ATƏT həmsədrləri ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyirlər. Görüş yeri kimi iki məkanın seçilməsi mümkündür: Moskva və Paris. Rusiyanın vasitəçiliyinin işə yaramadığını illərdir müşahidə edirik və rəsmi Bakı da görüşün yenidən Kremldə keçirilməsindən məmnun deyil. Ötən ilin aprel savaşından sonra prezidentlərin Sankt-Peterburq görüşünə bəzi ümidlər var idi, hətta deyənlər var idi ki, guya Rusiya prezidenti Vladimir Putin müharibə yenidən alovlanmasın deyə erməni həmkarının Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə məcbur edəcək. O zaman bu söyləntilərə inanmadım və fikirlərimdə yanılmadım. İndi yenə eyni məkanda görüşə nə ehtiyac var ki?
Parisin də Azərbaycan üçün uğurlu məkan olduğunu düşünmürəm. Fransa ərazisində Azərbaycan və Ermənistan prezidentlərinin iki dəfə görüşü keçirilib, ikisi də nəticəsiz qalıb. Buna baxmayaraq, Fransanın yeni prezidenti Emmanuel Makronu sınamağa dəyər. Əlbəttə, o da varisləri kimi Ermənistanın xətrinə dəyməyəcək, ancaq heç olmasa Putindən fərqli olaraq onun hansı hədəflərinin olduğunu müəyyənləşdirməyə ehtiyac var. Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir və bu dövlətin köhnə qitədə sözü keçərlidir. Digər tərəfdən Fransa ən azı Rusiyadan fərqli olaraq “parçala və hökm sür” siyasətində maraqlı olmamalıdır.
Elhan Şahinoğlu
- Anasayfa
- »
- Azerbaycan
- »
- Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyirlər
Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyirlər
458 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.