KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Azer Gasimli: Putin səhv qərarları və addımları ilə özünü tələyə saldı

Azer Gasimli: Putin səhv qərarları və addımları ilə özünü tələyə saldı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
38 0

Rusiya prezidenti Putin səhv qərarları və addımları ilə özünü tələyə saldı. İndi də artıq dura bilmir. Getdikcə də bataqlıq onu daha çox dərinə dartır, qırmızı cizgiləri keçir, özünü çıxılmaz vəziyyətə salır. Danışıqlar masasında heç nə əldə edə bilmədi müharibəyə əl atdı. Nə müharibə yolu ilə Ukraynanı işğal edə bildi, nə də müharibənin məsuliyyətini bölüşmək məqsədilə ətrafında hər hansı geniş koalisiya yarada bildi. Bunlara görə də bir tərəfdən nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirmək əmri verir və intensiv şəkildə yaşayış yerlərini raket hücumuna məruz qoyur. Acizlik və son çarədir.

Vəziyyətdən indi iki çıxış yolu var. Qərbin başlatdığı öldürücü sanksiyalara artıq bütün dünya qoşulur. Hər sahədə Rusiya təcrid olunur. Və belə olan təqdirdə Putin daxildə bütün qüvvələri, sadəcə müxalifəti deyil, elita daxilində təmizlik işinə başlayır, müstəqil düşünən, əlaqələri olan məmurları, oliqarxları və bütün varlı adamları tam neytrallaşdıraraq Rusiyanı Şimali Koreyaya çevirməlidir. Ya da əksi baş verməlidir.

Vəziyyətdən başqa çıxış yolunu görmürəm. Məsələ artıq Ukrayna-Rusiya müharibəsi çərçivəsindən çıxıb. Sadəcə zaman məsələsidir. Proseslər də çox sürətlə cərəyan edir. Hətta bu mərhələdə Putin Kiyevi zəbt etsə belə Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək. Hətta bu mərhələdə Qərbin və Ukraynanın şərtləri ilə müharibəni dayandırsa və qoşunlarını sərhəddən çəksə, bununla da uduzduğunu və ölkəsini pis vəziyyətə saldığını etiraf etmiş olsa belə sanksiyalar ləğv edilməyəcək. Böyük ehtimal Putin hakimiyyətdən gedənə qədər sanksiyalar qalacaq və hətta o, gedəndən sonra da həmən deyil, tədricən ləğv ediləcək. İndi əsas sual odur ki, Rusiya cəmiyyəti Kim Çen İna və Şimali Koreya olmağa hazırdırmı?

Dünya və post-sovet məkanı dəyişməkdədir. Avropa Birliyi Ukraynanın üzvlüyünü müzakirəyə çıxarır. Ya yeni, xüsusi bir prosedurla üzv qəbul edəcəklər, ya da üzvlüyə namizəd statusunu verəcəklər. Ukrayna müharibəsindən sonra demokratik dəyişikliklərə hamilə iki ölkə olacaq – Belarus və Azərbaycan.

Hər zaman demişik ki, Əliyev hakimiyyətinin qorxduğu Putin Rusiyası olmayıb. Əksinə Putin həmişə onların himayədarı olub. Qorxduqları isə qeopolitik şərtlərin dəyişməsi və post-Putin dövrü olub. O dövr də artıq gəlməkdədir. Ölkəmiz üçün xeyirli olsun.

İndi ən çox istədiyim Ukraynada günahsız insanların həyatına bais olan müharibənin dayanmasıdır.
Azer Gasimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.