər iki qutlu ideya olan Azərbaycan və Türklükdən möhkəm yapışaraq, çox yaxın zamanlarda böyük bir millət olmalarını yenidən ortaya qoymalıdırlar. Ona görə, bunu gerçəklşdirmək, yəni Azərbaycan Türk bayrağının Təbrizdə, Tehranda, Şuşada və bütün torpaqlarmızda dalğalanması üçün, daha böyük Rəsulzadələrə, Səttarxanalara, Pişəvərlərə, Yusifbəylilərə ehtiyacımız var ki, bu millət onları da ortaya qoymağa qadirdir. Azərbaycan alimi son olaraq bildirib ki, Azərbaycan Türkləri kiçik bir Azərbaycanda böyük bir vəzifə daşımağı deyil, Böyük Azərbaycanda sıradan bir vətəndaş kimi yaşamağı qarşılarına məqsəd qoyub bunu gerçəklşdirməlidirlər.

XeberBiz.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir