Ermeni uzmanlar Paşinyan’ın Türkiye açıklamasını yorumladı: Top Türkiye’de

Ինչ անել Սերժ Սարգսյանի խնդիրները լուծած կառույցի հետ

Վատիկանը հայտարարել է՝ Հռոմի Պապը հիվանդացել է կորոնավիրուսով

Sırbistan Cumhurbaşkanı’ndan batıya sert tepki: Erdoğan dahil istediğim her kesle görüşürüm!

Azərbaycan ərazisindən İrana qarşı istifadə xəbərini kimlər yayır?

Gündem 26 Aralık 2019
202

Bu günlərdə İsrail mətbuatı «The New York Times» nəşrinə istinadən rəsmi Bakının Azərbaycan ərazisindən İrana aviahücumlar üçün İsrailə razılıq verdiyi xəbərini yayıb. Daha əvvəl isə İsrailin pilotsuz təyyarələrinin Azərbaycan ərazisindən İranın İraqdakı obyektlərinə hücum üçün istifadə etdiyi xəbəri yayılmışdı.İsrailin bu əməliyyatlarının ABŞ- ın kəşfiyyat peykləri tərəfindən aşkarlandığı bildirilir. Onu da deyək ki, Ağ Ev Tehran hakimiyyətinə qarşı olsa da, İsrailin İranın nüvə obyektlərini vurmaq niyyətini dəstəkləmir.
Xatırladaq ki, bu qəbil xəbərlər periodik olaraq yayılır və Azərbaycanın rəsmi qurumları tərəfindən təkzib olunur. Azərbaycan rəsmiləri, o cümlədən ptezident ölkə ərazisindən İrana qarşı heç bir əməliyyat üçün istifadə olunmayacağını bəyan edib.
Qeyd edək ki, məlumat İranda daxili iğtişaşlardan bir qədər sonra və Azərbaycanda ciddi struktur və kadr dəyişikliyi getdiyi həssas bir dövrdə yayılıb.
Yayılan və sonradan təkzib olunan informasiyalar əsasən, ictimai fikri araşdırmaq, ictimai fikri yayındırmaq, çaşdırmaq, maraqlı qüvvələri ortaya çıxarmaq və yönəltmək kimi məqsədlər güdür.
İnformasiya savaşını quran qüvvələrin çoxistiqamətli məqsədlərindən biri Tehranın Bakıya qarşı təzyiqləri artırmasına nail olmaq və diqqəti Azərbaycandakı daxili islahatlardan yayındırmaqdır. Özlərini demokratiya müdafiəçiləri kimi təqdim edən transmilli güclər əslində bu və ya digər ölkədə korrupsiya,vətəndaş haqlarının pozulması, dövlət-vətəndaş münasibətlərində etimadsızlıqlığı yaradan səbəbləri gizli dəstəkləyir və demokratiyanı yaymaq adı altında korporativ maraqlar güdür. Rəsmi Bakı son aylar başladığı dəyişikliklərlə ölkədə “məxməri inqilablar” üçün təməl sayılan halların üstünə gedərək ictimai fikri öz xeyrinə dəyişir. İctimai narazılıq zəif olduqca isə ölkəyə təzyiq rıçaqı zəifləyir.
Digər səbəb, İrandakı narazılıqların fitilini yenidən alovlandırmaqdır. Qonşu ölkədə sosial durumdan narazı vətəndaşlar arasında ABŞ və İsraillə münasibətlərin normallaşmasını və “məxməri inqilabın” baş verməsini gözləyənlər var.
Bu xəbərlər İsrail və ABŞ iranlıların yanında olduğuna və istənilən vaxt İranda hakimiyyəti dəyişmək üçün hərbi güc işlədə biləcəyinə işarə edir.
Security Assistance Monitorun məlumatına görə, ABŞ administrasiyası 2018-2019 illərdə Azərbaycana təhlükəsizlik sahəsində maliyyə dotasiyalarını 100 mln. dollara çatdırıb. USC Dornsife isə bu məbləğin İrana təzyiq strategiyasının bir hissəsi olduğunu və Azərbaycan-İran sərhəddinə fokuslandığını yazır.
İrana qarşı strategiyada ölkədə yaşayan xalqların, ilk növbədə Azərbaycan türklərinin son illər sürətlə artan milli kimlik ehtirasını qıcıqlandırmaq və ssenaristlərin istədiyi istiqamətə yönəltmək də nəzərdə tutulur.
2006-cı ildə istefada olan israilli general Oded Tir qeydlərində belə yazırdı: “Biz Azərbaycanla onun ərazisində aviabazaların yerləşdirilməsini razılaşdırmalı və İrandakı azərbaycalıların dəstəyini almalıyıq.”
2007-ci ildə Rusiyanın Qəbələdə yerləşən RLS-i tərk etməsindən sonra ABŞ-ın Raket əleyhinə medafiə agentliyinin başçısı, general-leytenant Genri Obering Pentaqonun Qafqazda radar yerləşdirmək niyyəti olduğunu bildirsə də, Azərbaycan və Gürcüstan rəsmiləri Vaşinqtondan belə bir sorğu gəlmədiyini söyləmişdi. Amma buna baxmayaraq, xarici mənbələr Azərbaycanın şimal, cənub və cənub-qərb istiqamətində ABŞ-ın 3 mobil radarının yerləşdirildiyinı iddia edir. Rəsmi Bakı dəfələrlə İsraillə əməkdaşlığının üçüncü ölkə əleyhinə yönəlmədiyinə əmin etsə də, Tehran Azərbaycan ərazisindəki İsrailin kənd təsərrüfatı və sosial layihələrinin əslində İranı nəzarətdə saxlamaq məqsədi daşıdığı qənaətindədir.
Xatırladaq ki, Gürcüstan ABŞ-ın Qara dəniz akvatoruyasından Yaxın Şərqdə hərbi əməliyyatlar aparmaq üçün platsdarm kimi istifadə etməsinə icazəni 2000-ci illərin əvvəllərindən verib. ABŞ-ın Türkiyədə və Fars körfəzi ölkələrində hərbi bazaları mövcuddur . Odur ki, Azərbaycanda əlavə bazanın olması xüsusi əhəmiyyət daşımır.

Gülnara İnanc “Etnoqlobus” beynəlxalq onlayn analitik mərkəzinin direktoru, ekspert

Yorumlar