KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Bağırovun xalqımızın taleyində rolu əvəzsizdir və bunu unutmaq nankorluqdur

Bağırovun xalqımızın taleyində rolu əvəzsizdir və bunu unutmaq nankorluqdur

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
370 0

Bununla bağlı “Ölkə.Az”ın suallarını həmin dövrü araşdıran təhqiqatçı Adıgözəl Məmmədov cavablandırıb:

– Adıgözəl müəllim, yəqinki ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin 40-50-ci illərdə İran Azərbaycanı və Sovet Azərbaycanı ilə bağlı gizli dosyelərindən məxfilik qrifini götürərək ictimailəşdirməsindən məlumatınız var. O, hadisələri araşdıran bir şəxs kimi bu məxfi məlumatlardakı informasiyalar nə qədər reallığı əks etdirir?

– Əlbəttə, mən də bu materiallarla tanış olmuşam və həm də təəccüb etmişəm ki, ABŞ kəşfiyyatçıları nə qədər baş verən hadisələrdən agah imişlər. İlk dəfə Mircəfər Bağırovun cənubi Azərbaycanla bağlı fəaliyyətləri barədə 2003-cü ildə nəşr edilmiş “Baş tutmamış çevriliş” kitabımda geniş bəhs etmişəm və burada onun demokratik firqənin təsis olunmasında və ümumilikdə isə Cənubi Azərbaycanda baş verən siyasi proseslərdəki iştirakından geniş bəhs etmişəm. Bütün hadisələrin əvvəldən axıra qədər Mircəfər Bağırova bağlılığını təsdiq etmək üçün o günə qədər tam məxfi sayılan sənədləri və yazışmaları kitabıma əlavə etmişdim. Ona görə də bu mövzunun aktuallığını nəzərə alaraq bir daha “Mircəfər Bağırov və Cənubi Azərbaycan” hərakatı adı altında geniş bir yazımı sizin sayt vasitəsilə hissə-hissə oxuculara təqdim edəcəyəm. Bu yazı ilə tanış olduqdan sonra oxucularımız bir daha əmin olacaqlar ki, nə qədər M.C.Bağırov Böyük Azərbaycan dövlətinin yaradılmasının aşiqi və vətəninə, dövlətinə bağlı adam olub. Məhz bu bağlılığa görə də böyük Azərbaycan layihəsinin müəllifi kimi də sonradan onu Azərbaycan milliyyətçisi kimi də ittiham edəcəkdilər.

– Onda yəqin xəbəriniz var ki, Vaşinqtonda nəşr edilən gizli dosyelərdə M.C.Bağırovu bir millətçi kimi təqdim edirlər?

– Doğru deyirsiniz, həmin dosyelərdə Beriya ilə Bağırovun adı birləşik çəkilərək, Cənubi Azərbaycan barədə niyyətlərini açaraq onları milli təəssübkeş kimi xaraktetizə edirlər. Həqiqətən də sonrakı mərhələlərdə M.C. Bağırovun milli təəssübkeşliyi ona qarşı ittihamın əsasını təşkil edəcəkdi. Bunu biz bariz şəkildə 1954-cü il fevral ayının 12-də Bakıda keçirilən Kommunist partiyasının qurultayının protokollarında daha aydın görürük. Məsələn Azərbaycan Kommunist partiyasının Mərkəzi komitəsinin ikinci katibi Vitali Səmədov Bağırova qarşı hücuma keçərək onu aşağıdakı şəkildə ittiham edərək deyirdi:

“Bağırov bizə tapşrırdı ki, Azərbaycana dair dərsliklərdə Mikoyanın adı çəkilməsin, partiya institutu Şamiyanın adı ilə çağırılmasın. O, Serqo Orconikedze barədə qərəz və kinayə ilə danışırdı”. O həmən Serqodur ki, Dağlıq Qarabağın taleyi həll olunanda Qarabağın Ermənistana verilməsinə səs verib və buna qarşı çıxan Nəriman Nərimanovu bir müddətdən sonra real siyasi hakimiyyətdən uzaqlaşdırılmasına nail olub, Kremlin divarları arasında səsi eşidilməyən və heç bir ciddi səlahiyyəti olmayan, Stalindən komada olan Leninə şikayət məktubları yazan və son nəticədə də onun ölümünə səbəb olub.

Yaxud da həmin qurultayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Nəzər Heydərov, M.C.Bağırovun əlinin çörəyini yemiş Məmməd İskəndərovla baş-başa verərək erməni mənşəli Astvatsaturov – “Orconikidzeneft “in keçmiş rəisinin, Mravyan – “Stalineft” trestinin keçmiş rəisinin, Ter-Minasov-“Buzovnaneft”in keçmiş baş mühəndisinin Azərbaycandan qovduğuna görə M.C.Bağırovu ittiham edirdilər. Sanki Mikoyana xoş gəlmək üçün bu insanlar bir-birləri ilə yarışa girmişdilər, çünki Mikoyanın görən gözü, eşidən qulağı A.Sarkisov – Dağlıq Qarabağ muxtar vilayətindən qurultayda nümayəndə kimi iştirak edirdi. Bu adam çıxışında bütün azərbaycanlı siyasi rəhbərliyə öz iradını tutaraq qurultayda hansı yöndə müzakirələrin aparılmasını istiqamətləndirirdi. A.Sarkisov deyirdi:

“1952-ci ildə Bağırovun təklifi ilə Azərbaycan KP MK bürosu marksizm-leninizminin institutlarda tədrisin ermənicə aparılmasını ləğv edib, Bakıda, Kirovabadda, Naxçıvanda, Stepanakertdə tədrisin acaq rus dilində aparılması qərara alınıb. Bunun nəticəsində biz Stepanakertdə universitetin erməni bölməsini bağlamalı olduq. Bağırov millətçi idi, həm də xüsusi tipə mənsub millətçi idi. O, digər millətlərin təkcə kadrlarını deyil, mədəniyyətini də bəyənmirdi. Bakıda erməni teatrının bağlanması dediklərimə parlaq sübutdur”.

O, həmçinin M.C.Bağırovu daşnaq mərkəzi olan “Stepanakert müəllimlər institutunu” bağlamaqda ittiham edirdi. Təsadüfi deyildir ki, bu istiqamətləndirici çıxışdan sonra qurultayda çıxışlar Mikoyanın müdafiəsi üzərində qurulmağa başladı. Mərkəzi komitənin elm və mədəniyyət şöbəsinin müdiri H.Həsənovun çıxışını oxuduqca sağlam azərbaycanlı şüuruna sığışmayan fikirlərə görə xəcalət çəkməli olursan. Görün o öz çıxışında nə deyirdi:
“Bağırov Azərbaycan tarixi dərsliyindən Mikoyanın, Orconikidzenin, 26 Bakı komissarının adlarını çıxarmaq barədə göstəriş verməklə kifayətlənmirdi. Özü şəxsən öz əli ilə bu adların üstündən xətt çəkirdi. Yadımdadır, mənim iştirak etdiyim yığıncaqda Bağırov dərsliyi hazırlamış müəlliflərin üstünə çığırdı ki, nə üçün onun göstərişlərinə əməl etməyərək, həmin adlar dərslikdən çıxarılmayıb”.

Yəni yuxarıdakı misalları çəkməkdə məqsədim odur ki, erməni siyasi elitası Mikoyan başda olmaqla M.C.Bağırova həm Azərbaycanda, həm də İran Azərbaycandakı azərbaycanlaşdırma siyasətinə görə bağışlamayacaqdılar. Sizin sayt vasitəsilə oxuculara təqdim edəcəyim “M.C.Bağırov və Cənubi Azərbaycan” silsilə yazılarımda onun Tudə partiyasının rəhbəri Ərdəşir Ovanisyanın və o cümlədən də yerli daşnaqların cənubi Azərbaycan proseslərinə müdaxilə etmək istəklərinin necə qarşısını almağının şahidi olacağıq. Bu baxımdan 1954-cü ilin fevralın 12-dən 16-na kimi davam etmiş qurultayda yuxarıda qeyd etdiyim çıxışçıların əsas ana xətti Mikoyana təzim, M.C.Bağırovun azərbaycanlaşdırma siyasətinə görə ermənilərdən üzr istəmək üzərində qurulub.

– Adıgözəl müəllim, çox maraqlı məqamlara toxunursunuz. Məndə olan məlumatlara görə M.C.Bağırovun azərbaycanlıların Azərbaycandan köçürülməsinin qarşısını almaqda müstəsna xidmətləri olub. Bu nə qədər həqiqətə uyğundur?

– Bilirsiniz mən bu məsələlərlə dərindən məşğul olmuşam. Həm Bakıda, həm də Moskvada bu istiqamətdə ciddi tədqiqatlar aparmışam. Eyni zamanda da o dövrü araşdıran bir çox rus yazarları ilə də fikir mübadiləsi aparmışam. Müharibə illərində müharibə qanunları hökm sürür. Amma külliyən xalqların deportasiyası Stalin zamanında qəddarcasına həyata keçirilməyə başladı. Bu baxımdan erməni siyasi elitasının barmağı həmişə Kreml daxili intriqalarında da özünü büruzə verirdi. Deportasiya olunan xalqları bir neçə məsələlərdə günahlandırırdılar. Bunu biz SSRİ Dövlət Müdafiə Komitəsinin xalqların deportasiya ilə bağlı az bir qismi açıqlanıb çox hissəsi hələ də gizli saxlanılan protokollarından görmək olur. Fikir verirsinizsə ilk deportasiyaya məruz qalan xalq məhsəti türkləri oldu. Hansıki bu xalq almanlar tərəfindən işğal olunmuş sovet torpaqlarında yaşayırdılar. Amma onları türk olduğuna görə departasiya olundular. Əslində məhsəti türklərini ona görə ittiham edirdilər ki, guya Türkiyə faşist Almanıyası ilə birlikdə Sovet İttifaqına qarşı hücum edəcəkdi, məhsəti türkləri bu gələn qüvvələrə bələdçilik edib “separatis” fəaliyyət göstərəcəkdi…

Digər bir əsas kimi də almanların təşkil etdiyi legioner ordularda məhsəti türklərinin təmsil olunması idi. Əslində onlar faşist Almaniyasının Krım türklərindən və azərbaycanlılardan təşkil edilmiş legionlarda təmsil olunurdular. Məhz bunu əsas gətirərək Məhsəti türkləri və Krım tatarları deportasiya olundu. Halbuki minlərlə krım tatarları, məhsəti türkləri Sovet ordusunda faşist almaniyasına qarşı vuraşaraq qəhrəmanlıq göstərirdilər. Bu xalqın bir çox evladları da şücaət və qəhrəmanlıqlarına görə Sovet İttifaqı qəhrəmanı adına layiqdə görülüblər. Burada iki məqama toxunmaq istəyirəm. Həmin legioner ordulardan almanlar ermənilər üçün də yaratmışdılar. Amma nədənsə xalqların deportasiyası məsələsində ermənilərə qarşı bu erməni legionları tətbiq edilmədi. İkinci məqam yuxarıda qeyd etdiyim kimi məhsəti türkləri Əli bəy Düdəhlinskinin rəhbərlik etdiyi Azərbaycan legionlarında daha çox təmsil olunurdular. Ona görə də sonrakı hədəf azərbaycanlılar idi. Dövlət Müdafiə Komitəsinin qərarına görə məhsəti türklərini türk olarağ “separatizmə” meyilli xalq və alman legionlarında təmsil olunduqlarına görə deportasiya etdilər. İkinci mərhələdə isə azərbaycanlılara da bu “yarlık” yapışdıraraq deportasıya etməli idilər. Əslində SSR Dövlət Müdafiə Komitəsində azərbaycanlıların da deportasiyası məsələsidə müzakirəyə çıxarılıb. Amma bunun qarşısını alan iki şəxs oldu Bağırov və Beriya.

– Bunun qarşısı necə alındı?

Stalin də və o cümlədən də Kremldəki rus siyasi elitasında azərbaycanlılara qarşı şübhəli münasibətin dəyişməsi üçün kütləvi şəkildə azərbaycanlıların partiya və komsomol təşkilatları vasitəsilə Moskvaya teleqramların göndərilməsi təşkil edildi və hərbi çağırışçıların sayı artırıldı. Azərbaycan diviziyalarının cəbhə bölgəsində uğurları və azərbaycanlı müharıbə qəhrəmanları haqqında yazılar mərkəzi qəzetlərdə intensiv işığlandırılmağa başlanıldı. Eyni zamanda qəhrəmanca həlak olmuş azərbaycan oğullarımız haqqında tədbirlərin keçirilməsi geniş vüsət aldı. Bağırovun öz oğlu Mircahangir də müharibədə qəhrəmancasına həlak olub. Bunu Stalin və o dövrdəki kreml personajları gözəl bilirdi. İkinci səbəb isə İran məsələsi tam həllini tapmamışdı. Təbrizdə Sovet ordusunun bir hissəsi dururdu. M.C.Bağırov Stalini inandırmışdı ki, siz azərbaycanlılarsız mərkəzi Tehran hakimiyyətinə təsir edə bilməyəcəksiniz. Təsadüfi deyildir ki, M.C.Bağırovun başçılığı altında görkəmli elm xadimimiz, dövlət adamımız Əziz Əliyevlə başlanılmış və Moskva tərəfindən 1942-ci ildə dondurulmuş Cənubi Azərbaycan siyasətimiz Beriyanın dəstəyi ilə 1944-cü ildə yenidən işə salındı. Pişəvərinin başçılığ edəcəyi demokratik firqənin yaradılması da bu dövrə təsadüf edir. Tam qətiyyətlə deyə bilərəm ki, Cənubi Azərbaycan lahiyəsinin müəllifi başından axırına qədər M.C.Bağırov idi. Məhz o günlər Stalinin göndərdiyi məktubda M.C.Bağırov qeyd edirdi:

“Azərbaycanlılar Ərdəşir Avanesyanın başçılıq etdiyi Tudə partiyasında birləşə bilməyəcəklər. Burada şəxsin erməniliyi azərbaycanlıları bu partiyadan uzaq salıb. Hesab edirəm ki, Tehran hakimiyyətinə təsir etmək üçün azərbaycanlılardan ibarət yeni bir siyasi güç yaratmağ lazım gələcəkdir. İnanın təkcə bu çümlə ilə Bağırov həm də azərbaycanlıları gözləyə bilən deportasiyadan qoruyurdu və Azərbaycan faktorunu geosiyasi güc kimi Stalinin gözünün önündə vacibliyini vurğulayırdı. Ona görədə M.C.Bağırovun xalqımızın taleyində rolu əvəzsizdir və bunu unutmaq nankorluqdur!

Səxavət Məmməd
Ölkə.Az

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir