KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycanda ilk: İran rəsmi telekanalda tənqid olunur, dövlətin yeni siyasəti!

Azərbaycanda ilk: İran rəsmi telekanalda tənqid olunur, dövlətin yeni siyasəti!

Hasan Oktay Hasan Oktay - - 13 dk okuma süresi
42 0

Ekspertlərin fikrincə, vəziyyətin bu həddə gərginləşməsi region üçün ciddi təhdidlər yaradır; “Əgər İran yenə təhdid siyasətini davam etdirəcəksə rəsmi Bakının daha konkret addımlarının şahidi ola bilərik”

Azərbaycanın xarici siyasətlə bağlı rəsmi informasiya kursunda bir ilk yaşanmaqdadır. Mövcud iqtidar dövründə ilk dəfədir ki, qonşumuz İrana münasibətdə rəsmi KİV-lərdə, dövlət televiziyalarında sərt tənqidə yer verilir. İllərlə Azərbaycan dövləti, rəsmi Tehran nə qədər yanlışlıq və yamanlıq yapsa da, rəsmi Bakı təmkinli davrandı, qonşuluq siyasətinə sadiq qalmağa çalışdı, heç bir halda İrana cavab vermədi, rəsmi kanallarda qonşuya qarşı təbliğat və əks təbliğat aparmadı. Məsələ həm də informasiya platformasından kənarda da ölçülü-biçili idi.

Azərbaycan dövləti İranın həssasiyyətini nəzərə alaraq İsraildə indiyə qədər də səfirlik açmayıb. İrana qarşı kollektiv Qərbin, özəlliklə də Amerikanın tətbiq etdiyi heç bir sanksiyaya qoşulmayıb. Azərbaycan hər zaman İran üçün nəfəslik rolunu oynayıb. Kənar güclərə Azərbaycan ərazisindən İrana qarşı istifadəyə imkan verilməyib. Lakin bunun qarşılığında İran hər zaman Azərbaycanın qırmızı xətlərini tapdayıb. Necəmi? İşğalçı Ermənistana, Qarabağda yuvalanmış qondarma rejimə qucaq açmaqla, onlara dəstək verməklə, erməniçi siyasət yürütməklə. İşğaldakı ərazilərimizin talan və vuran olnumasında bilavasitə iştirak etməklə. Azərbaycanın daxilində casus şəbəkəsi qurmaqla. Azərbaycanın dövlət müstəqilliyinə qarşı sistematik fəaliyyət göstərməklə.

Bütün bunlara rəğmən, Azərbaycan hər zaman İranla ölçülü davranıb və onun qırmızı xətlərini keçməyib.

Lakin artıq İran nəinki qırmızı xətləri keçib, hətta Arazı tanklarla keçməklə hədələyərək, yeni hərbi doktirinlə bizləri açıq şəkildə təhdid edir. Son bir ildə İranın yürütdüyü siyasət açıq aqressiyadır və bizi dövlət olaraq, təhdid edir. Buna qarşı müvafiq cavab siyasəti tətbiq edilməsə, İranın ayağı daha da yer alacaq və Azərbaycana təzyiqləri artıracaq.

Məhz son hədd kimi görünən bu təzyiq – təhdid siyasətinin nəticəsidir ki, artıq Azərbaycan dövlət səviyyəsində azğın İran təhdidlərinə cavab verməyə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin dilindən səslənən bu fikirlər yeni siyasətin manifesti sayıla bilər. Həmin fikirləri yada salaq. 50 milyonluq Azərbaycan türklərinin Prezidenti olan İlham Əliyev belə demişdi: “…Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, – on milyonlarla qan qardaşlarımızı, – dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

Bu artıq yeni doktirindir və həm də o deməkdir ki, Azərbaycan daha İranın qarşısından qaçmayacaq. Qarabağ münaqişəsini əsaslı şəkildə həll etməklə, yeni yaratdığımız status-kvo bizə bir çox imkanlar açır. Onlardan biri də yeni müttəfiqlərlə eyni blokda və maraqda olmaqdır.
Türkiyə ilə aramızda imzalanan Şuşa Bəyannaməsi isə burada xüsusi qeyd olunmalıdır. Həmin Bəyannamə artıq bizim müdafiə konseptimizi vahid hala gətirib. Yəni İran Arazı keçərsə, qarşısında birləşmiş Türkiyə – Azərbaycan ordusunu görəcək. Modern, qüdrətli və döyüş təcrübəsi yüksək olan Turan Ordusu.

Hadisələrin bu şəkildə inkişafı onu deməyə əsas verir ki, hər iki ölkə qarşılıqlı olaraq təzyiq vasitələrindən istifadə edir və tərəflərin heç biri geri çəkilmək fikrində deyil. Tehranın Azərbaycana təzyiq kimi sərhəddə hərbi manevrlər keçirməsi, daha sonra Qafanda tez-tələsik İran konsulluğunun açılması, xarici işlər naziri Abdullahianın Ermənistana açıq dəstək ifadə eləməsi Tehranın Bakıya hədəsi idi. Eyni zamanda Azərbaycan prezidentinin məlum çıxışı İrana Azərbaycanın geri çəkilmək fikrində olmadığını nümayiş etdirmək idi. Və ilk dəfə olaraq Azərbaycan İrana qarşı bu qədər açıq və sərt şəkildə mövqe nümayiş etdirdi. Amma proseslərin bu şəkildə davam etməsi, gərginliyin sürətlə yüksəlməsi nəinki iki ölkə, bütövlükdə region üçün yaxşı heç nə vəd etmir. Proseslərin bu şəkildə davam etməsi region. Xüsusən də ölkəmiz üçün nə vəd edir?

Politoloq Zaur İbrahimli deyir ki, Azərbaycan İranla münasibətlərdə bir qayda olaraq təmkini, ehtiyatlı yanaşması və maraqların uzlaşdırılması prinsiplərindən çıxış edib. Onun fikrincə, rəsmi Bakı İranın Azərbaycanda apardığı ideoloji iş, öz təsirində olan qüvvələr formalaşdırmaq və təzyiq mexanizmləri yaratmaq cəhdlərini, ölkəmizin ərazisinə külli miqdarda narkotik maddələr keçirilməsi və bu qəbil digər fəaliyyətləri ilə bağlı publik diskurs açmaqdan uzaq durub: “Azərbaycan zaman-zaman qalmaqallara, gərgin ictimai müzakirələrə səbəb olan bu hallarla bağlı rəsmi kanallarla müzakirə aparıb və preventiv tədbirlər görməyə çalışıb. İranın Ermənistana hərtərəfli yardımı, işğala dəstək verməsi, ümumiyyətlə, erməni kartından Azərbaycana qarşı istifadə etməsi məsələləri ilə bağlı da rəsmi Bakı açıq polemikadan, iradlardan çəkinib. İranla bağlı rəsmi diskursda ortaq iqtisadi layihələr, iqtisadi sahədə əməkdaşlıq, rəsmi səfərlər zamanı sərgilənmiş formal jestlər, mesajlar ön plana çıxarılıb. Azərbaycan uzun müddət əlverişli iqtisadi layihələr təklif etməklə, İrana münasibətdə aqressiv mövqedən yayınmaqla, təmkinli münasibətlə Tehranın ən azı qismən loyallığına nail olmağa çalışıb. İranla tarixi bağlar, dini bağlar, böyük qonşumuz olması, təsir imkanlarının mövcudluğu nəzərə alınıb. Eyni zamanda geosiyasi şərtlər Bakını, regionda qüvvələr nisbəti, Moskva-Tehran işbirliyi kimi amillər bu cür yanaşmanı şərtləndirib. Azərbaycan real təsir imkanlarını rasional qiymətləndirərək İranın daxili prosesləri, soydaşlarımızın haqq və hüquqları uğurunda mübarizəsi ilə bağlı da ehtiyatlı mövqe sərgiləyib”.

İƏT-in İqtisadi Tədqiqat Mərkəzi praktiki fəaliyyətə dəstək verəcək”- Zaur İbrahimli

Ancaq politoloqun fikrincə indi vəziyyət dəyişib. Azərbaycan Türkiyə əməkdaşlığının yeni mərhələyə keçməsi, Türkiyənin yeni, ambisiyalı regional siyasət yürütməsi və artan təsiri, eyni zamanda Ukrayna işğalçı hücumdan sonra Rusiyanın zəifləməsi, Ermənistanın 44 günülük Vətən Müharibəsində məğlub olması, Tehrana münasibətdə beynəlxalq birliyin yanaşmasının daha da sərtləşməsi, eyni zamanda cənub qonşumuzun açıq hədələrə və təhdidlərə keçməsi Bakının ritorikasını dəyişib: “Xüsusən, diplomatik səylərlə Vətən Müharibəsindən sonra İranın Zəngəzur dəhlizinin açılması, Ermənistana hərtərəfli dəstək verilməsinə mövqeyinin dəyişməsinin mümkün olmaması Azərbaycanın yeni yanaşmasını şərtləndirib. Xüsusən Türkiyənin fəal dəstəyi, bundan əlavə İranın rəqibi olan Fars körfəzi ölkələrinin potensial, İsrailin real müttəfiq kimi çıxış etməsi Bakının əlini gücləndirən amillərdəndir. İranın davamlı şəkildə açıq hədələrə keçməsi və Ermənistanın hərbi cəhətdən əsas müdafiəçisi rolunda çıxış etməyə çalışması Azərbaycan üçün Tehrana münasibətdə sərt siyasətdən başqa alternativ qoymur. Belə bir şəraitdə Bakı artıq əvvəlki status-kvo və oyun qaydaları keçərli deyil və bu qaydalar elə İranın özü tərəfindən pozulub. Azərbaycanın İrana təzyiq üçün kifayət qədər təsir imkanları var və Bakı elə Tehranın tətbiq etdiyi vasitələrdən çox səmərəli şəkildə yararlana bilər. Bu baxımdan prezident İlham Əliyevin açıqlamaları İran üçün sərt xəbərdarlıqdır. Əgər İran yenə təhdid siyasətini davam etdirəcəksə rəsmi Bakının daha konkret addımlarının şahidi ola bilərik. Bununla bağlı Bakının sərəncamında çox sayda üsul və vasitələr var, şəraitə uyğun olaraq konkret addımlar atıla bilər. Düşünürəm ki, ikitərəfli münasibətlərdə gərginliyin azaldılması İranın mövqeyi ilə şərtlənəcək. Bununla bağlı seçim İranındır”.

Mövzu ilə bağlı danışan Türkiyədən olan siyasi şərhçi Həsən Oktay isə iki ölkə arasında yaranan gərginliyi İranın Zəngəzur dəhlizi layihəsinə qarşı olması və daxildəki baş verənlərlə izah edir.

Hasan Oktay: Azərbaycanda seçkilər uğurla keçiriləcək – KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

Sitat: “hazırda İran və Rusiya Azərbaycan tərəfinin israrla açılmasını istədiyi Zəngəzur dəhlizinə qarşıdır. Bu dəhliz İran və Rusiya tərəfindən istənilməyən strateji bir layihədir. Xüsusən də son bir neçə həftədir İranda davam edən etirazlar fonunda Tehran bu hadisələri ənənəvi olaraq xarici güclərə bağlamağa çalışır. Xüsusən də bilindiyi kimi. 2020-ci il 44 günlük müharibə zamanı Türkiyə və İsrailin Azərbaycana verdiyi dəstək İranı narahat edir. Çünki islam inqilabından bu yana İran daxili sabitliyi xarici güclərin müdaxiləsi ittihamı ilə qoruyub saxlamağa çalışır. O cümlədən bir neçə gün əvvəl açılan Zəngilan hava limanının İrana qarşı Türkiyə və İsrailin birgə layihəsi İrana qarşı təzyiq olduğu fikrini əsas gətirərək daxildəki qeyri-sabitliyə yönəlmiş sərhəd təlimlərini keçirdi”.

H.Oktay düşünür ki, gərginliyin bu şəkildə yüksəlməsi nə İrana. Nə də Azərbaycana sərf edir. Bu səbəbdən də onun fikrincə hər iki ölkə diplomatik danışıqları bərpa etməli və narazılıq yaradan məsələləri müzakirə etməlidir.

Kənan RÖVŞƏNOĞLU
Musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir