KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ GÜRCÜSTAN PATRİARXI II İLYA İLƏ GÖRÜŞDÜ

AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ GÜRCÜSTAN PATRİARXI II İLYA İLƏ GÖRÜŞDÜ

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
474 0

AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ GÜRCÜSTAN PATRİARXI II İLYA İLƏ GÖRÜŞDÜ
ilya
Neçə gündür Gürüstanda qonaq olan Ayətullah Şəhristani və nümayəndə heyəti, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovla birlikdə bu gün Gürcüstan Patriarxı II İlya ilə Patrirxlıq iqamətgahında görüşdülər. Pravoslav Kilsəsi rəhbərliyinin və Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə dini şəxsiyyətlər bildirdilər ki, belə görüşlərin müsəlman və xristian xalqları arasında dostluğu və qardaşlığa, ölkələr arasında əlaqələrinin inkişafı üçün çox dəyərli olacaqdır.
Bir saat müddətində keçən görüşdə Gürcüstan Patriarxı II İlya, Ayətullah Şəhristani, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri və İran İslam Respublikasının Gürcüstandakı səlahiyyətli səfiri çıxış edərək dinlərarası dialoqun vacibliyindən, dinlərin dostluq, qarşılıqlı hörmət və tolerant şəraitində yaşamalarının önəmindən danışdılar. Onlar qeyd etdilər ki, dünyada yaşanan terror hadisələrinin coğrafiyası olmadığı kimi dini də yoxdur. Bu gün din adına törədilən terrordan bir tək müsəlman ölkələri əziyyət çəkmir ara-sıra bəzi Avropa ölkələrində də bunun şahidi oluruq. Məlum olduğu kimi bütün sülh və barışa səsləyən ilahi dinlər ekstremizmi lənətləyir. Bu kimi problemlərin və ümumiyyətlə dini sahədə bir çox məsələlərin həllində dini icmaların birgə hərəkət etmələri, sülh və barışa səsləyən bəyanatları olduqca təsirlidir və mühüm əhəmiyyət kəsb edir.
Sonda Ayətullah Seyyid Əli Sistaninin nümayəndəsi Seyyid Cavad Şəhristani Gürcüstan Patriarxı II İlyaya hədiyyələr təqdim etdi.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir