KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycanda ən çox kütləvi tamaşaçısı oan TRT1 ciddi səhvə yol verib

Azərbaycanda ən çox kütləvi tamaşaçısı oan TRT1 ciddi səhvə yol verib

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
366 0

İranı müzakirəyə çıxaran aparıcı Pelin Çift və qonaqları İbrahim Pazan, Ahmet Şimşirgil “Tarih Sahnesi – Yavuz Selim Han ve Şah İsmail” mövzsunda İran kənarda qala-qala “Səvəfiləri və Şah İsmayılı” tənqid atəşinə tutublar. Bu proqram Azərbaycan tərəfində ciddi təəssüf doğurub. Şah İsmayılın Sincardan olan kürdəsilli Firuz şahın soyundan gəldiyi bildirilib”.
Bu gün Azərbaycanda olduğu kimia, qardaş Türkiyədə də Türk Birliyinə, Azərbaycan-Türkiyə birliyinə qarşı çıxan çoxlu sayda qüvvələr vardır. Təəssüf ki, qardaş Türkiyənin TRT1 kanalı da bu dəfə bu təbliğata önəm verdi. Orada çıxış edənlərin Azərbaycan Səfəvi dövlətinin tarixindən xəbəri yox idi. Bu admalar İndiki İran Fars rejimi baxışından səfəvilərə münasibət sərgilədilər. Bunlar hələ də anlamırlar və yaxud qana bilmirlər ki, o zaman İran adlı dövlət olmayıbdır. Bunlar Şah İsmayılın əcdadlarını kürdə bağlamaqla nə məqsəd güdürlər. Bunlar anlamırlar ki, bununla da Azərbaycan Türklüyünə zərbələr vururlar. Bunlar qanmırlar ki, Azərbaycan Türklüyü zərbə alarsa, bütün Türklük zərbə alacaqdır!!! Bunlar nə istəyir? Bəlkə Türklüyü dini baxışlara qurban vermək istəyirlər. Din yalnız məscidlərə girməlidir. Dini oradan bayıra buraxmaq olmaz. Buraxan kimi bu cür vəziyyət yaranır. Orada çıxış edənlərə xatırladıram ki, Türkiyənin tarixçiləri yazırlar ki, səfəvilər Ərdəbildə tarixən yaşayan türklər olmuşlar. Heç olmasa “Tarix-i-aləmara-yi Abbasi” (“Abbasın dünyanı bəzəyən tarixi”), yaxud “Əhsən-üt Təvarixi” (“Tarixlərin ən yaxşısı”), “Tarix-i aləm-arayi İsmayıl” (“Şah İsmayılın tarixi”) mənbələrini oxusunlar. Bir də TRT1 kanalı o zaman ədalətli olardı ki, həmin verilişə Azərbaycan səfəvişünaslardan dəvət edəydi. Demək, burada məqsəd olub. Bu məqsəd də Türk Birliyinə zərbələr endirmək və Azərbaycanda anti-Türkiyə ovqatını yüksəltməkdir. Bu gün “Şah İsamyıl və Sultan Səlim” mövzusuna müraciət edənlər yalnız bu məqsədi güdürlər. Nəyə görə Həsən Bayanduri-Sultan Məhəmməd Fateh münasibətlərinə, yaxud Şah I Abbas dövründə Osmanlı llə münasibətlərə toxunmurlar. Bu gün “Şah İsmayıl-Sultan Səlim” mövzusunu gündəmə gətirənlər yalnız Türkçülüyə qarşı çıxış edənlərdir. Sonda bu cür qüvvələrə xatırlamaq istərdim ki, Türk Birliyinə heç nə mane ola bilməyəcəkdir! Bizi birləşdirən Türklük, Türk dili, sonra isə dindir. Din sonucu ola bilər. Çünki Türklər müxtəlif dinlərə məxsusdur. Düzdü, daha çox islama bağlı olanlardır. Amma xristian və digər dinlərdə olan Türklər də vardır!!! Bu mənada istər Azərbayacanda, istərsə də Türkiyədə aparılan bu cür təbliğatların bir adı vardır: Türk Birliyinə xəyanət!!! Dilaver Azimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir