KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Aygün Murathanlı: Rusların Anadoluda kötək fəsli

Aygün Murathanlı: Rusların Anadoluda kötək fəsli

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
195 0

Lavrovun səfərini-filanı boş verin, Türkiyədə bilirsiz nələr olur? Ruslar göydən zənbillə gəlib, Tolstoy, Dostoyevski yaradanın bacısı oğlanlarıdır, varsa-yoxsa rus arvad söhbətləri bağlanıb. Bilirəm, inanmaq çətindir, amma elədir.

Savaşa görə ölkələrindən qaçanlar 4-5 aya türklərə rusların əslində hansı kültürü daşıdıqlarını necə lazımdır başa salıblar. Əsasən Antalyaya, İstanbulda daraşan ruslar öncə elə biliblər buralar da ana vətənləridir və hamı onlarla rusca danışmalıdır. Kim rusca bilməyib ələ salıblar, ana söyüşü söyüblər. Azan məsələsi yadınızdadır da? İmza topladılar ki, biz vurub təzə yatırıq, müəzzininizin səsi narahat eləyir, onu yığışdırın… Biz deyəndə ruslar dünyanın ən sıntarmış millətidir, qardaşlar inanmırdılar…(( Bir ara da baqqal dükanlarında qırğın düşüb. Ruslar deyib, voobşe biz ödənişi rublla edirik, gedin harda dəyişirsiz, özünüz bilərsiniz. Yəni rusların ağlı Sovetlər Birliyində əzib suyunu çıxardıqları xalqlara gedib.

Hələ kirayə qaldıqları evlərdə çıxardıqları hoqqalar… Təmizlik başa düşməyən, rakı şüşələri, pivə bankarı ilə bərabər yaşayan ruslar pərdəyə ayaqqabı silən ərəbləri də vurub keçiblər Anadolu insanının gözündə.

İndi məsələ belədir – bazara girib, örnəyin bananı götürüb “poçom eto na rublyax” deyənləri satıcılar ənnnn yaxşı halda piştaxta önündən qovurlar. Ortaq ailələrin cocuqları qardaşlarımıza mat-ı da öyrədiblər. Kimsə çaşıb ilk səfərlərdəki kimi söyüş söysə, bazarın yerini onun üst-başı ilə sil-süpür eləyirlər. Polisə şikayətlərin heç bir mənası yoxdur, uzağı “yaşamaya geldinmi, dilimizi öğreneceksin, örfümüzü de bileceksin, abi”ni yazılı və şifahi formada verib göndərirlər.

Bu səbəbdən Türkiyədə burnu yuxarı, ayaqlarını yerə döyə-döyə gəzən rusların sayı sürətlə azalır, gözləri qıpıq, boynunu çiyinlərilə gizlədənlərin sayı isə çoxalır.

Ukraynalılara isə sayğı hədsiz artıb. Çünki Rusiya təcavüzündən Türkiyəyə sığınan Ukrayna vətəndaşları adam kimi adam olduqlarını göstərə biliblər. Türklər deyir, nə qədər gözəl ailə, məişət mədəniyyətləri var ukraynalıların, yaşadıqları məhəllənin hər qaydasına uyur, bizimlə çox tez qaynaşırlar. Türklərin ukraynalıların necə cəngavər olduqları haqqında bilgisi azdır, savaşda nələr etdiklərini biləndə lap sevəcəklər.

Beləcə əziz türk milləti Ağ, Qara, Egey, Mərmərə dənizləri sahillərində ruslar üçün kötək fəsli başladıb…Tabii,
edən bulur Ürəyinizə, biləyinizə sağlıq, qardaşlarım!!!

P.S. Oxuduğunuz bir millətin öz vətəninə, dilinə sahib çıxmasının hekayəsi idi. Bu haqda bir az çox düşünün.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir