KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycan Vətəndaş Hərəkatının sıraları genişlənir

Azərbaycan Vətəndaş Hərəkatının sıraları genişlənir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
391 0

Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin onlayn şəkildə növbəti toplantısı keçirilib.
Toplantıda AVH təmsilçiləri – AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı Hacı Həsənov, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Uşu Federasiyasının və Azərbaycan MuayTay – Tay Boksinq Federasiyasının Prezidenti, Azərbaycanın Əməkdar Bədən tərbiyəsi və İdman xadimi Azər Həsənsoy, Azərbaycan Respublikasının Əməkdar müəllimi, təhsil eksperti Aydın Allahverdiyev, Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun baş redaktoru, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Mübariz Göyüşlü, ADPU-nun dosenti, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı, o cümlədın Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Ceyran Səttarova, ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstiutunun elmi işçisi, fəlsəfə doktoru Məhəmməd Soltanoğlu, ADPU-nun tələbəsi Anar Salehoğlu iştirak etmişlər.

Gündəlikdə ilk olaraq təşkilati məsələ – AMEA Fəlsəfə və Sosiologiya İnstiutunun elmi işçisi, fəlsəfə doktoru Məhəmməd Soltanoğlunun Hərəkata üzvlüyü müzakirə olunub. Hacı Həsənov, Mübariz Ağalarlı, Taleh Cəfərov, Mübariz Göyüşlü, Bəxtiyar Həsənov çıxış edərək M.Soltanoğlunun AVH-yə üzvlüyünü təklif etmişlər. Çıxışlardan sonra yekdilliklə M.Soltanoğlu AVH-yə üzv qəbul edilmişdir.

Daha sonra Hərəkatın iki illik fəaliyyəti bağlı AVH-nin icraçı direktoru Mübariz Göyüşlünün hesabatı dinlənilmişdir. Hesabat ətrafında çıxışlardan sonra sənəd yekdilliklə kafi qiymətləndirilmişdir.
Sonda cari məsələlərin müzakirəsi zamanı AVH üzvü Anar Salehoğlunun Hərəkatın İctimaiyyətlə əlaqələr üzrə koordinator vəzifəsinə təyin olunması təklifi yekdilliklə müsbət qiymətləndirilmişdir.
Eyni zamanda çıxışçılar Hərəkatın fəaliyyətini daha da genişləndirməyi, gələcəkdə görüləcək işlərə daha geniş ictimaiyyəti cəlb etməyi təklif etmişlər.
Anar Salehoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir