Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

Bakıda keçirilən görüş: Azərbaycana verilən dəyərdir

Gündem 11 Temmuz 2019
22

Məlum olduğu kimi, Rusiya Müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda ABŞ Hərbi Hava Qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı Todd Volterslə görüşüb. Bəzi ekspertlər sual verirlər ki, bu görüş niyə Tiflisdə və ya niyə İrəvanda keçirilmədi? Və niyə məhz Bakı? Və Rusiya üçün bu görüşün Bakıda keçirilməsinin önəmi nədir? Bu sualların cavabını əslində NATO-nun Baş katibi Yens Stoltenberqin bu ilin aprelində Vaşinqtonda çıxışı zamanı səsləndirdiyi bir fikirdə tapa da bilərik: “Bu baxımdan Rusiya bizim qonşumuzdur. Rusiya heç yerə getməyəcək, biz də Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq”, Bu fikir tezis olaraq məhz bu suala cavab axtaran ekspertlərə verilə biləcək ən yerində və ən doğru cavabdır. Regionda olan dövlətlərdən Ermənistan hətta özünün vassal asılılığı ucbatından NATO ilə münasibətlərini normal qura bilmir və rəsmi İrəvan 2019-cu ildə başa çatacaq fəaliyyətin 5-ci proqramının 5-ci IPAP layihəsindən sonra gələcək 6- cı layihəni imzalamaq gücündə deyil. Regionun digər dövləti Gürcüstanda isə ümumiyyətlə sabitlik haqqında danışmaq qeyri – mümkündür və Gürcüstan fərqində olmadan NATO – Rusiya münasibətlərinin ləngiməsinə də səbəb olur. Azərbaycan isə Rusiyanın Siyasi araşdırmalar institunun direktoru Sergey Markovun da dediyi kimi: “çox vacib, ciddi geosiyasi regiona çevrilib. Müntəzəm olaraq Azərbaycanda beynəlxalq forumlar keçirilir”. Bu məqamda heç şübhəsiz ki, Azərbaycanın və Rusiyanın strateji müttəfiqi, NATO üzvü qardaş Türkiyənin də səylərini unutmaq mümkün deyil.

Son illərdə NATO hərbi komandanlığı və Rusiya yüksək rütbəli hərbçilərinin görüşü üçün məhz Bakının seçilməsi artıq bir ənənə halını alıb. Ermənistanın daha çox Rusiyaya, Gürcüstanın isə aşkar NATO-ya meylli olması ilə əlaqədar regionda planlaşdırılan görüşün Bakıda keçirilməsi heç də təəccüblü deyil. Bakı artıq bir neçə dəfə bu formata uyğun görüşlərin keçirilməsində müəyyən təcrübəyə malikdir. İstər NATO hərbi komandanlığı, istərsə də Rusiyanın hərbi generaliteti fərqindədir ki, rəsmi Bakı təkcə regionun vacib aktoru deyil, eyni zamanda regionda baş verən müxtəlif siyasi – ictimai kataklizmlərə rəğmən, qlobal düzeydə sabitliyini və balansını qoruyan tək – tük ölkələrdən biridir. Eyni zamanda tərəflərlə balanslı münasibət yaratması rəsmi Bakını bu prosesdə bir addım önə çıxarır ki, bu da tərəflərin görüş yeri olaraq Bakını seçməsini şərtləndirən ən önəmli amillərdəndir. Nəzərə alsaq ki, NATO ilə Rusiya arasında illərdir yığılıb qalan, həlli vacib məsələlər(Ukrayna, Suriya, beynəlxalq təhlükəsizlik, terrorizmlə mübarizə və.s) eyni zamanda qlobal aktor kimi Azərbaycanı da heç şübhəsiz narahat edir və bu problemlər müharibədən əziyyət çəkən ölkə kimi Azərbaycanın da qarşısında dayanan Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi baxımından böyük bir önəmə sahibdir, ona görə də Azərbaycan belə bir görüşün məhz Bakıda keçirilməsində olduqca maraqlı bir subyekt kimi çıxış edir. İstər NATO, istərsə də Rusiya ən yaxın tarixdə Azərbaycanın regionda baş verən bir sıra gərginlik anlarında vasitəçilik missiyasını uğurla həyata keçirdiyinin əyani şahididir ki, bu da vacib görüşün məhz ölkəmizdə keçirilməsinə şərait yaradır. Eyni zamanda Azərbaycanın Suriyanın ərazi bütövlüyünü dəstəkləməsi, Rusiya ilə bütün, ABŞ ilə müəyyən sahələrdə əməkdaşlıq etməsi, Əfqanıstana etdiyi yardımlar, NATO-nun proqramlarında aktiv iştirakı, regionda və Xəzərdə Rusiyanın maraqlarını tərəfdaş kimi qoruması və digər bu kimi region üçün həyati önəmə sahib fəaliyyətlər həyata keçirməsi bir daha sübut edir ki, Azərbaycan kiminsə forpostu deyil, tam tərsi Azərbaycan regionda müstəqilliyini qazandığı gündən etibarən müstəqil siyasət yürüdən, hamı ilə özünün regional və qlobal maraqları çərçivəsində əməkdaşlıq quran bir dövlətdir. Bunu isə istər NATO – nun, istərsə də Rusiyanın görməməsi demək olar ki, mümkün deyil.

Bir məqama diqqət etməliyik ki, 2017 – ci ildə Kerç boğazındakı gərginlikdən və NATO-nun “Trident Juncture” təlimlərindən sonra Rusiya və NATO arasındakı müharibə riskinin 70%-ə yaxın olduğunu qeyd edən macar hərbi tədqiqatçıları An Qarrison və Corc Samuelinin bu proqnozlarına ölkəmizdə artıq ənənəvi olaraq keçirilən NATO – Rusiya görüşlərindən sonra faktiki olaraq son qoyulub. Bu isə NATO və Rusiya hərbi yetkililərinin Bakı görüşlərinin nə qədər önəmli olduğunun göstəricisidir.
Oktay Hacımusalı

Yorumlar