Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azerbaycan 10 Temmuz 2019
8

Avropa Parlamentinə seçkilər keçirildi. Bu seçkilərdən sonra Avropa İttifaqı strukturlarına yeni şəxslər rəhbər seçildilər. Bu rəhbərlərin seçilməsi üçün Avropa İttifaqına daxil olan dövlətlərin hamısının konsensusu lazımdır. Belə bir konsensus əldə olundu.

Buna baxmayaraq, Avropa İttifaqına hələlik rəhbərlik edən şəxslər fəaliyyətlərinə davam edirlər. Məsələn Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk əvvəlcə Ukraynaya, oradan isə Azərbaycana səfər etdi. Polşalı siyasətçi olan Tusk Ukraynana dəstək verir və Rusiyanın siyasətini sərt tənqid edir. Məsələn Rusiya prezidenti Vladimir Putin son müsahibəsində dedi ki, “liberal dəyərlər artıq işləmir”. Buna münasibət bildirən Donald Tusk Avropanın liberal dəyərlərdən imtina etməyəcini bildirdi. Yəni Tusk Putinə demək istədi ki, Rusiya prezidentinin liberal dəyərlər barədə fikirləri yanlışdır.

Donald Tusk iyulun 9-da Azərbaycana gələrək prezident İlham Əliyevlə görüşdü. Bu görüşdə bir neçə amil diqqəti çəkdi.

Birincisi, Azərbaycanın iştirakçısı olduğu enerji layihələri və qazın Avropaya çatdırılması ətrafında fikir mübadiləsi aparıldı. Tusk bu əməkdaşlığı yüksək qiymətləndirdi və İlham Əliyevin bu istiqamətdəki səylərini dəstəklədiklərini dedi.

İkincisi, İlham Əliyev diqqəti Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının işğal altında qalmasına yönəltdi. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də göstərir.

Üçüncüsü, Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlıq sazişinin imzalanması vacibliyi vurğulandı. Danışıqlar hələ davam edir. Sənədin böyük hissəsi artır hazırdır.

Dördüncüsü, Donald Tusk İlham Əliyevlə görüşdə qanunu aliliyinə, insan haqları və digər azadlıqlara diqqəti çəkdi. Yəni Tusk demək istədi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq enerji və təhlükəsizlik mövzuları ilə yanaşı demokratiya məsələrini də əsas tutacaq. Təsadüfi deyil ki, Donald Tusk prezident İlham Əliyevlə yanaşı Bakıda vəətndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb, fikir mübadiləsi aparıb.

Beləliklə, bu Donald Tuskun Avropa İttifaqı Şurasının Prezidenti qismində Azərbaycana son səfəri idi. Bundan sonra rəsmi Bakı Avropa İttifaqının yeni rəhbərləri ilə işləyəcək. Azərbaycan gələn ildən başlayaraq Avropaya qaz nəql edəcək. Digər tərəfdən Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqına üzv ölkələrdir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanması vacibdir. Bu saziş birinci növbədə Azərbaycana lazımdır ki, Avropa İttifaqı ilə münasibətlərin dəqiq çizgiləri müəyyənləşsin.

“Atlas” Araşdırmalar Mərkəzi
Elhan Şahinoğlu

Yorumlar