KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aynur Qezenferqızı: Xalqın gücünü görməzdən gələn ifornasiya siyasəti məğlubiyyətə məhkumdur

Aynur Qezenferqızı: Xalqın gücünü görməzdən gələn ifornasiya siyasəti məğlubiyyətə məhkumdur

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
46 0

Sergey Lavrov və Ceyhun Bayramovun görüşündə yenə xoş olmayan və bir az da gərginlik yaradan məqam bizimkilərin dərhal informasiya verməməsidir. Rusiya tərəfinin görüşün videosunu yayımladığı halda Azərbaycan tərəfində heç bir məlumatın verilməməsi yanlış informasiya siyasətidir. Madam ki tərəflərdən birisi bunu bütün çılpaqlığı ilə yayımlayıb, bəs onda digərinin bu haqda hətta heç danışmamasının səbəbi nə olar bilər?
Ən azından bizim ölkədə hamı bilir ki, sülh müqaviləsinin imzalanmasını gecikdirən tərəf Rusiyadır. Sergey Lavrov Lavrov Qarabağ haqqında az qala bir müstəqil dövlət kimi danışır. Görünüşdə Lavrov qızıl ortanı ciddi şəkildə qorumağa cəhd göstərir amma Azərbaycana eşitmək istədiyi sözü deyib, arxasınca təhdidvari ifadə işlətməsi hər zamanki kimi Rusiyanin yenə də öz ampluasında davam etdiyini göstərir. Melum məsələdir ki, Qafqaz kimi strateji məkanı əlimdən vermək istəmir və bunun üçün min oyundan çıxır hər vasitəyə əl atır. Boşuna deməyiblər ayınin bir armud üçün min oyunu var.
Təbii ki, biz Rusiyanın sülh danışıqları üçün önayaq olmasını birmənalı şəkildə səmimiyyətsiz qəbul edirik. Bu önayaq olma sevdasinın arxa fonunda əlbəttə ki imperialist xülyalar durur. Azərbaycan xalqına, elə lap sülh istəyən ermənilərə də sirr deyil ki anlaşmanin bu qədər gecikməsinin səbəbkarı Rusiyadır. Deməli, Rusiyanın oyunları hələ davam edəcək, ikili rəqs fiqurlarını siyasət meydanında hələ çox işlədəcək. Ancaq nə xoş ki, artıq xalqımız bu durumdan agahdır.
Görüşün ən önəmli hissəsi məncə Azərbaycan tərəfinin revanşist siyasətdən uzaq olduğunu xüsusi vurğulaması oldu. Azərbaycan öz məramını siyasi arenalarda bu cür ustalıqla ifadə etdikcə siyasət meydaninda da əlini gücləndirir, buna şübhə yox. Ancaq siyasətçinin əlini gücləndirən ən böyük güc xalqdır. Təəssüf ki, bu gün o xalqa informasiya belə verilmir, xalq proseduralardan kənarda saxlanır.

Aynur Qezenferqızı
AY Parti genel başkan yardımcısı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir