KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Azer Gasımlı: Makron Ukrayna üçün “Finlandiya modeli”ni təklif edib

Azer Gasımlı: Makron Ukrayna üçün “Finlandiya modeli”ni təklif edib

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
439 0

Belə bir informasiya çıxdı ki, Rusiyaya və Ukraynaya səfər edən Fransa prezidenti Makron Ukrayna üçün “Finlandiya modeli”ni təklif edibmiş.

2 ildən çoxdur ki, dəfələrlə Azərbaycan üçün “Finlandiya modeli” barəsində danışmışam. Bu gün də hesab edirəm ki, bu model milli maraqlarımıza uyğundur və Rusiya ilə münasibətlərimizdə ən doğru xarici siyasi xətdir.

Rusiya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və Qarabağdan çıxır, bundan sonra Azərbaycanın daxili işlərinə qarışmır. Azərbaycan öz hərbi neytrallığını saxlayır, lakin Avropa İttifaqı ilə Assosiativ sazişini imzalayır.

Bu model Əliyevin maraqlarına uyğun deyil və ondan xarici siyasətdə belə bir xətt tutacağını gözləmirəm, çünki o, Azərbaycanın demokratikləşməsini istəmir. Putinə də bu model uyğun deyilsə, demək Rusiyanın Dağlıq Qarabağdan çıxmaq planı yoxdur. Belə olan təqdirdə də hərbi neytrallıq siyasətinin davam etdirilməsi milli maraqlarımıza uyğun deyil və təhlükəsizlik baxımından olduqca ziyanlıdır. Hazırda Əliyevin yürütdüyü siyasət budur – nə təhlükəsizlik, nə torpaq bütünlüyü, nə də demokratik inkişaf və mütərəqqi dünyaya inteqrasiya… Əliyevin xarici siyasəti səhvdir və şəxsi maraqlarına xidmət edir.

Azer GasımlıKafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir