Şimdi yükleniyor

Azərbaycan Xalq Cəbhəsi Partiyasının son repressiyalara dair Bəyanatı

AXCP Respublika dəyərlərini və qanunun aliliyini çoxdan ayaqlar altına salan ailə hakimiyyətinin milli-demokratik qüvvələrə qarşı başladığı növbəti genişmiqaysslı repressiya kampaniyanı qətiyyətlə pisləyir və bu bas verənləri rejimin demokratik müxalifəti məhv etməyə, ölkədə diktatura qurmağa yönəlmiş cəhdi kimi pisləyir. Bu repressiya kampaniyası onu göstərir ki, cəmiyyətdə artan sosial narazılıqlar fonunda Azərbaycan hakimiyyəti xalqın etiraz və tələblərinin önünu qorxu ilə kəsməyə, onu zorakı yolla susdurmağa çalışır.

AXCP sədri Əli Kərimli ilə yanaşı Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin, MŞ koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və ayrı-ayrı cəbhə funksionerlərinin qondarma cinayət işinə cəlb edilməsi və onlara qarşı itəli sürülən saxta ittihamlar sirf siyasi sifariş xarakteri daşıyır və nəinki hər hansı hüquqi əsasa söykənmir, hətta açıq aşkar sər və böhtan olduğu üçün bütün mənəvi normaların da kobud şəkildə tapdanması deməkdir.

Azərbaycanı “Qırmızı İmperiya”nın caynağından qurtaran, Mili Azadlıq Hərəkatının varisi sayılan və ölkəmizin Avropa Birliyinə inteqrasiyasının ən ardıcıl təbliğatcısı olan, bu tezisi öz proqramına daxil edən AXCP-ni bu gün Rusiyaya bağlamağa çalışmaq, onu hansısa dövlət çevrilişi planlarına daxil etmək, siyasi riyakarlıq və şərləmədən, dövlət səviyyəsində heç bir reallığa əsaslanmayan saxtakarlıqdan başqa bir şey deyil. Azərbaycan Xalq Cəbhəsi bu günə qədər olkədə hər zaman dinc demokratik mübarizəyə sadiq qalıb və bu dan sonra da qalmaqda davam edəcək. Ona görə də biz dövlət çevrilişi ilə bağlı bu ittihamlari birmənalı şəkildə tədd edirik.

Bu gün Azərbaycanda Rusiya ilə iş birliyində olanlar Rusiya qoşunlarının Azərbaycana girməsini toy-bayramla, Rusiya bayrağı ilə qarşılayanlar, sinəsi Kremldən aldığı medallarla dolu olanlar, bəşəri cinayət sayılan Ukrayna müharibəsinin bir addımlığında Azərbaycanı Rusiya ilə “müttəfiq” elan edənlərdir. Bu gün Rusiyanın admı elan edilən Raniz Mehdiyevi öz hakimiyyətinin ikinci səxsi kimi uzun illər vəzifədə saxlayan, onun əli ilə hakimiyyətə gələn və bu günə qədər onu dəfələrlə mükafatlandıran İlham Əliyevdir.

Ramiz Mehdiyev dövlət çevrilişi etmək istəyibsə, o zaman bunu elə bu gün hakimiyyətdə olan kadrları ilə planlaşdırmalı idi, daha 20 ildən artıq düsmən kəsilib hər cür təzyiq və repressiyalarla hədəfə çevirdiyi AXC rəhbərliyi ilə niyə edirdi ki? Ramiz Mehdiyev İlham Əliyevin kadrdır və hər zaman da inun iradəsini yerinə yetirib, vəzifədən gedəndən sonra da korrupsiya yolu ilə topladığı var dövlətlə və dövlət adından törətdiyi cinayətlərlə İlham Əliyev hakimiyyətinə bağlı olub.

AXCP bəyan edir ki, təşkilat və onun fədakar üzvləri, tərəfdarları heç bir təqib, təzyiq və həbsə görə Azərbaycan xalqının azadlığı, rifahı və layiqli həyatı uğrunda apardığı mübarizə yolundan çəkilməyəcək. Partiya siyasi kursundan yayınmadan fəaliyyətini davam etdirəcək. Əminik ki, bu yol xalqımızı mütləq azadlığa çıxaracaq.

AXCP xalqımıza da müraciət edərək bildirir ki, haqları uğrunda mübarizə aparan və buna görə repressiyalara məruz qalan insanlarin taleyinə laqeyd qalmasınlar. Baş verənlər ayrı- ayrı şəxslərə və ya hər hansı təşkilata deyil, bütövlükdə xalqa yönələn təhdidir. Bu ölkəmizin demokratik gələcəyinə edilən bir sui qəsd aktdir. Rejim bi yolla xalq olaraq bizi susdurmaq və dövlət siyasətinə çevirdiyi korrupsiyanın daha rahat davam etdirmək, cəmiyyət və qanunlar qarşısında məsuliyyətdən yayınmaq istəyir.

Həbs olunan və təqibə məruz qalan hər bir müxalifətçi xalqın yetkin, ardıcıl və kütləvi müdafiəsinə layiqdir. Azərbaycan xalqı “el üçün ağlayan gözün kor olmasına” imkan verməməlidir və verməyəcək də.

Yorum gönder