KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Azərbaycanla həqiqi müttəfiqlik Rusiya üçün bir şansdır

Azərbaycanla həqiqi müttəfiqlik Rusiya üçün bir şansdır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
323 0

Ermənistanda hadisələr gərginliyə doğru irəliləməyə başlayıb.Nikol Paşinyanın “Qarabağ klnanı”na qarşı açdığı savaş artıq bu cinayətkar qruplaşmanın havadarlarını hərəkətə keçməyə məcbur etdi.Keçmiş Prezident Robert Koçaryanın və Serj Sarkisyanın ən yaxın qohumlarının həbsi Rusiyanı dilə gəlməyə vadar etdi. Rusiya xarici işlər Naziri Serqey İvanov Koçaryanın həbsi ilə bağlı narahatlılıqlarını dilə gətirdi.Hadisələrin gedişi zamanı Rusiya Ermənistana bəyanatsız , lakin hərbi və iqtiasadi basqılarla təzyiq edirdisə , bu dəfə siyasi bəyanat verərək onu əməllərindən çəkinməyə çağırdı.
Hazırda Kollektiv Təhlükəsizlik İttifaqı Təşkilatına sədrliyi Ermənistan nümayəndəsi Manvel Xaçaturyan həyata keçirir..O isə 2008-ci il mart hadisələrində dövlət çevirilişndə ittiham olunaraq həbs edilib.Bu həbs əslində Rusiyanın təsir dairəsində olan bir qurumun rəsmi olaraq çökməsi ilə sonunclana bilər.Əslində bu qurum Rusiyanın siyasi nüfuzu üçün çox vacibdir.Kollektiv Təhlükəsizlik İttifaqı Təşkilatının bir müddət daha mövcud olması üçün Rusiyanın Ermənistana ehtiyacı var.Rusiyalı ekspertlər Manvel Xaçaturyanın həbsini Rusiyanın üzünə tüpürmək kimi qiymətləndirirlər. Təsəvvür edirsinzmi necə vəziyyət yaranıb? Məsələn, NATO üzvü olan bir ölkədə siyasi hakimiyyət dəyirşir və onlar NATO-nun baş katibini həbs edirlər.

Bütün bu proseslərlə yanaşı Rusiyada ciddi olaraq Ermənistanla münasibətlərə yenidənb baxmaq planları da var.Bəzi Rusiyalı ekspertlər hesab edirlər ki, Qərb tərəfindən şirnikləndirilən Ermənistan onsuz da yaxın gələcəkdə Avropa İttifaqına qoşulmağa çalışacaq.O zaman perespektivsiz bir müttəfiqliyi davam etməyə də lüzum görmürlər.

Ermənistanın Avropa Birliyinə qoşulmaq istəyi heç də göründüyü kimi sadə deyildir.Avropa Birliyi isə ərazilərində münaqişə olan dövlətləri öz sırasına qatmağa meyilli deyil.Bu səbəbdən də ilk növbədə Etmənistandan Qarabağ münqaişəsini birdəfəlik həll etməyi tələb edə bilərlər. Bütün beynəlıxalq normativlərə əsasən isə problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.Belə olan halda niyə Rusiya qabaqlayıcı faktor kimi bu məsələni kökündən həll etməsin.Hesab edirəm ki, Rusiyanın regionda güclü və ədalətli ölkə obrazını qazanması üçün müttəfiqləri ilə vassal kimi davranmağı buraxmalıdır.Gürcüstan və Ukraynada buraxdığı səhvləri davam etdirmək ən yanlış siyasətdir.Saakaşvilinin Putinlə ilk görüşü zamanı baş vermiş insident bu münasibıtlərin birdəfəlik pozulmasına gətirib çaxartdı.O görüşdə Gürcüstanı vassal olaraq görməyə adət edən Putin Saakaşviliyə bir siyahı verərk həmin adamları Nazir təyin etməyi istəmişdi.

İndiki halda Rusiyanın əlinə Qavqazda ən etibarlı tərfdaş qazanmaq şansı düşüb.Azərbqaycanla həqiqi müttəfiqlik Rusiya üçün bir şansdır.Putin bu şansı düzgün dəyərləndirərsə regionda böyük iqtisadi sıçrayış baş verəcək.
Azərbaycanla həqiqi müttəfiqlik Rusiya üçün bir şansdır.
Vasif Efendi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir