Լեւոն Տեր-Պետրոսյան. Իմ եւ Նիկոլ Փաշինյանի հարաբերությունների մասին

NAZARBAYEV RUSİYAYA MARAQLI MESAJLAR GÖNDƏRİR

Трудный союз. Смогут ли Россия и Турция договориться по Сирии

7-8 տարի հետո մեզ սպասվում է դեպոպուլյացիա. Մենք շատ ենք ուշացել

Azərbaycan İlahiyyat İnstitutunun rektoru: “Peşəkar milli kadrlar yetişdirməyə çalışırıq”

Azerbaycan 10 Şubat 2019
29

Ceyhun Məmmədov: “Gələn ildən İlahiyyat İnstitutuna qəbul sayı daha da artırılacaq”
Fevralın 9-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaranışının bir illiyini qeyd edib. Bu münasibətlə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, millət vəkili Fazil Mustafa, Bakı Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, dini icmaların rəhbərləri və digər şəxslər iştirak ediblər.

Azərbaycan İlahiyyat İnstitutu prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. İnstitut DQİDK tabeliyində faəliyyət göstərir. Artıq ötən il İnstituta ilk qəbul həyata keçirilib. Aİİ-nin rektoru tədbir zaman bir il ərzində görülən və görüləcək işlər barədə məlumat verib. Eyni zamanda qonlaqlar da çıxış edərək fikirlərini bildiriblər.

Tədbirdən sonra rektor Ceyhun Məmmədova institutun bri illik fəaliyyəti ilə bağlı bir neçə sual verdik. Rektor ilk növbədə bir ildə görülən işlərdən danışdı:

– İnstitutumuzun yaradılmasının bir ili tamam oldu. Bu bir ildə biz çalışdıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamında qeyd olunan iki əsas hədəf istiqamətində işləyək. Birincisi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, ikincisi dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək. İnstitut fəaliyyətə başlayanda qarşımızda dayanan ən vacib məsələlərdən biri tədris prosesinin təşkili idi. Bunun üçün ilk növbədə tədris standartları və proqramları hazırlanmalı idi. Burda bir incə məqam vardı. Biz iki ixtisas – dinşünaslıq və islamşünaslıq – müəyyənləşdirmişdik. Daha əvvəl bəzi yerlərdə dinşünaslıq, bəzilərində isə islamşünaslıq olmuşdu. Bu iki fənnin tədris standartının hazırlnaması bizdən kifayət qədər vaxt aldı. Çünki biz bu standartlara daxil olan fənnləri müəyyənləşdirməliydik ki, islamşünaslara hansı fənləri, dinşünaslara hansı fənləri keçək. Ona görə də biz ilk növbədə beynəlxalq təcrübə, Avropada, Amerikada və digər bir sıra müsəlman ölkələrində bu fənlərin necə tədris olunmasını araşdırdıq. Bunların əsasında təhsil standartı hazırlandı.

İkinci məsələ kadr seçimi idi. Biz çalışdıq ki, müsabiqə yolu ilə öz sahəsində peşəkar olan müəllim və kadrları işə cəlb edək. Yəqin siz də izlədiniz, bütün müəllimləri bizim hamımızın iştirak etdiyi sınaq dərsindın sonra işə qəbul edirdik. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan İlahiyyat İnstitutunda yalnız öz sahəsində dərin biliklərə və təcrübəyə malik peşəkar müəllim və mütəxəssislər çalışır.

Tədris prosesi ilə yanaşı qarşımıza məqsəd qoyduq ki, bir neçə istiqamətdə işələyək, tədrislə bərabər silsilə maarifləndirici tədbirlər, seminarlar, dəyirmi masalar və konfranslar keçirək. Bunlardan birində siz də çıxış etdiniz. Bu tədbirlərdə Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm ənənələri, dövlət-din münasibətləri, Azərbaycanda yayılan müxtəlif dinlər, o cümlədən İslam, Xristianlıq və Yəhudiliyin tarixi və yayılması haqqında seminarlarımız oldu. Eləcə də Azərbaycan və bir neçə başqa ölkənin din təhsili təcrübəsi ilə bağlı bir neçə dəyirmi masamız oldu. Tədriz prosesində tələbələrin vətənpərvərlik ruhunun, vətənə bağlılıq hissinin gücləndirlməsi üçün bir sıra fəaliyyətlər həyata keçirdik. Cocuq Mərcanlıya, Qəbələyə və Şamaxıya səfər, eyni zamanda bu il “Qış məktəbi” təşkil etdik. Müxtəlif nəsr və şeir müsabiqələri təşkil etdik. Mütaliə müsabiqələri keçirildi. Hədəfimiz odur ki, burada təhsil alan tələbələrin dil, dini və dünyəvi bilikləri və intellektləri yüksək səviyyədə, dünya görüşləri zəngin olmalıdır. Tanınmış şəxsiyyətlər, millət vəkilləri, yazıçılar və şairlərlə görüşlərimiz oldu. “Səfir saatı” adlanan layihə əsasında bir sıra ölkələrin səfirləri ilə tələbələrin görüşləri keçirildi. Tələbələrin dil biliklərinin inkişaf etdirilməsi üçün dil kursları yaradıldı, dərsliklərin yazılmasına başalandı.

Hesab edirik ki, hər bir təhsil müəssisəsinin qarşısında duran əsas vəzifələrdən biri dərsliklərin hazırlanmasıdır. Bu istiqamətdə artıq xeyli iş görülüb. Hər bir dərsliyin yazılması üçün qrafik müəyyənləşdirilib. Növbəti tədris ilinə kimi hər bir fənnin dərsliyi hazır olacaq. Bu çox vacib məsələ idi.

Ən vacib işlərdən biri də İnsititun elmi jurnalının ərsəyə gətirilməsi idi. Artıq jurnalın birinci sayı işıq üzü görüb. “Din araşdırmaları” jurnalında bir çox alimin ilahiyyat, fəlsəfə, psixologiya, sosiologiya və digər elmlərə dair məqalələri əksini tapmışdır. Burada müxtəlif dillərdə, o cümlədən rus, türk və ingilis dillərində məqalələr yer alıb. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan nüfuzlu alimlərdir. Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun şəkildə hazırlanmışdır. “Din araşdırmaları” jurnalının Beynəlxalq Standart Qeydiyyat Nömrəsi (ISSN) mövcuddur. Jurnalın yaxın gələcəkdə beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.

Eyni zamanda İnstititun nəfis tərtibatlı “İlahiyyatçı” adlı qəzetini təsis etdik. Onun da artıq iki sayı çap olunub. Bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Yaxın gələcəkdə İnstitutun ildə dörd dəfə nəşr olunacaq “İlahiyyat” ictimai fikir jurnalı da işıq üzü görəcək.

Azərbaycan İlahiyyat İnstitutunun bütün strukturu və fəaliyyəti ilə bağlı əsasnamələr, qaydalar və məlumatlar toplusu nəşr olunmuş, İnstitutun Kataloqu hazırdır. Broşürü artıq çapdan çıxmaq üzrədir. Aİİ-nin müasir tələblərə cavab verən genişhəcmli internet-saytının hazırlanmasına başlanılmış və yaxın vaxtlarda saytın istifadəyə verilməsi planlaşdırılır.

Beləliklə, birinci istiqamətdə tədrisin yüksək səviyyədə, şəffaf şəkildə, ədalətli formada təşkili, ölkədə aparılan maarifləndirmə işlərində iştirak, mənəvi dəyərlərimizin təbliği, gənclərimizin, tələbələrimizin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində işimizin qurduq.

– Qeyd etdiniz ki, əsas hədəf yerli kadrların hazırlanmasıdır. Ancaq bunun üçün həm də güclü tədris kadrları olmalıdır. Hazırda yetərli sayda müəllim kadrları varmı?

– İnstitut yaranarkən qarşımızdakı ən vacib məsələlərdən biri kadr məsələsi, yəni tədris işini yüksək səviyyədə aparacaq müəllimlərin olması idi. Bildiyiniz kimi, ilahiyyat çox həssas, həm də spesifik sahədir. Azərbaycan İlahiyyat İnstitutu BDU-nun İlahiyyat Fakültəsinin bazasında yaradılıb. Həmin fakültədə fəaliyyət göstərən müəllimlərin bir qismini müsabiqə yolu ilə biz işə qəbul elədik. Eyni zamanda Azərbaycanda müxtəlif təhsil müəssisələrində, universitetlərdə, Akademiya sistemində çalışan bilikli, bacarıqlı mütəxəssislərini işə cəlb etdik. Onların içərisində dil sahəsində, eləcə də İslam tarixi və fəlsəfə sahəsində dərin bilikləri olan şəxslər var. Bundan başqa müxtəlif xarici ölkələrdə təhsil almış, orda çalışan mütəxəssisləri cəlb etdik. Əlbəttə, çətinliklərimiz oldu, bu gün də İnstitutumuz böyüdükcə yeni kadrlara ehtiyacın yaranacağını düşünürük. Bu baxımdan hazırda işlər davam edir. Birinci tədris ilində biz o qədər də əziyyət çəkmədik, çünki müəyyən bir baza vardı və biz o bazanın əsasında başladıq. Amma bu gün İlahiyyat İnstitutunun qarşısında dayanan əsas məsələlərdən biri də gələcək üçün yüksək səviyyəli kadrların hazırlanmasıdır. Bunun üçünsə daha çox mütəxəssisə, daha çox kadra ehtiyacımız olacaq. Bunun üçün də bu gün ciddi səylərimizi davam etdiririk. İnstitutu bitirən, bakalavr təhsili alan, bilikli və perspektivli gəncləri magistr və doktoranturada təhsil almağa təşviq edirik ki, gələcəkdə bizim işə töhfə versinlər.

– İnstitutun böyüməsi gözlənilir?

– Əlbəttə. Bildiyiniz kimi, biz 60 nəfərlə başaldıq. Növbəti tədris ilində say bir qədər də çox olacaq. Magistratura və doktorantura tələbələrinin də sayı artırılacaq. Eyni zamanda gələcəkdə yeni fakültələrin, yeni ixtisasların və araşdırma mərkəzlərinin yaradılması da nəzərdə tutulub. Əsas məqsədlərdən biri də İnstitutun bölgənin ən güclü və seçilmiş ali təhsil müəssisələrindən birinə çevirməkdir. Bunun üçün ölkəmizin kifayət qədər gücü və potensialı vardır. Bu istiqamətdə müəyyən planlar, ideyalar var. Çünki hazırda İlahiyyat İnstitutu qarşısında əsas hədəf ölkə üçün zəruri kadr ehtiyacını təmin etməkdir.

– Bu yaxınlarda İlahiyyat İnstitutuna doktorantura təhsili hüququ da verildi…

– Bir az əvvəl də bu məsələyə toxunduq ki, bu gün hər bir müəssisə üçün kadr potensialı vacib məsələdir. Xüsusən də söhbət müəllim heyətindən gedəndə. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunda ilk vaxtlarda magistratura pilləsi yaradıldı, sonrakı mərhələdə isə biz müvafiq qurumlara müraciət edərək doktorandura üçün icazə istədik. Bizim doktoranturaya da ehtiyacımız var. Çünki gələcəkdə öz kadr ehtiyacımızı təmin etmək istəyirik. Bu istiqamətdə də müvafiq qurumlar bizə dəstək verdi və doktorantura yaradıldı. Qəbul növbəti ildə nəzərdə tutulub.

– İlahiyyat İnstitutunda iki ixtisas var: İslamşünas və dinşünas. Dinşünas dinlər üzrə mütəxəssisdir, ancaq islamşünas sırf müsəlman din xadimləri olacaq. Bildiyiniz kimi, Bakı İslam Universiteti də qapadıldı. Hazırda ölkədə yeganə ali dini təhsil ocağı kimi İlahiyyat İnstitutu ruhani kadrları hazırlaya biləcək?

– Qeyd etdiyiniz kimi, bizdəki islamşünas ixtisasında təhsil alan tələbələrin gələcəkdə din xadimi kimi işləməsi nəzərdə tutulub. Nəzəri baxımdan işlər qurulub, fənlər, proqram hazırlanıb. Lakin eyni zamanda bu istiqamətdə spesifik məsələlər var. Biz elə kadrlar yetişdirməliyik ki, cəmiyyət tərəfindən qəbul olunsunlar, cəmiyyət qarşısına çıxanda öz savadları, bilikləri, dinə bağlılıqları, imanları ilə seçilsinlər. Bu istiqamətdə ciddi düşünürük. Tələbələrə praktiki dərslərin keçilməsi, əlavə söhbətlərin təşkil olunması, əlavə kursların təşkili ilə bağlı planlarımız var. Çox gözəl anlayırıq, bu iş o zaman tam uğurla nəticələnəcək ki, buranı bitirən tələbələr cəmiyyətdə layiqli yer tutsunlar, ölkəmizə töhfə verə bilsinlər.

Bundan başqa İnstititumuzda Karyera Mərkəzinin yaradılması üzərində iş gedir. Yəni burada tələbənin dünyəvi, dini biliklərlə yanaşı praktik şəri məsələləri bilməsi də mühüm amildir. Bunun üçün də hazırda çalışırıq, tələbələrin məscidlərə praktikaya göndərilməsi təklifi də var. Yəni buranı bitirən tələbələrimiz həm nəzəri, həm də praktiki olaraq hazırlıqlı olması əsas məqsədimizdir.

Bu sahədə bildiyiniz kimi, çox ciddi rəqabət var bu sahədə. Bu gün həm Azərbaycanda, həm də xaricdə oxuyub gəlmiş ciddi sayda hazırlıqlı kadrlar var. Üstəlik cəmiyyətin özü də bu mövzuya həssaslıqla yanaşır. Buna görə də biz mövcud şərtlərə cavab verən, hazırlıqlı və peşəkar kadrlar yetişdirməyi hədəfləyirik. Onu da deyim ki, tələbələrimiz içərisində bu işə marağı olan, öz üzərində işləyən, həvəsli tələbələrimiz var. Biz inanırıq ki, onlar gələcəkdə Azərbaycanın müxtəlif bölgələrində onlara bəslənən inamı doğruldacaqlar.

– Qonşumuzda nəhəng, dini təhsil sahəsində ciddi təcrübəsi olan Türkiyə və İran kimi ölkələr var. Hər iki ölkə məhz ilahiyyat sahəsində dünyaya kadr ixrac edən ölkələrdir. Və şübhəsiz ki. onların bizə ciddi təsirləri var. Əlbəttə, bu ölkələrlə rəqabət aparmaq mümkün deyil, amma siz də demişdiniz ki, öz kadrlarımızı hazırlayacağıq. Necə düşünürsünüz, xarici təsirə qarşı dayana biləcək kadrlar yetişdirmək mümkün olacaq?

– Həqiqətən də bu bir gerçəklikdir ki, Azərbaycan çox həssas bölgədə yerləşir. Qonşuluğumuzda elə müsəlman ölkələri var ki, onların 100 və daha çox illik təcrübəsi var. Ancaq bütün bunlarla yanaşı Azərbaycan da öz dini təhsil sistemini qurmalıydı. Biz hesab edirik ki, bu il qəbul olunan tələbələrimiz təhsili başa vuranda bu hədəflərə çatmış olacaqlar. Biz təhsil sistemi yaradırıq isətəyirik ki, bizim tələbələr gələcəkdə öz fəaliyyətlərini qura, ölkəmizi layiqincə təmsil edə biləcəklər. Təbii ki, təcrübə məsələsində öndə olsalar da, ancaq biz hesab edirik ki, bu kadrlarda istədiyimiz xüsusiyyətləri təmin edə biləcəyik. Bunun üçün durmadan sərasər çalışırıq.

Yeri gəlmişkən, hazırda dünyada “Erasmus”, Türkiyədə “Mevlane” kimi tələbə və təhsil mübadiləsi proqramları var. Biz də bu proqramlara qoşulmaq və nüfuzlu xarici təhsil müəssisələri ilə tələbə və elmi işçi mübadiləsi aparmağı düşünürük. Təbii ki, zərərli təsirlərdən özümüzü qorumaq şərtilə. Yəni bütün işlərin məqsədi yerli, savadlı, standartlara uyğun, rəqabətə cavab verəcək kadrların hazırlanmasıdır.

– İslam Universitetinə qəbul dayandırıldıqdan sonra birinci kurs tələbələrini başqa universitetlərə köpçürdülər. Sizin İnstituta köçürülən tələbələr oldumu? Ümumiyyətlə, BİU ilə əlaqələriniz varmı?

– Bakı İslam Universiteti fəaliyyətini davam etdirir, hələ. Yalnız birinci kurslara qəbul dayandırldı və qəbul olunan tələbələr başqa universitetlərə yerləşdirildi. Eləcə də Dövlət İmtahan Mərkəzinin xətti ilə BİU-nun bir neçə tələbəsi İlahiyyat İnstitutuna göndərildi. Hazırda İnstitutda təhsillərini davam etdirirlər. Onlardan biri magistr pilləsindədir, bir neçə nəfər isə bakalavr təhsili alır. Bu gün İlahiyyat İnstitutu həm Bakı İslam Universiteti, həm də Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir. Qafqaz Müsəlmanları İdarəsinin sədri hörmətli Şeyxülislam Allahşükür Paşazadənin yaxın günlərdə tələbələrlə görüşü nəzərdə tutulub.

– Xarici təhsil müəssisələri ilə əməkdaşlıq istiqamətində hansı işlər görülüb?

– Azərbaycan İlahiyyat İnstitutu xarici əlaqələrin inkişafına xüsusi önəm verir. 21-23 noyabr 2018-ci tarixdə Rusiyanın Perm vilayətində “Miqrantların adaptasiya problemi və ekstremist ideologiyalara qarşı mübarizə” mövzusunda keçirilən konfrans çərçivəsində Moskva İslam İnstitutunun və Permdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüm oldu. Görüşlərdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıldı. Moskva İslam İnstitutu ilə əldə edilmiş razılığa əsasən növbəti aylarda bu təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Aİİ-nin nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri nəzərdə tutulub.

İnstitutun nümayəndə heyəti 16-22 dekabr 2018-ci il tarixdə Türkiyə Respublikasında səfərdə olmuş, səfər çərçivəsində İstanbul, Mərmərə, 29 Mayıs və Ankara Universitetləri, Türkiyə Diyanət İşləri Başqanlığı, Türkiyə Diyanət Vəqfi, İslam Araşdrımaları Mərkəzi, İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzi (IRCICA) kimi mərkəzlər başda olmaqla müxtəlif universitet, təhsil müəssisəsi, tədqiqat mərkəzi və digər qurumlarda görüşlər keçirildi, əməkdaşlığa dair protokollar imzalandı. Həmçinin, 30 yanvar 2019-cu il tarixində Azərbaycan İlahiyyat İnstitutunun və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusundakı elmi konfransda iştirak etmiş Türkiyənin Kırıkkale Universitetinin nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində sözügedən universitetlə də Azərbaycan İlahiyyat İnstitutu arasında ikitərəfli əməkdaşlıq protokolu imzalanmışdır.

Gələcəkdə Avropa, Amerika və Şərq ölkələrinin müxtəlif elmi və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıqların qurulması da nəzərdə tutulub.

Kənan Rövşənoğlu,
Musavat.com

Yorumlar