Rusiyaya aid helikopterin Ermənistan-Azərbaycan sərhədinin tam yaxınlığında Azərbaycan tərəfindən vurulmasının yarada biləcəyi nəticələrlə bağlı fərqli fikirlər demək mümkündür. Bu hadisə
Azərbaycan-Rusiya-Türkiyə münasibətləri üçün lakmus rolunu oynayacaqdır. Tərəflərin səmimiyyətini göstərəcəkdir.
İlk ağla gələn ssenarilər:
1. 2015-ci ilin noyabrında Türkiyənin Rusiyaya ait hərbi təyyarəni vurmasından sonra iki dövlət arasında yaranmış gərginlik.
2. Ankaradakı Rusiya səfirinin öldürülməsindən sonra güclənən dostluq.
Hər ikisində Rusiyaya aid olan vurulmuşdu. Hətta ikincisi daha ciddi hadisə idi. Amma Putin və Erdoğan münasibətləri daha da istiləşdirmək və dərinləşdirmək istədikləri üçün hər ikisi bunun onların siyasətinə qarşı ciddi provakasiya olduğunu qəbul etdilər. Beləliklə ikinci hadisə fərqli nəticələrə səbəb oldu.
İndiki halda əgər iddia edildiyi kimi Türkiyə, Rusiya və Azərbaycan regionun gələcəyi ilə bağlı həqiqətən əməkdaşlıq etmək istəyirlərsə daha fərqli nəticələri də ola bilər. Liderlər operativ davranaraq münasibətləri pozmaq üçün provakasiyanı dərinləşdirənləri aşkar etmək üçün əməkdaşlıq edə bilərlər. Beləcə regionun gələcəyi üçün əməkdaşlıq imkanlarını daha da artırarlar. Burada həlledici olan liderlərin operativlikləri, xüsusilə Erdoğan-Putin dialoqu və Putinin şəxsi yanaşması (qərarlılığı olacaq).
Ümumilikdə isə hadisənin, mənfi təsirinin olması ehtimalı var. Amma mənim təxminimə görə bu hadisə işğaldan azad etmə əməliyyatlarımıza mane olmayacaq.
Araz Aslanlı
Azərbaycan-Rusiya-Türkiyə münasibətləri üçün lakmus rolunu oynayacaqdır
Daha fazla GündemGündem kategorisinden daha fazla yazı »
- Авраам Шмулевич: о перспективах мира в противостоянии Израиля и ХАМАСа
- Hasan Oktay: Rusiya və İranın “Zəngəzur azarı” – Tehran və Moskva nəyi PLANLAŞDIRIR?
- Atif İslamzadə: Sevgi sınağı
- Trump: Putin’in Rus hava üslerine saldırılarına verdiği tepkiyi anlıyorum
- Ali Hüseyin Guluzade: Visit by Russian Foreign Minister Sergey Lavrov and the intensification of pro-Russian forces in Armenia
İlk yorum yapan siz olun