KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var

Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
494 0

Bir neçe gündür Türkiyənin Kəlbəcər işöalı zamanı Azərbaycana helikopter vermediyi məsələsi dolaşıb durur, Azerbaycan medyasından bəziləri də bunu həvəslə və yeni bir şey kəşf olunmuş kimi yazırlar.

Bu barədə ictimaiyyətin diqqətinə bir neçə mühüm məqamı çatdırıram:

1. Əslində bilən bilir, amma bilməyənlər də bilsin ki, Qarabağ məsələsində Azərbaycanı hər mənada ən çox dəstəkləyən Türkiyə olub. Bu dəstək Türkiyədə və Azərbaycanda iqtidarda kimin asılı olmasından asılı olmayaraq həm açıq həm də gizli formada həmişə olub. Şübhəsiz bu prosesdə hər iki tərəfin müəyyən səhvləri olub. Kəlbəcər də rəsmi Ankaranın o səhvləridən biridir.(Bu məsələni hələ 2001 ilində çıxan Elçibey İktidarının Dış politikası kitabımda qeyd etmişəm) Ancaq Rusiya, İran, ABŞ və digərləri ilə müqayisədə Türkiyənin Qarabag mövqeyi onların toplamını bütün “müsbət” cədhlərinin toplamından dəfələrlə çoxdur. Və kimin nəyi etməsindən asılı olmayaraq Azərbaycan bu Qarabağ məsələsində Türkiyənin bizə dəstəyi heş bir zaman unutmayacaq. Bakının xilasını unutmadığı kimi!!!

2. Sual doğur ki, bəs bu məsələ niyə indi gündəmə gəlib? Axı əvvəla, Kəlbəcərin işgalının il dönümü deyil. İkinci, bu barədə senasasiya doğuran bir açıqlama filan da yoxdur. Mərhum Elçibəyin bu barədə açıqlamaları da yeni deyil. Elə Türkiyə, həm də sadəcə onun deyil digər qonşular Rusiya və İranın da Kəbəcər hadisəsində helikopter vermədiyi bilinir. Elə videoda da mərhum Elçibəy bu mövzunu bir neçə dəfə vürqulayır. Ancaq nədənsə bu polemika Türkiyə üzəridən davam etdirlir.

3. Məncə bu Kəlbəcər hadisəsini dövriyə buraxanların iki əsas məqsədi var:

A) Qarabag məsələsində müəyyən müzakirələr aparılır və biriləri bu müzakirdə Aprel hadisələrindən sonra müəyyən mövqe üstünlüyünə malik Azərbaycanın mövqeyini zəiflətmək istəyirlər. Verilən məsaj isə budur: Qarabağ məsələsində yalnızsınız, hətta Türkiyə belə sizin yanınızda deyil. Baxın Kəlbəcər də bunun nümunəsidir.

B) Bu xəbər dövrəyə buraxanlar Türkiyə-Azərbaycan münasibətlərini sabotajını istəyənlərdir. Bəziləri də küyə
gedərək bu təbilgatın parçasına çevrilirlər. Bildiyiniz “boz təbliğat” (doğru ilə yanlışları bir arada vermək) əməliyatının tələsinə düşürlər Bu məsələdə Azərbaycan cəmiyyətinin ən həssas olduğu məsələ Qarabag üzəridən Türkiyəyə zərbə vurmakdır.Həm də Türkiyə sevgisi ilə bilinən Elçibəy vaistəsiylə. Beləcə Azərbaycan-Trükiyə münaisbətlərindəki inkişafı dayandırmaq və zəhərləmək, yeni regonal tarazlıqda her iki ölkənin mövqeyini mümkün dərəcədə zəiflətməyə çalışırlar.

Maraqlıdır Azərbaycan-Türkiyə münasibətləri münasibətlər getdikcə istiləşir, ancaq gündəmədəki mövzular iki ölkə münasibətlərini pozucu xaraktere malik müzakirələrlə davam edir və həm də bu müzakirələr “kim haqlıdır” dozasında davam edir: Osmanlı-Səfəvi müzakirəsi, Kəlbəcər məsələsi. Bir ara “Türkiyə Azərbaycanın daxili işlərinə qarşır” söhbəti vardı. Maraqlıdır ki, o tənqidi edənlərin çox ciddi bir hissəsi həmişə müxtəlif motivaisyalarla Qərbin, Rusyanın və İranın Azərbaycanın daxili işlərinə qarşımasını istəyənlər idi. (bu “daxili işlər qarışma” söhbəti ayrıca müzakirə mövzusudur, ancaq söhbəti ayrı tərəfə çəkməmək üçün buna indi yer vermirəm) Yaxında hər iki tərəfdə viza və Kipr məsələsi də olmaq üzrə problem yaradan mövzular gündəmə gələcək. Çünki məqsəd Azərbaycan-Türkiyə münasibətlərini hər vəclə pozucu fəaliyətlər etməkdir.

Kəlbəcər xəbərini 23 il aradan sonra dövriyəyə buraxanlar isə həm Qarabağ məsləsində daha güclü mövqeye malik olmamızı istəməyən və həm də getdikcə daha geniş vüsət alan Azərbaycan-Tükiyə münasibətlərindən narahat olanlardır. Ətrafınıza baxın və o sifarişçiləri görəcəksiniz !!!!

Həm Türkiyə, həm də Azərbaycan yetkililərindən, fikir adamlarından, medya nümayəndələrindən və dostlardan xahişim odur ki, Kəlbəcər məsələsində və digər məsələlərdə bu məqama daha çox diqqət etsinlər.

Dr. Nazim Cəfərsoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir