KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aynur İmran: Ölkədə yenə parçalanma var

Aynur İmran: Ölkədə yenə parçalanma var

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
572 0

Ölkənin yarısı eyforiyadadır, yarısı depresiyada. Realist olmaq lazımdır. Öncə depresiyada olanlarla bağlı:
1. Ordumuzun, igidlərimizin haqqını yemək olmaz. Gözəl bir savaş oldu. Ne puası, ne texnikası, o igidlər orda can qoymasaydı heç nə edə bilməzdik.
2. 2 ay əvvəl xəyalını qurduğumuz torpaqlar azad oldu, çox daha az torpağımız işğalda qalıb. İllərlə başımızda olan dərd, problem bütün dünyanın diqqəti mərkəzinə çevrildi. Həçəmçinin dostumuzi düşmənimizi birdaha tanıdıq. Mövzu aktuallaşdığı üçün dünyada problemin lobbiçiliyini daha çox yapmaq şansımız yarandı.
3. Milli birlik artdı. İllərlə Rusiyanın, İranın ölkəyə buraxdığl maya batdı. Gördülər ki, bu öıkə üçün hər zaman ən önəmli məsələ Vətən məsələsi olacaq. Bir iki çürük də çıxdı, onları da yazdıq dəftərə.
4. Şuşa, Kəlbəcər, Ağdam, alınan bölgələr bundan sonra bizim ruh yüksəkliyimizə, erməniıərin çökməsinə səbəb olacaq. Hər anlamda bu savaşdan qalib çıxdıq. Bu gün ruh düşkünlüyü şəhidlərimizə haqsızlıqdı, sevinin, zamanı gələndə yenə savaşacağıq.
Eyforiyada olanlara:
1. Rus ölkəmizə qoşun yerləşdirməyə nail oldu. Bundan sonra işimiz daha çoxdu. Təhlükə daha çoxdu. İkiqat diqqətli olmallyıq. İndi torpaqlarımızda bir deyil, iki düşmən var artıq.
2. Kimsə sevinməyin demir, amma narahat olanları da xainlikdə suçlamayln, onlar sizdən az sevmir Vətəni. Kimsəni incitməyin, xalqı parçalamayın.
3. Bu günə qədər eləmədiyini edir Rusiya, qondarma qurumun cumhurbaşkanı ilə bir masa arxasına oturub bizim torpağımızı müzakirə edir. Bunu bir az da bizi ruhdan salmaq üçün edir, amma fakt faktdır ve bununla ilgili ciddi tədbirlər görülməlidir.
4. Ölkənin müstəqilliyi təhlükədədir, Rusiya bayraqları ilə bugün Bakıda küçəyə çıxanlar sabah Rusiyadan “bizi müdafiə elə” xahişini də edə bilər. Hər ehtimalı dəyərləndirməkdə, tədbiri əldən verməməkdə fayda var.
Ümumilikdə ölkəmizin bir güc göstərisi olan 44 günlük savaş Rusiya üçün də ciddi mesaj idi. Torpağımız üçün, dövlətimiz üçün savaşmağa hazır olduğumuzu gördülər. Heç nə əvvəlki kimi deyil. Hər şey bizdən asılıdır, biraz da milli birliyə, biraz daha məntiqli yanaşmaya, biraz daha mübarizəyə ehtiyac var. Hər şey gözəl olacaq!

Aynur İmran

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir