KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azerbaycan Milli Şuranın bəyanatı

Azerbaycan Milli Şuranın bəyanatı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
304 0

14-15 iyulda Bakıda keçirilən Qarabağ yürüşündən sonra həbs edilənlərə qarşı işgəncə və pis rəftar haqda inandırıcı məlumatlar daxil olur. Hətta onlardan bir neçəsi yaxınları tərəfindən müqavilə bağlanmış vəkillərdən imtinaya, dövlətin ayırdığı vəkillə kifayətlənməyə məcbur da edilib. Həmin yürüşə görə saxlanılıb, sonradan karantin qaydalarını pozma ittihamı ilə inzibati həbsə məhkum edilənlərin istintaqa aparılıb, bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunanlar əleyhinə onlardan ifadə alındığı haqda da xəbərlər gəlir.
Həbs edilənlərdən AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının taleyi xüsusi narahatlıq doğurur. Ona ağır işgəncələr verildiyi haqda məlumatların inandırıcı inkarı hələ də yoxdur. Saxlandığı 2 həftədən artıq müddətdə ailəsi və yaxınlarının onunla normal kommunikasiyası olmayıb, onun vəziyyəti barədə etibarlı məlumat əldə edilməyib. Əksinə, F.Qəhrəmanlı əvvəldən tanıdığı vəkilin xidmətindən və apellyasiya şikayətindən imtina edib ki, bu da onun vəziyyəti barədə narahatlığı və müəmmaları artırır. 4-cü dəfədir cinayət məsuliyyətinə cəlb edilən F.Qəhrəmanlı kimi təcrübəli və cəsarətli siyasətçi heç bir halda öz iradəsi ilə əvvəldən tanıyıb etibar etdiyi vəkilin xidmətindən və apellyasiya hüququndan imtina etməzdi.
Üstəlik yaxınlarının tutduğu vəkildən imtina edən təkcə o deyil. Bu dalğada saxlanılaraq inzibati həbs cəzası verilən AXCP üzvü Feyruz Rəhimov da vəkilindən imtina edib və bütün əlamətlər onun buna məcbur edildiyini göstərir.
Bu faktlar da saxlanılanların işgəncə və təhdid altında olduğunu deməyə əsas verir.
AXCP-nin Qarabağ məhbuslarından Baba Süleymanın da səhhəti barədə ciddi narahatlıqlar var. B.Süleymanın ürək və qan-damar sistemi ilə bağlı ağır xəstəliyi var və elə buna görə də həbsindən bir neçə gün sonra onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürməyə məcbur olublar. Anasının yaydığı məlumatlar göstərir ki, B.Süleymanın sağlıq durumu ağır olaraq qalır, onda tez-tez bayılma baş verir və buna görə onu heç istintaq hərəkətlərinə də cəlb edə bilmirlər.
Bu arada AXCP-nin daha bir funksioneri – ötən ilin oktyabrında narkotik ittihamı ilə şərlənərək həbs edilən Paşa Umudov məhkəmənin hökmü ilə ağır cəza alıb. Onu 4 il 6 ay azadlıqdan məhrum ediblər.
Milli Şura bütün bunlara kəskin etirazını bildirir və xüsusən də Qarabağ yürüşündən sonra həbs edilənlərin təleyindən hədsiz dərəcədə narahat olduğunu bəyan edir. Milli Şura hakimiyyətdən tələb edir ki, əsasında AXCP-yə qarşı repressiya dayanan bu qurama cinayət işinə xitam verilsin və Qarabağ məhbusları da daxil olmaqla, günahsız halda həbsdə saxlanan bütün siyasi məhbuslar dərhal azad edilsin.
Milli Şura Ombudsmana və Qırmızı Xaçın Azərbaycan nümayəndəliyinə çağırış edir ki, Qarabağ məhbuslarına mümkün işgəncəyə halları və onların taleyi barədə cəmiyyətin etibarlı məlumat almasını təmin etsinlər.
Milli Şura beynəlxalq birliyin son həbslərlə bağlı tutduğu mövqeyi, rəsmi Bakıya olan etiraz və çağırışlarını yüksək qiymətləndirməklə yanaşı, onu Azərbaycan hakimiyyətinin repressiv addımlarına, həbs olunanların taleyini təhlükəyə atmasına daha sərt münasibət bildirməyə, ölkədə diktatura qurulmasına yol verməmək üçün daha təsirli vasitələrə, o cümlədən ünvanlı sanksiyalara əl atmağa çağırır.
Milli Şura nəhayət, ölkənin demokratik ictimaiyyətinə müraciət edir ki, Qarabağ məhbuslarının və ümumən siyasi məhbusların müdafiəsi, onların azadlığa qovuşması və bütövlükdə demokratiyanın qorunması istiqamətində daha çox əzm və fədakarlıq göstərsin.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir