Ukrayna Devlet Başkanı Vladimir Zelenskiy’ninTürkiye ziyareti ne anlama geliyor?

Bir ATSIZ yazısı

Küresel emperyalizmin Türkiye’de kâğıt operasyonu ve endüstriyel kendir çözümü!

Kemal-i dikkat: TÜNEL’İN TOPRAĞI NEREYE DÖKÜLECEK

Azərbaycan Sarkisyanın B planından lazımınca istifadə edə bilər

Azerbaycan, Ermenistan, Gündem 20 Nisan 2018
114


Son günlərdə Ermənistanda hakimiyyət əleyhinə Nikol Paşinyan və tərəfdarlarının başlatdığı etirazlar artıq Ermənistanda inqilab dalğası yaratmağa doğru gedir. Sarkisyan hakimiyyəti isə göründüyü kimi etirazlar qarşısında addım atmaqda acizlik çəkirlər. Belə bir vəziyyətdə isə Sarkisyanın Qarabağda cəbhə boyu olan ərazilərdə hərbi insidentlər yaradacağı, beləliklə də, yaranan gərginliklə ölkədaxili etirazları sakitləşdirmək və diqqəti cəbhə xəttinə yönəltməsi kimi fikirlər meydana çıxır. Fikrimcə, Sarkisyan hakimiyyətinin belə bir vəziyyətdə Azərbaycana qarşı birbaşa əməliyyatlara başlaması absurddur. Çünki, aprel döyüşlərindən sonra ermənilər Azərbaycan ordusunun nəyə qadir olduğunu gördülər və indiki vəziyyətdə Azərbaycana qarşı birbaşa əməliyyatlar Ermənistan üçün özünə qəsddir. Lakin düşünürəm ki, belə vəziyyətdə Ermənistan hiyləgər tərpənərək cəbhədə birbaşa əməliyyatlara deyil məhz təxribat törətməyə meylli addımlar atacaq. Məhz belə olan təqdirdə Azərbaycan ordusu təxribata qarşılıq olaraq hərbi əməliyyatlar törətsə bu Ermənistan üçün daha əlverişli ola bilər. Çünki, belə olan təqdirdə Sarkisyan Azərbaycanı hərbi iğtişaşlarda yalandan günahkar kimi təqdim edəcək və beləcə erməni cəmiyyətini də Azərbaycana qarşı birləşməyə çağıracaq. Belə olan təqdirdə, anti-Sarkisyan mövqedə olan Avropadakı erməni lobbisi də məcbur şəkildə onun yanında olacaq.

Düşünürəm ki, hal-hazırda Sarkisyan bu riskə getməz lakin, cəbhədə təxribat törətmək planı hər zaman Sarkisyanın B planı kimi qalacaq. Məncə hadisələrin gedişi qarşısıalınmaz bir hala gəlib çıxsa, təxribat yaratmaq planı mütləq işə düşəcək və Azərbaycanın buna reaksiyası regionun gələcək taleyində mühüm dəyişiklər belə edə bilər. İndiki halda nəticə verməyən danışıqlar prosesi fonunda Azərbaycan tərəfi bundan lazımınca istifadə edə bilər.

Qadir Kazımov
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

Yorumlar