KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Aygün Murathanlı: Üzun susqunluqdan sonra Tiflis də meydandadır

Aygün Murathanlı: Üzun susqunluqdan sonra Tiflis də meydandadır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
198 0

Rusiya üçün açılan hər təzə cəbhə ondan qurtulmaq istəyən bütün dövlətlərin və millətlərin xeyrinədir. Üzun susqunluqdan sonra Tiflis də meydandadır.

Sonuncu millət-İvanişvili toqquşma 2018-ci ildə oldu. Təsadüfən Tiflisdəydim. Polis amansız idi. Ölən vardı – bir gəncin gözündən güllə dəymişdi. Rustaveli küçəsi qan içində idi – o qədər pis döymüşdülər, rezin güllə ilə deşmişdilər bədənlərini etirazçıların… Gecə polis bir neçə saata aksiyanı dağıda bildi. Səhər küçələr yenə doldu-daşdı. Qaç-qov, həbslər…

Onda Salome Zurabişvili siyasi partiya liderlərilə birtəhər anlaşdı gərginliyi Məclisin içərisinə daşıdılar. Müxalifət parlamentdə asdı-kəsdi, həbs olunanlar azad edildi, sonucda hakimiyyət prosesi arzu etdiyi səmtə yönəltdi.

Amma pandemiya və sonrakı dönəm Gürcüstanda çox ağır keçdi. Qərb demokratiyasını gerçəkdən yaşamış gürcüləri illərdir sanki qəfəsə salıb Rusiya. Ölkə səfalət həddində sürünür.

Səbəblər haqqında uzun danışmaq olar. Qərbin Qafqazdan könüllü gedərək bölgəni Rusiyaya təslim etməsi, Gürcüstan demokratlarının toplumu kəskin şəkildə “bizimlə olan və olmayanlar”a bölməsi, çoxsaylı siyasi həbslər, millətin qanunlarla idarə olunmaqdansa köhnə rüşvət rejiminə meyllənməsi, siyasətçilərin sərçəcik kimi partiyadan-partiyaya qonub sonda Gürcü Arzusunun yeminə çevrilməsi səbəblərin ən tez yada düşənləridir.

Azadlıq elə bir nəsnədir, onu bir kərə daddın, hər şeyi onunla müqayisə edəcəksən. Amma Rusiya Gürcüstanı elə sıxmışdı, gürcülər azadlığı onlara daddıran Saakaşvilini belə Gürcü Arzusunun əlindən almağa çəkindi. Bardağı xarici agentlər haqqında qanun daşırdı.

Neçə gündür yumruqlar danışır ölkədə. Siyasilər də, az-çox ictimai fəaliyyəti olanlar da, media da anlayır ki, qanun qüvvəyə minsə, iqtidar keçmiş NKVD üsulları ilə könlü istəyən şəxsi qapalı məhkəmələrlə istədiyi müddətə içəri atacaq. Heç bir beynəlxalq qurum bu şəxsi müdafiə edə bilməyəcək.

Bu iç faktor. Kənar faktor da var axı – Gürcüstanı dişinə vurmuş Qərb.

Qərbi Gürcüstanda rahatsız edən sadaladıqlarımız dışında ən önəmli məsələ Tehranın Kreml vasitəsilə Tiflislə anlaşıb ölkədə at oynatmasıdır. Təbii, əsasən müsəlman-türk əhalinin yaşadığı bölgələrdə, Azərbaycan sərhədində. Türkiyə sərhədlərinə doğru Gürcüstan müsəlmanları daha çox sünni təriqətindədirlər, orda İranın atı işləmir. 7-8 il olar belədir. Pandemiyaya qədər bu haqda bəlkə 30 dəfə həyəcan təbili çaldıq, Bakı Borçalıya diqqət ayırmalıdır, saf insanlarımız din adına Tehran lotularının cənginə keçir, dedik. Eşidən olmadı. Sonuc – İran Qafqazdakı mərkəzini Nardarandan Marneuliyə köçürüb. Dayan Marneuli meydanında, İrana qarşı 1 cümlə de, gör neçə yerdən üzərinə gəlirlər…

Bakı fikir vermədi, Qərb isə hər nüansı “dəftərin qırağına” yazır. O dəftərin qırağında Gürcüstan üzrə deyim təxminən nələr var;

– Rəsmi Tiflis Kremlin tam diqtəsi altındadır;

– İnsan hüquq və azadlıqları ən ağır şəkildə məhdudlaşdırılır;

– Rusiya Gürcüstanın Qara dəniz limanlarına tam nəzarət edir;

– İran Ermənistanla müttəfiqlik modelini qeyri-rəsmi Gürcüstana daşıyır;

– İran Gürcüstan vasitəsilə te@ror şəbəkəsini Qərbə yeridir;

– Tiflisin marağında olmasa belə İran transregional kəmərlər üçün davamlı təhdid yaradır;

ən önəmlisi

– Bütün bunların baş verməsi və bizim (Qərbin) seyrçi münasibətimiz gürcülərdə demokratiyanın Qərb üçün keçici maraq olmadı alqısı yaradır, inam itir.

Tiflisdə etirazların başlaması ilə
Ermənistanda var olan, Azərbaycan və Gürcüstanı işğal edən Rusiya faktiki olaraq yeni situasiya ilə üz-üzədir. Ukrayna ilə Azərbaycandan sonra indi Gürcüstanla da münasibətlər siyasi, “sabah” bəlkə də hərbi savaş mərhələsinə keçir.

Sonucda Gürcüstan da Abxaziya və Osetiyanı işğaldan azad etməlidir.

Koalisiyamız genişlənir. Kremldən qurtulmaq istəyənlərə xeyirli olsun.

P.S. Subaylarınızdan görəsiz, toydan gəlmişəm, başım şişib, sabah geniş yazaram
Aygün Murathanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir