KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. ATİF İSLAMZADƏ: UKRAYNADA GEDƏN MÜHARİBƏ ƏSASƏN TÜRKİYƏNİ ZƏİFLƏTMƏK ÜÇÜNDÜR!

ATİF İSLAMZADƏ: UKRAYNADA GEDƏN MÜHARİBƏ ƏSASƏN TÜRKİYƏNİ ZƏİFLƏTMƏK ÜÇÜNDÜR!

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
540 0

Sayın R.T.Erdoğan yenə haqlı çıxdı. Qərb və Avropa yenə ümumi bəyanatlardan o tərəfə getmədi. Ukrayna Rusiya qarşısında tək qaldı. Bunu Ukrayna prezidenti də təsdiq etdi. Dildə hüquq və demokratiyanın qarantı olan Qərb müharibənin qarşısını ala bilmədi. Əlbəttə, burada əsas günahkar işğalçı Rusiyadır. Ancaq Qərb və Avropanın da az günahı yoxdur. Həftələrlə ABŞ və onu müdafiə edən ölkələr münasibətləri aqressivləşdirdi. Gərək olursa, Ukraynanın NATO-ya qəbul olunmasına söz verdilər. Son günlərdə isə ABŞ və Avropa qəflətən öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı. Eyni zamanda “Müharibə olacaq!” məlumatlarını hər zaman birmənalı olaraq elan etdilər. Bəli, dedikləri kimi müharibə oldu. Ancaq düşünən olmadı ki, müharibə necə və niyə oldu? Birincisi, müstəqil ölkənin ərazisini bütünlüklə işğal etmək üçün hərəkətə keçmək bütün beynəlxalq müqavilələrə ziddir. Bir zaman faşizmi bəhanə edərək 1945-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi izvündən biri olan Rusiya bu gün başqa dövləti işğal edir və ya işğal etmək üçün hücuma keçir, müxtəlif iqtisadi sanksiyalar tətbiq edilsə də, TŞ-dan çıxarılmır. Buna cavab tapmaq mümkün deyil. İkincisi, ABŞ Və NATO (anlaşılması üçün NATO yazırıq) müharibəyə bir neçə gün qalmış Ukraynaya Rusiya hücum edərsə, heç bir qoşun göndərməyəcəklərini bəyan edirlər. Təbiidir ki, Rusiya kəşfiyyatı bunun doğruluğunu təsbit etdikdən sonra özündən zəif olan Ukraynaya hücum təşkil edir. İnanın ki, ABŞ və NATO bu bəyanatı verməsəydi Rusiya Ukraynanı işğal etmək ambisiyasından ehtiyat edəcəkdi. Çünki bütün aparıcı dünya dövlətləri ilə Rusiya savaşa bilməz. Təbiidir ki, bu da cavabı olmayan suallardan biridir. Üçüncüsü, Rusiya Ukrayna ilə təkbaşına savaşmır, Belorusiya, Rusiya yönümlü Çeçünistan qüvvələri və s. ilə Ukraynanın üzərinə gedir. Bu da onu göstərir ki, Rusiyanın üzərinə getmək üçün gözəl fürsət yaranır, lakin Rusiya ilə qarşı-qarşıya duran ABŞ və Avropa üçün bu heç bir əsas vermir. Əlbəttə, hələlik görünən budur. Daha sonra hadisələrin hansı yöndə inkişaf edəcəyi də Ukraynanın dayana bilməsindən asılı olacaq. Onu da qeyd etmək lazımdır ki, Rusiya heç zaman tatix boyunca özü ilə eyni çəkidə və yaxud özündən təhlükəli bildiyi dövlətlərlə savaşmayıb. Bunu bilmək üçün tarixi azacıq vərəqləmək kifayət edər. Yalnız zəifləmiş imperiya və ya dövlətlərlə savaşa girən Rusiya güclü dövlətlərlə qurduğu koalisiya ilə hərəkət edib. Napaleona qarşı səkkiz koalisiya quran Rusiya ona bu şəkildə qalib gələ bilmişdi. Məlumdur ki, Napaleon Moskvaya qədər gəlib çıxmışdı. Hitler də Moskva yaxınlığına qədər gəlib çıxdı. Yalnız başqa dövlətlərlə müqavilə bağlanıb ABŞ və İngiltərənin köməyi ilə ikinci cəbhə açıldıqdan sonra Hitler geri çəkildi və bu şəkildə uduzdu. Maraqlıdır sonra Rusiyanın siyasi təbliğatçıları bu müharibələri öz qələbləri kimi təqdim etdilər. Biz demək istəyirik ki, ruslar savaşçı deyillər. Rusiyanın üzərinə düşüb onları sərhədlərinə kimi qovmaq mümkündür. ABŞ və Avropa bu istiqamətdə hərəkət edərsə, məqsədinə çatar. Nəticə də o olar ki, Rusiya bir daha heç bir xarici dövlətin ərazisinə girməyə cəsarət etməz.
Rusiyanın nüvə silahınının və kosmik (sputnik və s) texnologiyasının olması da özünü doğrultmur. Bir müddət bundan əvvəl kosmos stsansiyasını izafi xərclər üçün məhv edib okeana atan Rusiya bunun mənasızlığını özü təsdiq etdi. Atom müharibəsinə gəlincə, bu gün bir çox ölkələrdə nüvə silahları var və onlardan istifadə etməyə qalarsa, başqa ölkələr də istifadə edə bilər. Yəni əslində istifadə etmək mümkünsüzdür və bu savaşda qalib olmaz. Buna görə də bunu bəhanə edərək saxta “Rusiya mifi” yaratmağın heç bir mənası yoxdur.
Bəs Rusiyanın başqa respublikalara saldırmasına niyə bu qədər şərait yaradılır? Bizim gəldiyimiz qənaət budur ki, bu XXI əsrin Türk əsri olmasıdır. Yəni get-gedə Türkiyə başda olmaqla türk faktoru güclənir. Türkiyə dünya dövlətinə çevrilir. Türkiyənin isə mənəvi-tarixi baxımdan fərqliliyi indiki dünya dövlətləri ilə uyğun gəlmir. Çünki Türk ədaləti özünü hər zaman göstərir. Bu ədalət İslam ədalətinə söykənir. Uca Allahın qanunlarına əsaslanır. Haqq və haqsızlığın, ədalət və ədalətsizliyin mübarizəsində iblisləşmiş dünya münasibətləri bir-birinə qarşı dayansa da birləşməyə çalışır. Türkiyənin türk respublikaları üzərində və müsliman dövlətlərində aparıcı dünya dövlətinə çevrilməyə başlaması super dövlətləri qane etmir. Onlar hər vəchlə buna mane olmağa çalışır. Ukrayna isə xaçpərəst dövlətləri arasında Türkiyə ilə ən isti münasibət quran ölkədir. Ukraynanın hərbi ticarətinin birinci dövləti Türkiyədir. Bunu başqa dövlətlətlər də bilir. Qərb və Avropa Türkiyənin dünya dövləti olmasına, hətta xristian ölkələri arasında söz sahibinə çevrilməsinə imkan vermək istəmir. Çünki onlar üçün bütün halda pis xristian yaxşı müslimandan irəlidir. Bunu bir zaman Türkiyəni AB-yə götürmək istəməyən AB sədri də demişdi ki, “Türkiyə heç zaman AB-nin üzvü ola bilməyəcək. Çünki AB xristian dövlətlərindən ibarətdir”. Bu söz 20 il əvvəl deyilib. Ancaq bu gün də Türkiyə deyildiyi kimi AB üzvü ola bilməyib. Buna görə də Rusiyaya müəyyən qədər imkan tanınır ki, ola bildiyi qədər Türkiyədən irəlidə ola bilsin. Hətta Türkiyə Nato dövləti olsa belə müslİman-türk dövlətidir. Həm türklüyün, həm müslimanlığIn önə çıxmasını istəmirlər.
Siyasi-hərbi proseslərin Ukraynada aparılması da təsadüf deyil. Qazaxıstandan Ukraynaya adlamaq Türkiyə faktoruun burada əsas səbəb olduğunu gizlətmək üçündür. Ancaq qeyd etdiyimiz kimi Türkiyənin Ukrayna ilə hərbi-siyasi ittifaqı yenə də bu gizliliyi gün üzünə çıxarır.
Rusiyanın birmənalı şəkildə müdafiə olunması da mümkün deyil. Çünki bütün halda işğalçı dövlətdir. Buna görə Rusiyanı həm iqtisadi cəhətdən, həm də hərbi-siyasi cəhətdən cəzalandıracaqlar. Belə deyək ki, Ukraynadan qovacaqlar. Necə ki, yaxın keçmişdə Tiflis yaxınlığına qədər getməsinə baxmayaraq Gürcüstandan, bir az qabaq isə iki gün içində Qazaxıstandan qovublar. İndi də Ukraynadan çıxmağa məcbur edəcəklər. Ancaq eyni zamanda Türkiyənin nüfuz dairəsinə girməyə başlayan ölkələrdə eyni şəkildə fəaliyyət göstərməsinə, yeri gəldikdə sülhməramlı, yeri gəldikdə işğalçı kimi bu ölkələrdə yaxın gələcəkdə aqressiv addımlar atmasına səbəb olacaqlar. Bir sözlə, həm Türkiyənin dünya dövlətinə çevrilməsinin qarşısını almağa çalışacaqlar, həm də Rusiyanın çox geniş səviyyədə qanad açmasına imkan verməyəcəklər.
Bizə belə gəlir ki, Ukraynaya Rusiyanın girişi bir çox səbəbləriylə birgə əsas etibarilə bu səbəbdən qaynaqlanır. Yoxsa Rusiya düşünülən kimi qeyri-adi qüvvəyə malik ölkə deyil. Sadəcə qeyd etdiyimiz kimi özündən zəiflərin üstünə getməyə hər zaman hazırdır. Ancaq tarixin təkəri geri dönmədiyi kimi Türkiyənin bu şəkildə qarşısını kəsmək mümkün olmayacaq. Türkiyə artıq dünya dövlətinə çevrilməyə başlayıb. Bunun qarşısını kəsmək üçün bütün türk xalqlarının mövcud olmaması lazımdır. Aydın məsələdir ki, Milli öndərimiz M.Ə.Rəsulzadənin dediyi kimi “Türk Birliyi mütləq mümkün olacaqdır!”. Təbiidir ki, bunun üçün müəyyən qədər zaman lazımdır. Ancaq o zaman çox uzaqda deyil. Biz indi XXI əsrin iki onilliyini adlamışıq. Ümid edirik ki, strateqlərin proqnozları reallaşacaq və XXI əsr Türk əsri olacaq!
Əlbəttə, Müzəffər olan yalnız Uca Allahdır!

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir