KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Azərbaycanda PQ Problemi

Azərbaycanda PQ Problemi

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
395 0

Azərbaycan cəmiyyətinin IQ (Intelligence Quotient) və EQ (Emotional Quotient) istiqamətində heç bir problemi yoxdur. Əsas problem PQ (Political Quotient) ilə bağlıdır. Bu ifadə bəzən və xüsusilə də özəl sektorda PQ (Professional Quotient) formasında da istifadə edilir. Mən Azərbaycan reallığnda “Siyasi Zəka” ifadəsini daha uyğun hesab edirəm.

“Siyasi Zəka” cəmiyyətin IQ və EQ imkanlarını xalqın problemlərinin həlli üçün səmimi və ağııllı formada səfərbər etmə məharətidir. Siyasi zəkanın formalaşmasında o cəmiyyətin keçdiyi tarixi yol və bu müddət ərzində yaratdığı siyasi mədəniyyət və müasir dünyadaki siyasi meydan oxumaları mühüm bünövrə daşlardır. Siyasi Zəka sahibi olmaq bu 3 strateji komponentin yaratdığı risqləri aradan qaldırmaq, fürsətləri isə maksimum istifadə edərək cəmiyyətin problemlərini həll etməkdir.

Təssüf ki, Azərbaycan cəmiyyətinin bütün sahələrdəki öncülərinin çox büyük bir hissəsinin, xüsusən ən öndə olanların “Siyasi zəka” barədə ciddi nöqsanları var:

1. Mövcud status-kvonu qorumağa çalışan nomeklatura nəzərə almır ki, dövr dəyişib və qanunsuz kapital və ənənəvi idarə etme onun özünə ziyandır. Son nəticədə adam daxildən vəya xaricdən yıxıcı təzyiqlər nəticəsində həm malından, həm azadlığından, həm də canından olur.

2. İslahat istəyən iqtidar mərkəzi də nəzərə almır ki, köhnəyə qarşı qazanmaq üçün oyunun qaydasını dəyişməlidir. Köhnə qaydalarla nomeklaturaya uduzacaq. Qaydaları dəyişmək isə şəffalasmaq və sistemi legitimləsdirməkle mümkündür. Bu da siyasi palitranin ən sərt müxalif gücü başda olmaqla real diyalog, normal seçki keçirilmə prosesini nəzərdə tutan yumuşaq dönüşümü gərəktirir.Əksi halda dəyişim uğursuz olacaq, nomeklatura ilə siyasi müxaliflər müvəqqəti də olsa təbii müttəfiq halına gələcəklər və xalq dəstəyi ilə bütün fakturanı islahatçı qanada çıxaracaqlar.

3. Ciddi real islahat istəyən ənənəvi muxalifət nəzərə almır ki, cəmiyyətin böyük çoxluğu 30 ildir sərt mübarizəli siyasi səfərbərlikdən ya yorulub, ya da maliyet ödəmək istəmir. İqtidardakı nomeklatura vəya islahatçı qanad da sərt mübarizədə əlindəki qaba gücu ən kobud formada istifadə edir. Yəni adamın əlindən sizi döyməyə hazır tutduğu ağacı almaq və masada sizinlə söhbətə başlamasına imkan vermək lazımdır.Bu söhbətin başda həqiqi müzakirə olacağını gözləmək real deyil, ancaq müzakirə masası qurulandan sonra sizin onunla bərabərləşmə, hətda intellektual mənada üstünlük qurma və müzakirəni iqtidar daxili güc tarazlıqlarını, xarici təzyiq və xalqın gözləntilərini sintezləyərək real müstəviyə yönəltmə imkanınız olur. Onsuz da zamanla real müzakirə olmasa masadan qalxa bilmə imkanınız var.

4. Yeni nəsil müxalifət də nəzərə almır ki, sistemin əsas zərbəsini üzərinə alan ənənəvi mübariz muxalifət və iqtidar daxilindəki islahatçı qanadl arasinda normal münasibət qura bilmədən və intellektual gücünü xalqa çatdıracaq sadəlik və əzimli fəaliyyəti təmin etmədən uğur qazanması mümkün deyil.

5. Xalq isə nəzərə almır ki, bugünkü problemlərimizi heç kimi xaricdən gəlib həll etməyəcək.Analar, atalar, dədələr, nənələr bacılar qardaşlar başa düşməlidir ki, onların özlərinin və əzizlərinin problemlərinin bugünkü və gələcəkdəki həlli onların öz siyasi fəallığından keçir.

6. Ziyalılar isə nəzərə almır ki, onların misyası yuxarıdakı 5 qrup arasında prosesi yumuşatmaq və problemlərin həllinə dair yumuşaq üslublu ancaq prinsipial mövqeyli, vicdan və ağıl tarazlığını sintezləyən təkidli mövqe ortaya qoymaq lazımdır.

7. Nəhayət, hamımız anlamalıyıq ki, bu ölkə bir gəmidir, hamimiz içindəyik və dənizdə də çox güclü dalğalar var. Ağlımızı başımıza alıb səmimi formada problemlərimizi həll etməsək gəmi devriləcək, hamımızı böyük bir dənizin ortasında qalacağıq. O zaman gəmidən qayıqla enenlə birbaşa suya düşənin taleyi də mahiyyət baxımından bənzər olacaq.

Bütün bu məsələlərin həlli üçün isə siyasi zəkanı yaradan sistemli və daimi siyası maariflənməyə ehtiyac var. Unudulmasın ki, siyasi partiyaların ən mühüm funksiyalarından biri də siyası maarifləndirmə etməkdir.
Cəmiyyət olaraq “siyasi zəka” problemimizi həll edə bilsək problemlərimizi də həll edə biləcəyik.

Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir