KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aygün Murathanlı: İran 30 ildir Quzeydə də at oynadır

Aygün Murathanlı: İran 30 ildir Quzeydə də at oynadır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
305 0

Yanılmıramsa, sənə 1995. İran 30 ildir Quzeydə də at oynadır. Məscidlərdən kitab dükanlarına qədər açıb Bakıda, bölgələrdə. Minlərlə insanı Məşhədə, Quma aparır, casus şəbəkəsi sürətlə genişlənir. Cümə xütbələrini onlarla məsciddə İran mollaları oxuyur. Maştağada da biri vardı. Lövbərini salmışdı kəndə. Çərəkə paylamaqla başlayıb xeyli tərəfdar yığmışdı ətrafına. Günlərin bir günü gördük ki, “ağa” heç başmaqlarını da geyməyə macal tapmayıb. Xüsusi xidmət orqanları onu yatağından durğuzub elə pijamada aparıb atmışdılar İrana. Qaldığı mənzilin sahibi danışırdı ki, səhər gəldik gördük qapı-baca açıq, əbası bu ortalıqda, başmaqları qapıda. Prezident Heydər Əliyevə nə çatdırmışdılarsa, təkcə Bakıda yox, Lənkəran-Astara, Aran, Muğan zonalarına lövbər salan bütün İran agenturasını bir gecədə atdırmışdı Xameneinin üstünə.
İstiqlaliyyətlə Hüsü Hacıyevin kəsişməsindəki böyük kitab dükandı da ondan sonra bağlandı deyəsən. Pəncərəsinə böyük İran bayrağı, Xomeyni ilə Xameneinin şəklini vurmuşdular. Nursi qədər bədheybət və işıqsız simaları adamı əsəbləşdirirdi.
Heyif, o illərdə qurunun oduna yaş da yandı – xeyli Güneyli qardaşlarımızı da deport elədilər. Üçüncü ölkələrə göndərdilər. Doğrudur, indi onlar dünyanın sivil ölkələrində yaşayırlar. Amma məsələ budur ki, Azərbaycan Güneyə sakit-sakit dəstək vermək prosesinə onda başlasaydı, indi mənzərə xeyli fərqli olardı. Toplumları birləşdirməyin ortaq evliliklərdən gözəl və asan yolu yoxdur. O illərdə xeyli ortaq nikahlar vardı və Azərbaycan Respublikası İran vətəndaşları olan güneylilərə bir az da qapı açsaydı, bu say 10-15 qata yüksələrdi. Zatən hər ailənin Güneydə bir bağını tapmaq olar. Bu qohumluqları yeniləsəydik, ən azı Azərbaycan vətəndaşları Tehranın hər dediyinə inanmaz, İranın şeytan rejimi burda bu qədər müqəddəsləşməzdi. Amma Bakı nə etdi? Geney Azərbaycan adına burda nə vardısa, dağıtdı. Kimsə deyə bilər ki, bu, İran mollalarını ölkədən çıxarmağın qarşılığında Tehranla bir rəsmi olmayan anlaşma idi. Amma, axı, İran dayanmadı. Heç 1 gün də… Qısa zamandan sonra özünküləri bura gətirib yerləşdirmək yerinə burdan insanlar apardı, dini təhsil adı ilə onlardan öz şəbəkəsini yaradıb geri göndərdi, Azərbaycanda faktiki bombalar “əkdi”.
Maraqlı həm də odur ki, bu gün rəsmi Bakını, bütövlükdə ölkəni, Prezidenti İranın hədyanlarından müdafiə edən YAP komandası deyil, bütöv Azərbaycan ideyasının daşıyıcılarıdır, 30 ildən bəri və elə bu gün də qılınclanan Prezident Elçibəy məktəbinin yetirmələridir. Dövləti və ya paranı düşünənlər dünyanın heç yerində yola getmirlər.
Bu gün Azərbaycanda İranı təbliğ edənlər kimliyindən asılı olmayaraq başmağını geyinməyə fürsəti olmayan molla kimi yatağından dindirilməyə aparılmalıdırlar. Çox da şişirtməyək – 5-10 şərəf və vicdan yoxsullarını sıradan çıxarmağa gücümüz çatmayacaq? Əl bulamışkən bütün düşmənlərlə hesablaşmaq vaxtıdır.
Allah millətimizi və dövlətimizi qorusun.
Aygün Murathanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir