10 dekabr – İnsan Hüquqları Gününü qeyd etmək üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi, Gənclər və İdman Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkilin ofisi (Ombudsman) Sabunçu Gənclər Evində sərgi təşkil edib. Bugünkü tədbir, həmçinin, dünyada qadın və qızlara qarşı zorakılığa son qoymağı səsləyən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının yekununu qeyd edib.
İnsan Hüquqları Gününün builki mövzusu gəncləri insan hüquqları uğrunda daha fəal olmağa çağırır. Bu mövzuya həsr olunmuş tədbir dövlət qurumları, vətəndaş cəmiyyəti, diplomatik missiyalar, gənclər təşkilatları və kütləvi informasiya vasitələrinin 150-yə yaxın nümayəndəsini bir araya gətirib.
Açılış mərasimində çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bunları bildirib: “İnsan hüquqları uğrunda fəal ol” ümumdünya çağırışı ilə biz dəyişikliyin konstruktiv qüvvəsi kimi gənclərin potensialını qeyd etmək, onlarını təsirini artırmaq, eləcə də qlobal auditoriyanın geniş dairələrini insan hüquqularının təşviqi və müdafiəsinə cəlb etmək istəyirik.”
O həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma işində və daha yaxşı dünya üçün yeni ideya və həllərin gətirilməsində gənclərin vacib rolunu qeyd edib.
Tədbirin açılış sessiyasında həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva və Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış ediblər. BMT-nin baş katibi Antonio Quterreş və BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçelenin video müraciətləri nümayiş olunub.
Tədbir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə həsr olunmuş karikatura və illüstrasiyaların sərgisi ilə davam edib. Sərgidə həmçinin posterlər və insan hüquqlarının daha yaxşı icrasına dair gənclərin mesajlarını əks etdirən videolar nümayiş olunub. Bununla yanaşı, ziyarətçilərə BMT agentliklərinin dərc etdiyi müxtəlif nəşr və tədris materialları ilə tanış olub və əldə etmək imkanı verilib.
İnsan Hüquqları günü hər il dekabrın 10-da – BMT Baş Assambleyasının 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdiyi gündə qeyd olunur. Bu tarixi sənəd bəyan edir ki, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidəsi, milli və ya sosial mənşəyi, əmlakı, sosial mövqeyi və digər vəziyyətindən asılı olmayaraq, hər kəs bu Bəyannamədə elan olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır. 500-dən çox dilə çevrilmiş bu Bəyannamə dünyada ən çox tərcümə olunmuş sənədidir.
Vəfa FƏRƏCOVA
- Anasayfa
- »
- Azerbaycan
- »
- Bakıda İnsan Hüquqları Günü münasibətilə sərgi keçirilib
Bakıda İnsan Hüquqları Günü münasibətilə sərgi keçirilib
366 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.