Türkiye-Azerbaycan strateji ortaklığı neden hedef seçidi?

Elnur Paşa: Genç Azerbaycan Cumhuriyeti ve Halide Edip

Bölgədə yeni reallıqlar…

ZEKİ VELİDİ TOGAN: TÜRKİYE NİÇİN GERİ KALDI? ASYA MİLLETLERİ NİÇİN GERİ KALDI?

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və dövlət idarəçiliyi sahəsində innovativ islahatlar

Gündem 12 Şubat 2021
101
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Azərbaycan Respublikası suverenlik əldə etdikdən, müstəqilliyin bərpasından sonra yeni iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İslahatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin «Hüquqi islahatlar komissiyasının yaradılması haqqında» Sərəncamının (1996) və «Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərmanının (1998) müstəsna rolu olmuşdur.
Azərbaycanın iqtisadi, siyasi, sosial, hüquqi sahələrində köklü dəyişikliklə aparılmış, hakimiyyət sistemində, mülkiyyət münasibətlərində yenidənqurma prosesi getmiş, müasir dövlət idarəetmə sistemi formalaşmışdır.
Bununla yanaşı, Azərbaycan Respublikasının hərtərəfli inkişafı dövlət qulluğu sisteminin yenidən təkmilləşdirilməsini və onun effektivliyinin artırılmasını nəzərdə tutan dövlət qulluğunun inkişafına dair strategiyanın hazırlanmasını zəruri etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya ” dövlət idarəetməsinin ən mühüm qəbul edilmiş qanunlarndan biridir.
Bu qanun əsas hədəfləri və bu hədəflərə çatmaq üçün lazım olan vacib tədbirləri müəyyən edən sənəddir. Onun ən əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin effektivliyini artırmaq, onun təkmilləşməsini həyata keçirmək, sürətli inkişafına təkan vermək və özündə bir çox müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət idarəçiliyini formalaşdırmaqdır. Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə kadr siyasəti, dövlət qulluqçuları və onların peşəkarlığının artırılması, dövlət qulluğunun informasiya təminatının təkmilləşdirilməsi sahəsində islahatlar aparılmasını nəzərdə tutur.
Dövlət idarəçiliyinin fəaliyyətinin tənzimlənməsi və həyata keçirilməsində innovativ islahatlardan, müasir texnologiyalardan və yeni prosedurlardan maksimum istifadə məsələsi hər zaman diqqətdə olmuşdur. Belə ki, dövlət sahəsində fəaliyət göstərən orqanlarda elektron xidmətlərin tətbiq ounması və inkişaf etdirilməsi üçündaim addımlar atılmaqdadır. Hal hazırkı dövrdə ölkəmiz siyasi, iqtisadi, və sosial sahələrdə özünəməxsus bir inkişaf forması ortaya qoymuş və özünün intensiv inkişaf dövrünü yaşayır. Ölkənin siyasətinin uğurla reallaşdırılmasında həyata keçirilmiş innovativ islahatlar başlıca alət kimi çıxış etmişdir.
Bu gün sosial və iqtisadi həyatda köklü dəyişikliklər baş verir. Bu dəyişikliyə və çevrilməyə paralel olaraq, ölkəmizdə, dünyada, dövlət idarəçiliyində dəyişiklik axtarışları tez-tez gündəmdə olan məsələdir. Ümumilikdə, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid adlandırıla bilən 21-ci əsr iqtisadi və siyasi arenada, elm və texnologiyada köklü dəyişikliklərə gətirib çıxardı. Bununla yanaşı idarəetmə sistemində dəyişən və davamlı yeni şərtlərə uyğunlaşmaq üçün fərqli metodlar axtarışına başlanıldı.Kommunikasiya, nəqliyyat və texnologiyadakı inkişaflar qloballaşma prosesini başladıb və demək olar ki, bütün ölkələrdə dövlət idarəetmə islahatlarının aparılmasına səbəb olmuşdur. Şübhəsiz ki, sosial, iqtisadi, hüquqi və mədəni amillər islahat yolunda effektiv rol oynamışdır. Bu amillər siyasi amil islahatının zəruriliyinə və cəmiyyətdə narazılığın əks olunması kimi qiymətləndirilə bilər. Xüsusilə 1980-ci illərdən sonra Böyük Britaniya, ABŞ, Yeni Zelandiya və Kanada kimi ölkələrdə dövlət idarəetmə sisteminə müxtəlif yanaşmalar tətbiq edilmişdir. Dövlət idarəçiliyində səmərəli xidməti təmin etmək məqsədilə tətbiq olunan müxtəlif modellər dəyişən şərtlərə vaxtında uyğunlaşmaq və demək olar ki, vahid bir proqram halına gəlmək üçün yenidən yoxlanılmışdır. Böyük Britaniyada 1980-ci illərdə başlayan islahatlar bir çox ölkələr üçün model olmuşdur. Dövlət və ictimaiyyət arasındakı əlaqələr vətəndaşların gözləntiləri istiqamətində yenidən qurulmağa başlanılmış və dövlət xidmətlərinin istifadəçi ehtiyacları istiqamətində yenidən işlənmişdir.
Bəşər tarixinin bütün dövrlərində bütün ərazi və dövlətlərin özlərinin siyasi-ictimai və o cümlədən, iqtisadi inkişaf, yol və istiqamətlərinin və bu məqsədlə qurulan inkişaf modellərinin olması müasir dövrdə müstəqillik əldə etmiş dövlətlərin inkişaf modellərinin müxtəlifliyinə dəlalət edir. Bu baxımdan respublikamız da ərazi, tarixi, siyasi, sosial, iqtisadi baxımdan ona yaxın olan dövlətlər kimi öz inkişaf yolunu seçmişdir. Bu seçim şübhəsiz ki, milli iqtisadiyyatın formalaşması və inkişaf məsələləri ilə birbaşa bağlıdır.
Dövlətçilik ölkənin ən mühüm fundamental dəyəridir. Dövlət idarəçiliyi müasir cəmiyyətin həyatında əsas rol oynayır. Onun ölkələrin sosial-iqtisadi inkişafına güclü təsirinin olması mütəxəssislər tərəfindən dəfələrlə qeyd olunmuşdur. Eyni zamanda dünya təcrübəsində dəbir sistemin fəaliyyətinin təmin edilməsində dövlət həlledici rol oynayır. Dövlət idarəetməsi ölkənin vəziyyətini və onun gələcəyinimüəyyən edir. Ənənəvi olaraq, ictimai təşkilatların bir hökumətə, rəsmi olaraq ictimai maraqlara xidmət etdiyi rəsmi tənzimləmələri təyin etmək üçün istifadə edilən bir termindir.
Dövlət cəmiyyətin siyasi təşkilatı, siyasi qurumu, ya da daha dar şəkildə qurumlar hökuməti kimi xarakterizə olunur . O öz məqsədi ilə digər sosial qruplardan seçilən insan birliyinin bir formasıdır. Dövlət ən geniş şəkildə mübahisələrin qanun şəklində həll edilməsi vasitələri ilə əlaqədar fərdlərin birliyindən ibarətdir. Bununla yanaşı, burada bir çox yeni anlayışlarda vardır ki, bunlardan biri dövlətçilik anlayışıdır
Dünyada idarəetmə anlayışı ilə əlaqədar ədəbiyyatda bir çox təriflər var. Çünki müxtəlif elmlərin bu anlayışa fərqli yanaşmaları vardır. Qısa mənada idarəetmə məqsədlərin təsirli və məhsuldar bir üsulla gerçəkləşdirilməsi üçün insanlar arasındakı qarşılıqlı əlaqələr və koordinasiyanın mümkün olmasına yönələn fəaliyyətlərin toplamı olaraq ifadə edilir.Yalnız müəyyən məqsədlərin gerçəkləşdirilməsi üçün əməkdaşlıq edən insanların məqsəd olaraq qarşıya qoyulan işlərin görülməsi üçün işlərin ardıcıllığını izləyən plana ehtiyac duyulur.İdarəetmə, geniş mənada başqalarını idarəetmə fəaliyyəti ya da idarəetmə müddəti olaraq görülməkdə və müəyyən bir məqsədin gerçəkləşdirilməsi üçün tədbir olaraq ifadə olunur. Belə bir anlayışda idarəetmə- təhrik və idarəetmə,idarəetmə sistemi və təşkilat olmaqla 3hissədən ibarət olur.Bu üç element bir cəmiyyət olması, legitimliyi yaradan siyasi gücün varlığı,ortaq məqsədin olması və bu məqsədə nail olmaq üçün bir quruluşun mövcudluğunu tələb edir. Çünki bu üç ünsürün olması ortaya çıxan münasibətləri idarəetmə olaraq adlandırır. Siyasət lüğətində idarəetmə- bir təşkilatın məqsədini həyata keçirə bilər.İdarəetmə insanların cəmiyyətdə ictimai həyatın zəruriliyi kimi idarə olunması, onların müxtəlif davranışlarını araşdırmaqdadır.
Müasir dövrdə təşkilatların səmərəli idarə edilməsi məhz strategiya vasitəsilə həyata keçirilir. Bütövlükdə strategiya dedikdə strateji məqsədlərə nail olmaq üçün işlənib hazırlanmış ali proqram başa düşülür.Strategiya idarəetmənin və planlaşdırmanın alt sistemidir. Strategiya təşkilatın məqsədlərinin formalaşdırılmasını, onun həyata keçirilməsini, təşkilatın artımını, inkişafını təmin edir və onun iqtisadi cəhətdən möhkəmləndirilməsinə yönəlir.
Strategiyalar strateji idarəetmənin əsas bazis elementidir. Strategiyaların müəyyənləşdirilməsi strateji idarəetmənin səviyyəsindən asılıdır.Strateji idarəetmə məqsədlərin formalaşdırılması,taktikanın seçilməsi və strategiyanın hazırlanması üzrə təşkilati fəaliyyətin səviyyəsidir. Strateji idarəetmə müəssisəyə tam rəhbərliyi təmin etməyə,təşkilatın tətqiqatlarının əlaqələndirilməsinə şərait yaradır. Strategiyaların hazırlanması strateji idarəetmə prosesi ilə sıx bağlıdır. Bu proses missiyanı müəyyən etmə,məqsədləri görmə,taktiki siyasətləri seçmə və mövcud resurslar vasitəsilə strateji addımı atmağı özündə əks etdirir.Strategiya yerinə yetirildikdən sonra mövcud nəticə araşdırılır,yəni strategiyanın nə dərəcədə əlverişli olması qiymətləndirilir.Rəhbərlər strategiyalar vasitəsilə müxtəlif təhlilləri (zəif və güclü tərəflər,imkanlar və s.) , zərərverici analizləri (sosiomədəni, texnoloji, texniki, iqtisadi ,ekoloji faktorlarla ) tənzimləyirlər.
Strategiya – təşkilatın vəzifəsini həyata keçirməyə və onun məqsədə nail olunmasını təmin etməyə yönələn dəqiqləşdirilmiş,hərtərəfli,kompleks plan nəzərdə tutur. Müəssisənin menecerləri strategiyanı müəssisənin inkişaf istiqamətlərini müəyyən etmək və fəaliyyət üsullarının seçilməsində əsaslandırılmış qərarların qəbul edilməsini təmin etmək üçün hazırlayırlar.Hər hansı bir strategiyanın qəbul edilməsi o deməkdir ki,müəssisə inkişaf istiqamətləri və fəaliyyət üsulları üzrə mövcud olan alternativ variantlardan birinə üstünlük vermişdir.Qəbul edilmiş strategiya menecer üçün biznes aləmində xəritə və yol göstərən (orientirlər) rolunu oynayaraq ,qarşıya qoyulmuş vəzifə və məqsədlərə çatmaq üçünvahid fəaliyyət proqramı kimi qəbul olunur. Strategiya – çoxcəhətli anlayışdır.
Strategiyanın hazırlanması və həyata keçirilməsinin mahiyyəti çoxsaylı alternativlər içərisindən lazımi inkişaf istiqamətlərinin seçilməsindən və istehsal-təsərrüfat fəaliyyətinin seçilmiş yola istiqamətləndirilməsindən ibarətdir. Müasir mərhələdə inkişaf etməkdə olan strateji idarəetmə sistemi aşağıdakıları əhatə edir
1)​Strateji məqsədlər üçün resursların ayrılması ;
2)​Hər bir strateji məqsədə rəhbərlik mərkəzlərinin yaradılması ;
3)​İstehsal bölmələrinin və onların rəhbərlərinin strateji məqsədlərin əldə edilməsi dərəcəsinə görə qiymətləndirilməsi və stimullaşdırılması ;
Strategiyanın hazırlanması prosesində aparılan təhlil əsasında strateji təfəkkür,yeni inkişaf strategiyası üzrə təkliflər və s. formalaşır. Təşkilatın fəaliyyətinin səmərəliliyini göstərmək üçün strateji təhlil aparılır ki,bu da təşkilatın hal-hazırkı və perspektiv vəziyyətini təhlil etməyə şərait yaradır. Təşkilatın vəziyyətini müəyyənləşdirməyin əsasən aşağıdakı beş sual ətrafında aparılması tövsiyyə edilir:
o Mövcud strategiya nıə dərəcədə əlverişli işləyir
o Müəssisənin güclü və zəif cəətləri hansılardır və onun qarşısında nə kimi imkanlar və nə kimi təhlükələr dura bilər
o Məssisənin məsrəfləri və buraxılan məhsula qoyulan qiymıt rəqabətqabiliyyətlidirmi
o Müəssisənin rəqabət gücü möhkəmdirmi
o Müəssisənin qarşısında nə kimi strateji problemlər durur.
Davamlı inkişafa 2 anlayış daxildir : tələbatlar və məhdudiyyətlər. Yəni, sonsuz tələbatların məhdud resurslarla ödənilməsidir.
​Davamlı inkişaf cəmiyyətin iqtisadi və ekoloji təhlükəsizliyi olmaqla yanaşı, sosial inkişafda stabillikdir. Buradan aydın olduğu kimi, davamlı inkişaf konsepsiyası 3 əsas məqsədin birləşməsindən yaranıb : iqtisadi, ekoloji və sosial. Davamlı inkişafın vəziyyəti bu elementlərin qarşılıqlı fəaliyyətində müəyyən olunur.
Minilliyin İnkişaf Məqsədlərinin əsas nailiyyətləri:
1990-cı ildən bəri 1 milyarddan çox insan ifrat yoxsulluqdan xilas oldu.
• 1990-cı ildən bəri uşaq ölümü yarıdan çox azaldı.
• 1990-cı ildən bəri məktəbdən çıxan uşaqların sayı yarıdan çox azaldı.
• 2000-ci ildən bəri HİV / AİDS yoluxma nisbəti təxminən 40% azalıb.
Milli iqtisadiyyat beynəlxalq iqtisadiyyatla qarşılıqlı əlaqə və aslılıqda olan, ayrı-ayrı ölkələrin inzibati sərhədləri üzrə təbii-coğrafi, sosial-iqtisadi və texniki-texnoloji fərqlərə görə bölünən müstəqil təsərrüfat sistemidir. Hər bir ölkənin milli iqtisadiyyatı ümumdünya iqtisadiyyatının bir hissəsini təşkil edir.
Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Prioritetlərə (bundan sonra – Milli Prioritetlər) uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
“2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən aşağıdakıları təmin etməlidir:
qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;
aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını;
Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Aidiyyəti dövlət orqanları (qurumları) Milli Prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görməlidir.
Sosial–iqtisadi inkişaf Strategiyasının hazırlanması üçün Komissiya yaradıldı.

Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.
Nazirlər Kabinetinin Sərəncamında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşması, bu sahədə strateji planlaşma və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə qərarlar öz əksini tapıb.
Sərəncama əsasən Baş nazirin sədrliyi, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştiraklı ilə Komissiya yaradılıb.
Komissiya “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək.

Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti , siyasi elmlər üzrə fəlsəfə doktoru

Yorumlar