KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: SİYASİLƏR ARASINDA HEÇ ZAMAN HƏMRƏYLİK OLMAYIB!

ATİF İSLAMZADƏ: SİYASİLƏR ARASINDA HEÇ ZAMAN HƏMRƏYLİK OLMAYIB!

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
472 0

Siyasi qüvvələr arasında heç zaman həmrəylik olmayıb. Yalnız reklam və təbliğat məqsədiylə atılan addımlar olub. Siyasi liderlər üzlərinə mehriban ifadə verib uşaqlarla şəkil çəkdirirlər. Hətta imkan olduqda onları qucaqlarına alıb, başlarını sığallayıb, xoş sözlər deyirlər. Ancaq imkan düşən kimi elə həmin uşaqların yaşadığı ölkəyə hücum edirlər, başlarına bomba tökürlər, evləri raketlə vururlar. Nəzərə almırlar ki, bu qan-qırğın yaratdığı yerlərdə həmin uşaqlar yaralanır və yaxud da ölür. Ən azından başını sığalladığığı o uşaqlar yetim qalır. Ən yaxşı halda isə qaçqın düşüb, min bir məşəqqətlə elə uşaq vaxtından rastlaşmalı olurlar. Belə uşaq sevgisi, belə dostluq, belə həmrəylİk olurmu?
Bu gün Rusiyanın Ukraynaya öz ambisiyaları üçün etdiyi hücum hansı həmrəyliyə uyğun gəlir? Təsəvvür edin ki, hər iki ölkə xaçpərəst ölkəsidir, hər iki ölkə xristian cərəyanlarından olan provaslavdır. Katoloiklərlə provaslavlar arasında kəskin ziddiyyət, hətta tarixi düşmənçilik olduğunu bilirik, ancaq provaslavın bu şəkildə müharibə edəcəyini zənn etməzdik. Dildə dini, insanlığı, bərabərliyi, həmrəyliyi şüar edən Rusiya öz provaslav qardaşına bunu edirsə, demək deyilənlər ancaq yalandan ibarətdir. Heç olmasa pasxa günlərində müharibəyə müvəqqəti də olsa, fasilə verməyən zalımlar bir daha göstərir ki, din dövlətdə yalnız siyasi məqsədləri həyata keçirmək üçün vasitədir. Nə inanc deyil, nə din deyil, ancaq ticarətdir. Din tacirliyi edənlər təəssüf ki, milyonlarla kütlələri din yürütdüyünə, inanc daşıdığına, həmrəylik nağıllarına inandırırlar. Halbuki siyasilər arasında heç zaman həmrəylik olmur, yalnız mənfəət və ticarət olur. Bu mənfəət və ticarət uyğun gəlirsə, həmrəy ola bilirlər, uyğun gəlmirsə düşmən olurlar. Hətta qardaş olsalar belə bu heç nəyi dəyişmir. Rusiya-Ukrayna müharibəsindən çıxaracağımız bir dərs də budur.
Elə bu əbəbdən də heç zaman siyasi liderlərin nağıllarına inanmaq doğru deyil. Rusiyanın Ukraynaya hücumunun arxasında çox səbəb durur. İnşəllah bu müharibədə Rusiya məğlub olacaq. Ancaq bu müharibədən yalnız Rusiya ilə bağlı deyil, bütün dünya liderləri ilə bağlı qənaət çıxarmaq lazımdır. Siyasəti yalan üzərində quranlar dünyanı bu gün bu vəziyyətə gətirib çıxarıblar. “Yalanın ömrü az olar”- deyiblər. Həmrəylik haqqında yalanların ömrünün az olduğu elə bu müharibədə də bir daha üzə çıxdı.

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir