Sosial-iqtisadi və siyasi islahatların getdiyi bir dövrdə dövlətin vəzifə və məqsədlərinin həyata keçirilməsi, insan və vətəndaşların hüquq və azadlıqlarının təminat səviyyəsinin yüksəldilməsi, daхili və хarici təhlükəsizliyin təmin edilməsi əsas məsələlərə çevrilmişdir. Bu məsələlərin həyata keçirilməsi üçün sosial institutların tədqiqi mühüm əhəmiyyət kəsb edir. Sosial institutlara nümunə olaraq Dövlət Qulluğu sosial institutunu qeyd edə bilərik. Dövlətin sosial siyasətinin yerinə yetirilməsində, sоsial sabitliyin təmin olunmasında, bütövlükdə cəmiyyətin inkişafı üçün zəruri infrastrukturun səmərəli fəaliyyətinin təmin olunmasında dövlət qulluğunun mühüm yeri vardır. Müasir dövrdə hər bir demokratik dövlətin ən başlıca məqsədi ölkə vətəndaşlarının mənafelərini qorumaqla onların həyat səviyyəsini daim yaxşılaşdırmaqdır. Buna nail olmaqda dövlət ilk növbədə dövlət qulluğundan və dövlət qulluqçularından istifadə edir. Sosial-iqtisadi və siyasi islahatların getdiyi bir dövrdə dövlətin vəzifə və məqsədlərinin həyata keçirilməsi, insan və vətəndaşların hüquq və azadlıqlarının təminat səviyyəsinin yüksəldilməsi, daхili və хarici təhlükəsizliyin təmin edilməsi əsas məsələlərə çevrilmişdir. Bu məsələlərin həyata keçirilməsi üçün sosial institutların tədqiqi mühüm əhəmiyyət kəsb edir. Sosial institutlara nümunə olaraq Dövlət Qulluğu sosial institutunu qeyd edə bilərik. Dövlətin sosial siyasətinin yerinə yetirilməsində, sоsial sabitliyin təmin olunmasında, bütövlükdə cəmiyyətin inkişafı üçün zəruri infrastrukturun səmərəli fəaliyyətinin təmin olunmasında dövlət qulluğunun mühüm yeri vardır.
Dövlət qulluğu anlayışı çox geniş bir anlayış olmasına baxmayaraq, onun dövlətçiliyin möhkəmləndirilməsindəki mühüm rolu, dövlət mexanizminin hərəkətverici qüvvəsi, dövlətin mühüm sosial-hüquqi təsisatlarından biri olması barədə ümumən qəbul olunmuş fikir formalaşmışdır.
Dövlət qulluğunu dövlətçiliyinin möhkəmləndirilməsində, cəmiyyətin mədəni inkişafında və bütövlükdə cəmiyyət həyatının müxtəlif sahələrinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edən sosial institut kimi qiymətləndirmək olar. Bundan əlavə onu da qeyd edə bilərik ki, dövlət qulluğu bütün dövlət qurumlarında fəaliyyət və münasibətlərin məcmusu kimi dövlətin funksiyalarını, sosial-iqtisadi proqramları həyata keçirən dövlət mexanizmidir.
Dövlət qulluqçuları yüksək səviyyədə peşəkar olduqları zaman dövlət orqanının səmərəli, şəffaf şəkildə idarə edilməsi bir o qədər rahat olur. Dövlət qulluqçularının peşəkarlığı isə onların biliklərindən, savadlılıq dərəcəsindən, bacarıqlarından və təcrübələrindən irəli gəlir. Buna görə də dövlət qulluqçuları peşəkar olmaları üçün daim yeni biliklərə, təcrübələrə, bacarıqlara yiyələnməlidir. Dövlət qulluğu sistemində dövlət qulluqçularının yeni biliklər, təcrübələr qazanmaları üçün müəyyən imkanlar yaradılır. Belə ki, dövlət qulluqçuları biliklərini təkrarlamaq və yeni biliklər öyrənmək məqsədi ilə dövlət qulluqçularının əlavə təhsil mexanizmindən istifadə edə bilirlər. Bundan əlavə dövlət qulluqçularının yaranmış yeni texnika və texnologiyalar ilə işləmək bacarığına, biliyinə sahib olmaları üçün onları əlavə təhsilə yönləndirirlər. Həmçinin digər dövlət orqanlarında təcrübə keçmə imkanlarına da sahibdirlər. Dövlət qulluqçuları təhsillərini ölkə daxilində almaqla yanaşı, həm də ölkə xaricində də əlavə təhsillərini almaq hüququna malikdirlər.
Dövlət qulluğu Azərbaycanın müstəqil dövlətçiliyinin möhkəmlənməsində, sosial – iqtisadi proqramların həyata keçirilməsində, mədəni inkişafında və bütövlükdə cəmiyyətin həyatının müxtəlif sahələrinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edən fəaliyyət sahəsidir. Dövlətin qarşıya qoyduğu bu məqsədlərə nail olmaq üçün peşəkar dövlət qulluqçularının olması zəruridir. Peşəkar dövlət qulluqçularının formalaşmasında dövlət qulluğu sahəsində həyata keçirilən kadr siyasəti mühüm rol oynayır. Kadr siyasəti dövlətin fəaliyyətinin əsas istiqamətlərindən biri olub insanlarla işləmək üçün təşkilati xarakterli prinsiplərin işlənib hazırlanması, kadr ehtiyatlarının formalaşması və ondan rasional istifadəni, həmçinin kadr potensialının səmərəli inkişafının təmin olunmasını nəzərdə tutur. Kadr siyasəti dövlət hakimiyyəti orqanlarının kadr potensialını qoruyub saxlamağa və zənginləşdirməyə, habelə ölkənin milli təhlükəsizliyi üçün təhlükə törədə bilən, vətəndaşların hüquqlarını pozan neqativ hadisə və prossesləri aradan qaldırmağa yönəlir. Kadr siyasətinin dövlət qulluğu mexanizminin işində rolu böyükdür. Dövlət qulluğu sahəsində yuxarıda göstərilən problemlərin həlli üçün kadr siyasətinin əsas istiqamətlərinin düzgün təşkil olunması vacibdir. Bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, kadr siyasətinin əsas istiqamətlərindən biri olan namizədlərin seçilməsi üzrə işdə bilik səviyyəsinə, peşəkarlığına, işgüzarlıq, şəxsi keyfiyyətlərinə, təhsili, sağlamlıq vəziyyətinə görə dövlət orqanlarına həvalə edilmiş vəzifələrdən irəli gələn qulluq funksiyalarını yerinə yetirməyə qadir olan kadrların seçilməsi məqsədilə namizədlərin səmərəli və şəffaf seçimi mexanizmi formalaşdırılır. Bu isə müsabiqə əsasında reallaşdırılır. Dövlət qulluğuna qəbul üçün ilk müsabiqə prezidentin 24 iyun 2006-cı il fərmanı ilə təsdiq edilmiş müsabiqə vasitəsilə qəbul qaydalarına əsasən 2007-ci ildə həyata keçirilmişdi.Kadr siyasətinin istiqamətlərindən biri olan tərbiyyəvi işin həyata keçirilməsi məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
– Kadrların etik davranış qaydaları hazırlanır
– Etik davranış qaydalarına əməl olunmasına nəzarət mexanizmi formalaşır
– Rəhbərlə tabelikdə olanlar arasında sağlam mühitin yaradılması təmin edilir
– Əməyin ödənilməsi və stimullaşdırma praktikası təkmilləşdirilir və s.
Kadr siyasətinin əsas istiqamətlərinin düzgün təşkil olunması namizədlərin düzgün seçilməsi, onların adaptasiyasının təmin olunması, peşəkarlıq xüsusiyyətlərinə malik rəhbərin seçilməsi, kadrların bilik səviyyəsinin artırılması, yüksək əxlaqi keyfiyyətlərə malik kadrların hazırlanmasına səbəb olur. Kadr siyasətini düzgün təşkil etmədən bu sahədə səmərəli nəticə əldə etmək qeyri-mümkündü, bu səbəbdən də, kadr siyasətinin əsas istiqamətlərinin təhlili aktual hesab olunur. Dövlət qulluğu haqqında qanun 2000-ci ildə qəbul olunmuşdur və bu qanunun qəbul olunması ilə bu sahənin tədqiqinə başlanılmışdır. Dövlət qulluğu anlayışı çox geniş bir anlayış olmasına baxmayaraq, onun dövlətçiliyin möhkəmləndirilməsindəki mühüm rolu, dövlət mexanizminin hərəkətverici qüvvəsi, dövlətin mühüm sosial-hüquqi təsisatlarından biri olması barədə ümumən qəbul olunmuş fikir formalaşmışdır.
Dövlət qulluğunu dövlətçiliyinin möhkəmləndirilməsində, cəmiyyətin mədəni inkişafında və bütövlükdə cəmiyyət həyatının müxtəlif sahələrinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edən sosial institut kimi qiymətləndirmək olar. Bundan əlavə onu da qeyd edə bilərik ki, dövlət qulluğu bütün dövlət qurumlarında fəaliyyət və münasibətlərin məcmusu kimi dövlətin funksiyalarını, sosial-iqtisadi proqramları həyata keçirən dövlət mexanizmidir.
Dövlət qulluqçuları yüksək səviyyədə peşəkar olduqları zaman dövlət orqanının səmərəli, şəffaf şəkildə idarə edilməsi bir o qədər rahat olur. Dövlət qulluqçularının peşəkarlığı isə onların biliklərindən, savadlılıq dərəcəsindən, bacarıqlarından və təcrübələrindən irəli gəlir. Buna görə də dövlət qulluqçuları peşəkar olmaları üçün daim yeni biliklərə, təcrübələrə, bacarıqlara yiyələnməlidir. Dövlət qulluğu sistemində dövlət qulluqçularının yeni biliklər, təcrübələr qazanmaları üçün müəyyən imkanlar yaradılır. Belə ki, dövlət qulluqçuları biliklərini təkrarlamaq və yeni biliklər öyrənmək məqsədi ilə dövlət qulluqçularının əlavə təhsil mexanizmindən istifadə edə bilirlər. Bundan əlavə dövlət qulluqçularının yaranmış yeni texnika və texnologiyalar ilə işləmək bacarığına, biliyinə sahib olmaları üçün onları əlavə təhsilə yönləndirirlər. Həmçinin digər dövlət orqanlarında təcrübə keçmə imkanlarına da sahibdirlər. Dövlət qulluqçuları təhsillərini ölkə daxilində almaqla yanaşı, həm də ölkə xaricində də əlavə təhsillərini almaq hüququna malikdirlər.
Əlavə təhsil dövlət qulluqçularının təminatlarından biri, həm də müsahibədə və qulluqda irəli çəkilmədə nəzərə alınan göstəricilərdən biridir. Dövlət qulluğunda səmərəli kadr siyasəti üçün zəruri olan əlavə təhsil sistemi kadrların sosial-psixoloji qabiliyyətlərinin, ümumi intellektual səviyyələrinin artırılmasına, onların peşəkarlığının, idarəetmə qabiliyyətlərinin inkişafına xidmət edir. Əlavə təhsil müddəti qulluq stajına daxil edilir. Əlavə təhsil üçün dövlət qulluqçusunun daha yüksək vəzifəyə təyin edilməsi, ehtiyat kadrların siyahısına daxil edilməsi, xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi və ya özünün şəxsi təşəbbüsü əsas götürülür. Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında qanununda dövlət qulluqçusu anlayışı hissəsində dövlət qulluqçusunun əlavə təhsil və qulluqda irəliçəkilmə kimi təminatının olduğu göstərilir .
Dövlət qulluqçularının əlavə peşə təhsilinin məqsədi dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin artırılması, onlar tərəfındən nəzəri və praktiki biliklərinin əldə edilməsi və artırılması, qulluq funksiyalarının icrası ilə əlaqədar qabililiyyət və peşəkar vərdişlərin inkişaf etdirilməsi, dövlət qulluqçularının ümumi intellektual səviyyəsinin artırılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” 2018-ci il 23 noyabr tarixli Sərəncamına əsasən dövlət qulluğunda kadr siyasətinin inkişafı dövlət qulluğunun əsas inkişaf istiqamətlərindən biridir. Dövlət orqanlarında kadr siyasətinin müasir tələblərə uyğun həyata keçirilməsi məqsədilə həmin orqanların rəhbərləri kadr siyasətini fəaliyyətin prioritet sahəsi kimi qəbul etməli, tabeliklərində olan rəhbər vəzifəli şəxslərin insan resursları ilə işə daha çox diqqət yetirmələrini təmin etməli, özlərinin və tabeliklərində olan rəhbər vəzifəli şəxslərin bu sahədə biliklərinin artırılması üçün zəruri tədbirlər görməlidirlər. Dövlət orqanlarında kadr siyasəti planlı şəkildə həyata keçirilməli və insan resurslarının idarə edilməsi sahəsində şəffaflıq təmin olunmalıdır. Şura və Mərkəz dövlət orqanlarına kadr siyasətinin formalaşdırılması və həyata keçirilməsi ilə bağlı zəruri təşkilati və metodiki kömək göstərməli, rəhbər vəzifəli dövlət qulluqçuları üçün müvafiq sahədə təlimlər təşkil etməlidirlər. Kadr qurumu aparıcı struktur bölmə olmaqla, dövlət orqanının kadr siyasətinin formalaşdırılmasında fəal iştirak etməli, onun həyata keçirilməsini təmin etməli və insan resurslarının idarə edilməsi ilə həmin orqanın qanunvericiliklə müəyyən edilmiş sahələrdə fəaliyyətinin səmərəliliyinin artırılmasına nail olmalıdır. Dövlət orqanlarının kadr qurumlarının fəaliyyətini təkmilləşdirmək məqsədilə kadr qurumlarının fəaliyyətini tənzimləyən nümunəvi sənəd – “Dövlət orqanlarının kadr qurumları haqqında Nümunəvi Əsasnamə” hazırlanmalıdır .Dövlət qulluqçusunun yeni (fərqli) ixtisasa yiyələnməsi məqsədi ilə həyata keçirilən uzunmüddətli əlavə peşə təhsilidir. Dövlət qulluqçusunun yenidən hazırlanması kadrların yenidən hazırlanması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Yenidənhazırlanma daimi dövlət qulluğuna qəbul edilmiş şəxslərə şamil olunur . Dövlət qulluqçusunun peşə və ixtisas üzrə biliklərinin artırılması məqsədi ilə həyata keçirilən qısamüddətli təlimlər (treninq, seminar və s.) və ya ixtisasartırma kiırsları şəklində təşkil edilən əlavə peşə təhsilidir.
Daimi dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları və ya dövlət qulluğuna qəbul edilmə (müsahibə yolu ilə) vaxtından 1 il keçdikdən sonra dövlət qulluqçulan ixtisasartırma kurslarına göndərilə bilər . Bildiyimiz kimi, dövlətin mövcudluğu və gələcək taleyi onun milli-mənəvi dəyərləri, resursları, istehsal gücləri, modern və çevik idarəetmə sistemi ilə yanaşı, həm də kadr potensiah insan kapitalı ilə müəyyən olunur. İnsan kapitalı xalqların inkişaf və yaşayış səviyyəsinin, qazandığı uğurların əsas zəıninidir.
Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçılık Akademiyası respublikanın dövlət idarəçilik sahəsi üçün mütəxəssislər hazırlanmasını və onların peşəkarlıq səviyyələrinin artırılmasını həyata keçirir. Dövlət İdarəçılık Akademiyası öz nizamnaməsinə uyğun olaraq dövlət idarəçiliyi və dövlətin kadr siyasəti sahəsində elmi–tədqiqatlar aparır, dövlət vəzifələrində çalışan dövlət qulluqçularını, habelə onların əvəz edilməsi üçün ehtiyatı hazırlayır, yenidən hazırlayır, yaxud jxtisaslarmı artırır, dövlət idarəçiliyi məsələləri üzrə dövlət hakimiyyət orqanlarının analitik informasiya təminatını həyata keçirir, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinə olan əsaslı tələblərin ekspertizasını keçirir.
Dövlət qulluqçularının hazırlığında Akademiyanın “Rəhbər kadrların ixtisasının artırılması” fakultəsinin xüsusi rolu vardır. 1999-cu ildən fəaliyyət göstərən fakultə həm qiyabi şöbə üzrə dövlət qulluqçularının yenidən hazırlanması, həm də qısa müddətli ixtisasartırma kursları istiqamətləri üzrə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” 2018-ci il 23 noyabr tarixli Sərəncamına əsasən Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi dövlət qulluğunun əsas inkişaf istiqamətlərindən biridir. Dövlət qulluqçularının peşəkar səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət qulluqçularının əlavə təhsili sahəsində fəaliyyəti daha da təkmilləşdirilməlidir. Akademiyada qısamüddətli yenidənhazırlanma və ixtisasartırma proqramlarının sayı və çeşidi artırılmalı, təhsilin müasir metodlarından, elmi-texniki yeniliklərdən istifadə genişləndirilməlidir. Akademiyanın pedaqoji heyətinin nəzəri və praktiki bilikləri, habelə pedaqoji bacarıqları artırılmalıdır. Akademiya dövlət qulluğunda əlavə təhsil sisteminin səmərəliliyinin artırılması məqsədilə Şura və Mərkəz ilə qarşılıqlı fəaliyyət göstərməlidir. Dövlət orqanlarının nəzdində fəaliyyət göstərən tədris mərkəzlərinin fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə tədbirlər planı hazırlanmalı, dövlət orqanlarının tədris mərkəzlərinin təcrübəsi öyrənilməli və onların gələcək fəaliyyəti ilə bağlı təkliflər hazırlanmalı, tədris mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi üçün koordinasiya qurumu yaradılmalıdır. Dövlət qulluqçularının əlavə təhsilinin maliyyə təminatı sistemi formalaşdırılmalı, o cümlədən dövlət orqanlarının büdcəsində əlavə təhsilin maliyyə mənbələri ayrıca bənddə nəzərdə tutulmalıdır. Dövlət qulluqçularının peşəkar inkişafının keyfiyyətini artırmaq məqsədilə onların təlimə tələbatının öyrənilməsi mütəmadi qaydada həyata keçirilməli və dövlət qulluqçuları üçün təlim strategiyası hazırlanmalıdır .
Beynəlxalq təcrübəyə nəzər saldıqda bir çox ölkələrdə dövlət hakimiyyəti orqanlarında işləmək üçün kadrlar hazırlayan, dövlət qulluqçularının peşə hazırlığım həyata keçirən xüsusi tədris mərkəzlərinin olduğu müşahidə edilir. Həmin tədris müəssisələrinin məzunları ən mühüm dövlət vəzifələrini tutmağa qabil olan elitam təmsil edir. Məsələn, , Almaniyada Ali Inzibati Elmlər Məktəbi, Fransada Milli İnzibati Məktəb, İngiltərədə Mülki Xidmət Kolleci, Çexiyada Ümumi İdarəçilik İnstitutu, Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyası belə təhsil müəssisələrindəndir. ABŞ-da da bir çox idarəetmə məktəbi vardır. Bunlardan biri də Harvard Universitetinin yanında fəaliyyət göstərən Kennedi adına məktəbdir. Bunlar öz xərclərini özləri ödəyir və yüksək səviyyəli dövlət qulluqçulan hazırlayırlar. Türkiyədə müasir dövlət qulluğu modeli Osmanlı dövründə mövcud olan sistemin islahatlarla təkmilləşdirilməsi nəticəsində formalaşmışdır. Türkiyədə dövlət idarəetməsinin məqsəd və funksiyalarını dövlət məmurları yerinə yetirir. Dövlətin məqsəd və funksiyalarını yerinə yetirərkən dövlət məmurları öz vəzifə səlahiyyətlərini yerinə yetirirlər və bu zaman onlar vətəndaşlarla qarşılıqlı münasibətdə olurlar. Vətəndaşların məmnunluğu əsas məsələ olduğuna görə dövlət məmurları öz vəzifə səlahiyyətlərini düzgün, şəffaf, aydın, çevik şəkildə yerinə yetirməlidir. Bu səbəbdən də dövlət məmurları dövlətin məqsəd və funksiyalarını həyata keçirərkən öz vəzifə səlahiyyətlərini mükəmməl, peşəkarcasına bilməlidir. Dövlət idarəetmə sistemində dövlət orqanlarında çalışan məmurlar peşəkar, öz ixtisaslarını mükəmməl bilməli və dövlət orqanında işlədiyi sahə üzrə yüksək səviyyəli biliklərə sahib olmalıdır. Bu səbəbdən də Türkiyənin dövlət qulluğu modelində dövlət məmurlarının biliklərinə, bacarıqlarına və məmurların hazırlanmasına xüsusi fikir verilir.
Türkiyənin dövlət qulluğu modelində dövlət qulluğuna qəbul olan şəxsləri xüsusi formada hazırlıyırlar. Belə ki, dövlət məmurluğuna namizəd olan şəxslər xüsusi dərslər keçirilir və dövlət xidmətləri barədə, idarəçilik sistemləri ilə bağlı biliklər öyrədilir. Dövlət orqanında hər hansı bir vəzifəyə qəbul olan şəxslərə işə başlamazdan əvvəl işlə bağlı, yerinə yetirəcəyi vəzifələrlə bağlı daha sonra dövlət orqanında işə başladıqdan sonra vətəndaşlara hansı dövlət xidmətlərini necə və hansı formada göstərəcəyi barədə biliklər, məlumatlar öyrədilir .Türkiyə dövlət məmurları qanununa əsasən dövlət qurumları və təşkilatlarında işləyən dövlət məmurları öz biliklərini və təcrübələrini artırmaq məqsədi ilə orqandaxili təhsil almaq hüququna malikdirlər. Türkiyənin dövlət qulluğu sistemində dövlət orqanları və təşkilatlarında çalışan dövlət məmurları təcrübələrini artırmaq məqsədi ilə digər dövlət qurumları və təşklatlarında təcrübə keçmək, bununla yanaşı, öz biliklərini artırmaq, yeni biliklər öyrənmək məqsədi ilə təhsil mərkəzlərində əlavə təhsil ala bilərlər.Yaponiyada “əməyin ödənilməsi” sistemi ömürlük muzd, rotasiya, reputasiya və iş yerində hazırlıq sistemlərinə əsaslanır. Burada məvacibin formalaşmasına təsir göstərən amillər bunlardır :
➢ Kadrın yaşı, stajı və təhsili;
➢ Kadrın yiyələndiyi peşə;
➢ Kadrın tutduğu vəzifə, yerinə yetirməli olduğu öhdəliklər;
➢ Kadrın çalışdığı qulluq şəraiti;
➢ Kadrın əməyinin nəticələri;
➢ Kadrın ailəsini saxlamağa, mənzilə və nəqliyyata çəkdiyi xərclər;
➢ Regional vəsaitlər.
Fransada rəhbər kadrların hazırlanması işinə böyük əhəmiyyət verilir. II dünya müharibəsindən sonra Fransız burjuaziyası dövlət aparatı üçün rəhbər kadrlar hazırlayan sistemdə islahatlar aparmalı oldu. Bu, dövlət qulluğunun demokratikləşdirilməsini tələb edən tərəqqipərvər qüvvələrə güzəştə getmək və dövlət aparatının müasirləşdirilməsi məqsədilə həyata keçirildi.
İslahatlar prosesində hakim dairələr dövlət aparatına kadr seçərkən müxtəlif sahələrdə, yaxud, bir sahədə dərin ixtisas biliyinə malik olanlara üstünlük verilməsinin məqsədəuyğunluğunu müzakirə edirdilər. Uzun müzakirələrdən sonra müxtəlif sahələr üzrə geniş hazırlığı olanlara üstünlük verilməsi məqbul hesab olundu. Hakim dairələr öz fikirlərini belə əsaslandırırdılar ki, dövlət qulluqçusu dövlət qulluğunun istənilən sahəsində işləmək üçün zəruri biliklərə malik olmalıdır. Bu məsələyə münasibət bildirən B.Qumey yazırdı ki, «fransızlar konkret sahədə ixtisaslaşmaya çox mənfı münasibət bəsləyir və hesab edirlər ki, bu şəxsiyyəti keyfiyyətcə zəiflədir və şikəst edir».
Hazırda Fransanın bir neçə şəhərində (Bastia, Lill, Lion, Mets, Nant) regional idarəçilik institutları fəaliyyət göstərir. Ali pedaqoji məktəb («Ekol normal superyer») və Ali mühəndis məktəbləri («Ekol politeknik», «Ekol sentral», «Ekol de min») də dövlət qulluğu sahəsində işləmək üçün yüksək ixtisaslı kadrlar hazırlayır.
Ölkədə “dövlət qulluğu məktəbləri” adı altında 150–dən çox məktəb fəaliyyət göstərir. Onlar iki əsas kateqoriyaya bölünür [6]:Dövlət qulluğu dövlətin vəzifə və funksiyalarını peşəkar səviyyədə yerinə yetirir və bütün dövlət qulluqçularının fəaliyyətinin təşkili prosesini tənzimləyir. Dövlət qulluğu dövlət aparatı ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Belə ki, dövlət aparatının qarşısında duran əsas vəzifələr dövlət qulluqçuları vasitəsilə həyata keçirilir. Dövlət qulluqçusu qulluq keçdiyi dövlət orqanının səlahiyyətini, dövlət siyasətini həyata keçirir.
Dövlət qulluğunun nüfuzu və ona ictimai etimadın formalaşması, vətəndaşın məmnunluğu üçün dövlət qulluqçusunun şəxsi keyfiyyətləri, fəaliyyət üslubu, davranışı, intellekt səviyyəsi də zəruri əhəmiyyət kəsb edir. Bunun üçün də müasir dövrün dövlət qulluqçularının fasiləsiz təhsili, səmərəli təlim sistemi zəruri əhəmiyyət kəsb edir. Peşəkar, milli–mənəvi və korporativ dəyərlərə sadiq, sosial cəhətdən həssas, yaradıcı düşüncəyə malik kadr potensialını formalaşdırmaq müasir dövlət qulluğunda təlim strategiyasının əsas məqsədlərindən biri olmalıdır.
Həmçinin dövlət qulluğuna qəbul prosesində vakant vəzifənin tələblərinə uyğun namizədləri seçmək lazımdır. Orqanlar tərəfindən göstərilən xidmətərin şəffaf, effektiv, operativ şəkildə həyata keçirilməsi vətəndaş məmnunluğunu formalaşdırır və bu xidmətlərin şəffaf, effektiv, operativ şəkildə həyata keçirilməsini təmin edən dövlət qulluqçularıdır. Dövlət qulluqçularının şəxsi keyfiyyətləri, davranışı, onların intellekt səviyyəsi, fəaliyyət üslubu vətəndaş məmnunluğunu təmin edir. Buna görə də dövlət qulluqçularının potensialının artırılması, kadrların potensialından səmərəli istifadə edilməsi, yeni informasiyalara, yeni texnika və texnologiyalardan istifadə etmə bacarığına yiyələnməsi üçün dövlət qulluqçularının əlavə peşə təhsili ilə bağlı yeni strategiyalar hazırlamaq, yeni qərarlar qəbul etmək, bu sahədə islahatlar apararaq dövlət qulluqçularının əlavə peşə təhsilə cəlb edilməsini təmin etmək lazımdır.
Müasir və güclü dövlətçilik ənənəsinin möhkəmlənməsi, səmərəli və demokratik idarəetmənin formalaşdırılması istiqamətində aparılan islahatlar insan faktoruna istiqamətlənmiş müasir dövlət qulluğunun formalaşdırılması, dövlət qulluğunun “cəmiyyətə, xalqa qulluq” mənasını qazanması ilə yanaşı, kadr siyasətinin səmərəli dövlət qulluğundakı rolunun da konkretləşdirilməsinə səbəb olmuşdur.
Kadr siyasətinin obyektiv məntiqi cəmiyyətin kadr tələbatının ödənilməsi və əmək potensialının inkişafı üçün görülən tədbirlərin koordinasiyasında təcəssüm edir. Onun məqsədi vahid dövlət siyasətinin məzmunundan, dövlətin idarəetmə formasından, icra mexanizmlərinin demokratikliyindən, dövlət qulluğunun modelindən, idarəetmənin konsepsiyasından və s. asılıdır. Kadr siyasəti kadrlarla işin təşkilinə, kadr potensialının yaradılmasına və inkişafına, kreativ kadrların formalaşdırılmasına yönələn, bu sahədə inkişafın davamlılığını şərtləndirən strateji hədəfləri müəyyənləşdirən strategiyadır. Akademik R.Mehdiyev kadr siyasətinin strateji istiqaməti barədə yazır: “Vətəndaşların öz peşə qabiliyyətlərini sərbəst surətdə inkişaf etdirmək və bundan istifadə sahəsində, insanın imkanlarını üzə çıxarmaq üçün optimal şərait yaradılması sahəsində konstitusiya təminatlarının reallaşdırılmasında dövlətin rolunu gücləndirmək Azərbaycanda kadr siyasətinin strateji istiqamətidir”. Kadr siyasətinin strateji istiqaməti dövlətin inkişafı üçün vacib olan kadr potensialının yaradılmasına və ondan səmərəli istifadəyə xidmət etməklə müvafiq olaraq dövlətin gücləndirilməsinə və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlir. Ümumdövlət siyasətinin əsasında formalaşan, mürəkkəb struktura və obyektiv məzmuna malik olan kadr siyasəti səmərəli dövlət qulluğu üçün zəruri əhəmiyyət kəsb edir. Məhz kadrlar dövlət qulluğunun vəzifələrinin yerinə yetirilməsi üçün mühüm amildir. Dövlət qulluğunda kadr siyasəti dövlət qulluqçularının seçilməsi, yerləşdirilməsi, qiymətləndirilməsi və inkişafı sahəsində həyata keçirilən tədbirlərin sistemidir. O, dövlətin vahid siyasətinin tərkib hissəsi olub, müvafiq olaraq onun vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. Hazırda respublikamızda kadr siyasəti peşəkarlığa, müasirliyə, milli ideologiyaya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdətinə əsaslanır. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, yaradıcı təfəkkürlü, yüksək ixtisaslı, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması üçün mühüm tədbirlər görülür.
Dövlət qulluğunda kadr siyasətinin strateji istiqamətindən irəli gələn vəzifələrinə kadr tələbatının planlaşdırılmasını, dövlət qulluğuna vətənpərvər, məsuliyyətli, yüksək ixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrların seçilməsini və yerləşdirilməsini, gənclərin dövlət qulluğuna cəlb olunmasını, qiymətləndirmədə obyektivliyin təminini, insan resurslarının məqsədyönlü idarə olunmasını, rəhbər vəzifələr üçün ehtiyat kadrların formalaşdırılmasını, kadr potensialının, kadrların fərdi inkişafını və s. aid etmək olar. Bu vəzifələrin icrası üçün müsabiqə, müsahibə, qulluqda irəliləyiş, attestasiya, fəaliyyətin qiymətləndirilməsi kimi mexanizmlərdən istifadə olunur.
Məlumdur ki, yeni dövlət menecmentinin əsas xüsusiyyətlərindən biri də insan resurslarının səmərəli idarə olunmasıdır. Resursların idarə olunması onların yetişdirilməsindən, seçilməsindən başlayaraq karyera müddəti boyunca davam edir. Qanunvericiliyə əsasən, dövlət qulluğunun kadrlarla təmin olunması üçün müsabiqə, müsahibə və qulluqda yüksəlişdən istifadə olunur.
Dövlət qulluğuna namizədlərin seçilməsi üçün müsabiqə və müsahibə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Qloballaşan dünya uzun müddətə hesablanmış strateji hədəfləri müəyyənləşdirməyi zəruri etdiyi kimi, təfəkkür tərzinə, düşüncə formasına da yeni stereotiplər gətirir, yeni mənəvi dəyərlər formalaşdırır. Belə bir dövrdə hər bir azərbaycanlı, ilk növbədə, öz milli-mənəvi dəyərlərinə, dövlətinə, dilinə və dininə sadiq olmalı, vətənin tarixi, görkəmli şəxsiyyətləri, ictimai və dövlətçilik həyatında baş vermiş mühüm hadisələr və onların səbəbləri barədə məlumatlı olmalıdır. Dövlət qulluğunda müasir kadr siyasətinin əsas istiqamətlərindən birini milli-mənəvi dəyərlərə bağlılıq və siyasi varislik təşkil edir. Dövlət qulluğuna peşəkar, kreativ, məsuliyyətli, dövlətin maraqlarını öz marağından üstün tutan kadrların cəlb olunması kadr siyasətinin optimal icra mexanizmləri vasitəsilə mümkündür. Bu məqsədlə müsabiqədə namizədin biliyi ilə fərdi xüsusiyyətləri paralel qiymətləndirilir. Namizədlərin Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə biliklərinin də yoxlanılması kadr siyasətində milli ideologiyanın təzahürlərindən biri kimi çıxış edir. Milli inkişaf ideologiyasının əsasını təşkil edən milli ideya, azərbaycançılıq ideyası dövlətin kadr siyasətinin də inkişaf istiqamətlərini müəyyənləşdirən əsas meyarlardanbiridir.
Kadr siyasəti dövlət orqanlarının kadr potensialını zənginləşdirməklə yanaşı, ölkənin təhlükəsizliyi üçün təhlükə törədə bilən, vətəndaşların hüquq və azadlıqlarını pozan neqativ təzahürləri də aradan qaldırmağa qadirdir. Bunun üçün namizədin kompleks şəkildə qiymətləndirilməsi ciddi əhəmiyyət daşıyır. Peşəkarlıq və bilik səviyyəsi qədər şəxsi keyfiyyətlərin də düzgün qiymətləndirilməsi vacibdir. S.İsmayılov dövlət qulluqçusunun peşəkarlığının qiymətini onun mənəvi istiqaməti ilə müəyyənləşdirərək, yalnız cəmiyyətin və dövlətin mənafeyinə xidmətə tabe olan peşəkarlıq keyfiyyətlərinə malik olan şəxsin dövlət qulluğuna yararlı ola biləcəyini yazır. (S.A.İsmayılov. Azərbaycanda dövlət qulluğunun və idarəetmə sisteminin keçmişi, bu günü və perspektivləri. Bakı – “Oğuz Eli”- 2013. s.12.) Mənəvi keyfiyyətləri, məsuliyyət hissi, mədəniyyəti aşağı olan şəxs peşəkar olsa da, dövlət orqanının işini çətinləşdirəcəkdir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dövlət siyasətinin, o cümlədən də kadr siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin qarşısında geniş inkişaf perspektivləri ilə bağlı mühüm vəzifələrin durduğunu və bu vəzifələrin öhdəsindən gəlməyə qadir olan vətənpərvər, yüksək savadlı gənclərin hazırlanmasını ölkəmizin tərəqqisinin, xalqımızın firavan həyata qovuşmasının mühüm şərtlərindən biri kimi qiymətləndirir Azərbaycan dövlətçiliyinin davamlı inkişafına, şəffaf, demokratik və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlmiş modernləşmə xətti əlavə təhsilin roluna və məzmununa da yeni çalarlar qazandırmış və onu kadr siyasətinin potensialın artırılmasına yönələn strateji və dınamik icra mexanizmınə çevimıişdir. Bu mexanizmin strateji hədəfləri, metod və prinsipləri, məzmun və keyfiyyət meyarları dövlət qulluğunun inkişaf istiqamətlərinə uyğun şəkıldə müntəzəm olaraq təkmilləşəcək və hər dövrün özünə xas təlim tələbatlarının ödənilməsi vasitəsilə peşəkar və səmərəlı dovlət qulluğunun zəruri şərti kimi çıxış edəcəkdir.
Ədəbiyyat siyahısı
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları”nın təsdiq edilməsi barədə 2009-cu il 19 mart tarixli 44 nömrəli qərarı;
2. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” 2018-ci il 23 noyabr tarixli Sərəncamı;
3. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu, 2001-ci il 1 Sentyabr;
4. Hüseynova N.Ş., “Dövlət qulluğu və idarəetmə”, Bakı-2017;
5. Türkiye Cumhuriyetinin Devlet Memurları Kanunu (14.7.1965, 23 Temmuz
<
strong>MURTƏZA HƏSƏNOV
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Dövlət Qulluğu
və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər
üzrə fəlsəfə doktor