Temmuz’da S-400’ler Geliyor

BREXIT EUROSKEPTİKLERİ YILDIRABİLİR Mİ?

Mısır Suriye İhvan hareketi ne için oluştu

Şu an Türkiye ve İran ile diyalog zor ve faydasız

Bakü’de Kafkasya Sempozyumu var

Azerbaycan, Gündem 19 Mayıs 2019
50

Paytaxtımız növbəti beynəlxalq tədbirə hazırlaşır. AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə mayın 23-24-də Qafqazşünasların II Beynəlxalq Forumu keçiriləcək. Bölgədə cərəyan edən hadisələrin dərindən öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi əsaslandırılmış proqnozların verilməsi vacibdir. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər. Qafqazşünaslıq İnstitutu bu sahədə ciddi elmi tədqiqatlar aparır. AZƏRTACQafqazşünasların II Beynəlxalq Forumu və Qafqazşünaslıq İnstitutunun fəaliyyəti barədə bu elmi müəssisənin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ilə müsahibəni təqdim edir.

-Musa müəllim, rəhbərlik etdiyiniz institut gənc olmasına baxmayaraq, dünya qafqazşünaslarını bir araya gətirmək, fikir mübadiləsi aparmaq üçün əlverişli platforma – Qafqazşünasların Beynəlxalq Forumunu yarada bilib. Forumun təşkil edilməsini labüd edən amillər hansılardır?

-Qafqaz regionunun ərazisi 440 min kvadrat kilometrdən çoxdur. Bu ərazidə təqribən 32 milyon əhali yaşayır. Bu gün bir çox ölkələrdə Qafqazı öyrənən elmi-tədqiqat və strateji araşdırma mərkəzləri fəaliyyət göstərir. Biz yaşadığımız Qafqaz regionunu, qonşularımızı, baş verən prosesləri dərindən öyrənməliyik. Çünki qonşularla münasibətlərin qurulması dövlətin siyasətində xüsusi yer tutur. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Qafqaz dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir”. Prezident İlham Əliyev isə bildirir ki, biz dünyada, bölgədə gedən prosesləri izləyərək ölkəmiz üçün riskləri nə qədər mümkünsə, minimum səviyyəsinə endirməyə çalışmalıyıq. Biz də institut olaraq çalışırıq ki, Azərbaycan qafqazşünaslıq elminə öz töhfələrimizi verək. 2015-ci ildə yaradılmış institutda aparılan araşdırmalar, o cümlədən Qafqaz ölkələrində gedən sosial-siyasi proseslərin və regionda yerləşən dövlətlərin xarici siyasətinin Azərbaycana təsiri, böyük və qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz siyasəti, regionda münaqişələr, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçı siyasəti, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin Qafqaz regionuna dair baxışları və başqa problemlərin tədqiqi müvafiq sahədə məsələlərin beynəlxalq elmi səviyyədə müzakirəsinə ehtiyac yaratdı. Bu baxımdan 2017-ci ildə ilk dəfə Qafqazşünasların Beynəlxalq Forumu keçirildi.

– Builki Forum haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.
– Forumda qafqazşünaslığın bir sıra elmi problemləri – Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, regionda münaqişələr, terror, xalqlar və dövlətlərin qarşılıqlı münasibətləri, böyük dövlətlərin region siyasəti və s. müzakirə ediləcək.
Müxtəlif ölkələrin qafqazşünas alimlərinin belə geniş əməkdaşlığı ümumi işimizə yalnız fayda verəcək, regionla bağlı aktual məsələləri alimlərin diqqət mərkəzində saxlamalarına, regiona dair tədqiqatları birgə işləmələrinə kömək edəcək.
Forumu keçirməklə dünyanın müxtəlif ölkələrindən qafqazşünas alimləri çoxtərəfli formatda bir araya gətirmək, forum çərçivəsində onların ikitərəfli əməkdaşlığının qurulmasına kömək etmək və aktual elmi problemlərə dair müzakirələr aparmaq, elmi- tədqiqat perspektivlərini müəyyənləşdirmək nəzərdə tutulur. Bu sahədə tədqiqat aparan alimlərin bir-birini daha yaxından tanımasına, səylərini əlaqələndirmələrinə, çoxtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq etmələrinə ciddi ehtiyac var. Həmçinin gənclərin bu sahəyə marağını artırmaq, Qafqaz regionuna dair tədqiqatları genişləndirmək və xarici ölkələrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rol oynaya biləcək azərbaycanşünas alimlərin, tədqiqatçıların yetişdirilməsi vacibdir. İnanıram ki, bu forum Azərbaycan, o cümlədən dünya qafqazşünaslıq elmini zənginləşdirəcək.

-Qafqazşünasların II Beynəlxalq Forumunda əvvəlki ilə müqayisədə hansı yeniliklər gözlənilir?
-Birinci Forumun keçirildiyi dövrdən bugünədək Azərbaycan qafqazşünaslıq elminə marağın artdığının şahidi oluruq. Əgər birinci Forumda 175 alim və tədqiqatçı məruzə təqdim etmişdisə və onların 45 nəfəri xarici ölkələrdən idisə, bu ilki Forumda 24 bölmədə dinlənilmək üçün Azərbaycan da daxil olmaqla 11 ölkədən 222 nəfərin məruzəsi qəbul edilib. Onların 59-u xarici ölkələrdəndir. Xaricdən olan məruzəçilərin sayının artması onu göstərir ki, AMEA-nın Qafqazşünaslıq İnstitutu müvafiq tədqiqatlar üzrə qabaqcıl elm mərkəzlərindən birinə çevrilir. Xarici ölkə alim və tədqiqatçılarının Azərbaycana məruzələr göndərməsi, tədqiqatlarında ölkəmizin xarici siyasətinin təhlilinə xüsusi yer ayırmaları Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan elminin nüfuzunun beynəlxalq aləmdə yüksəldiyinin göstəricilərindən biridir.
-Qafqazşünaslıq İnstitutu fəaliyyəti müddətində hansı nəticələri əldə edib?
-İnstitutumuz, ilk növbədə, Prezident İlham Əliyevin imzaladığı və AMEA-nın elmi müəssisələrinə aid olan sərəncam və fərmanları, dövlət proqramlarını, Nazirlər Kabinetinin qərarlarını və AMEA prezidentinin sərəncamlarını yerinə yetirib. İnstitutumuzun 2017 və 2018-ci illərə dair hesabatlarına müqayisəli yanaşdıqda elmi və təşkilati fəaliyyətin genişliyi və məhsuldarlığı baxımdan yüksək dinamikanı görmək olar. Əməkdaşlarımızın elmi məqalələri Azərbaycan ilə yanaşı, xaricdə dərc olunur, xarici ölkə tədqiqatçılarının diqqətini cəlb edir, onlar bizim alimlərin əsərlərinə istinadlar edirlər. Elmi işçilərimiz Azərbaycan qafqazşünaslıq elmini xaricdə keçirilən beynəlxalq konfranslarda layiqincə təmsil edirlər. Bəzi alimlərimiz beynəlxalq elmi cəmiyyətlərin və beynəlxalq elmi jurnalların redaksiya heyətlərinin üzvüdür. Azərbaycan, rus və ingilis dillərində çap olunacaq “Qafqazşünaslıq” beynəlxalq jurnalı üçün indeks alınıb. Bu, ölkəmizdə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq indeksli jurnaldır.

-İnstitut gələcək fəaliyyətində nələri nəzərdə tutur?
-İnstitut müəyyənləşdirilmiş elmi-tədqiqat istiqamətlərinə uyğun araşdırmalarını davam etdirəcək. Bu il 6 kitab və məcmuə nəşr edib elmi ictimaiyyətə təqdim etməyi planlaşdırırıq. Əməkdaşlarımızın həm respublika, həm də beynəlxalq konfranslarda iştirakı nəzərdə tutulur. Əvvəlki illərə nisbətən xaricdə dərc olunan məqalələrin sayını artıracağıq.

-Məzmunlu müsahibəyə görə təşəkkür edirik.

Mənbə: https://azertag.az/xeber/Musa_Qasimli_Biz_yasadigimiz_Qafqaz_regionunda_bas_veren_prosesleri_derinden_oyrenmeliyik-1284177, 18.05.2019

Yorumlar