Զոհվածների որոնողական աշխատանքների ժամանակ գտնվել են երկու զինծառայողների մարմիններ

Yaxın Şərqdə Kürd kartı parçalanmaya xidmət edir

Doğu Akdeniz’de Gerginlik Tırmanıyor

Давид Мкртчян: Эрдоган уже четвертый раз комментирует события в Армении и вновь поддерживает Пашиняна

ATİF İSLAMZADƏ: NÖVBƏ CƏNUBİ QAFQAZA ÇATIB!

Gündem 14 Ağustos 2021
44
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Məsələ Jirinovskilik deyil. Məsələ İsfəndiyar Vahabzadəlik də deyil. Jirinovskinin illərlə dediyinə Vahabzadə bir dəfə tutarlı cavab verib. O da ondan ötrü ki, illərlə Jirinovskiyə heç kim cavab verməyib. O da cavab verməyə məcbur olub. Necə deyərlər “Söyülmək istəmirsənsə, söyməməyə çalış!”, “Döymə taxta qapımı, döyməyim dəmir qapını!”. Ancaq əslində məsələ çox dərindədir. Əgər məsələ “donuz” sözü olsaydı onsuz da rus ad-soyadlarının böyük bir qismi elə öz dillərində heyvan adlarıdır. Bunu isə onlara Vahabzadə qoymayıb, I Pyotr töhfə edib, bu gün də övladları bu soyadları fəxrlə daşıyırlar. Məsələ Jirinovskinin də söyülməsi deyil. Onsuz da Jrinovskini sarsaq hərəkətlərinə görə hər gün söyürlər. Həm bizimkilər, həm özününkülər. Buna görə də heç kim indiyə qədər məhkəməyə verilməyib. Ümumiyyətlə bu cür məsələlərə görə məhkəmə olmur. Əgər olars, illərlə uzanar, heç bir nəticəsi olmaz. Bu kimi məsələlər siyasi bəyanat, müsahibə və s. populist səviyyədən uzağa getmir. Sadəcə siyasi dvidentlər ya qazanılır, ya itirilir.
Məsələ daha dərində, siyasətin əslindədir. Artıq Rusiya anlamağa başlayır ki, Varşava müqaviləsi ölkəsi kimi hər yerdən çıxarıldığı kimi növbə Cənubi Qafqaza çatıb. Artıq buradan da çıxarılır. Biz yaxın tarixdə bunun şahidi olacağıq. Bir qədər ağır olacaq. Qan da, qırğın da, toqquşma da, söyüşmə də olacaq. Amma olacaq! Tarixin təkəri geriyə dönmür. Artıq proses başlayıb. Gürcüstan əvvəl Rusiyanın əlindən alındı, indi də Azərbaycan alınır. Buna əngəl olmaq istəyənlər tarixin zibilliyinə atılacaqlar! Biz yaxın dövrlərdə bunun şahidi olacağıq. Bu qaçılmaz prosesdir. Geriyə yol yoxdur! Fəallaşmağa çalışan rusiyapərəst qüvvələr də Musabəyov kimi sadəcə özlərini ifşa edəcəklər. Artıq Ermənistan da seçkilərdə Rusiyanın əlindən alındı. Rusuya heç vəchlə Paşinyanın qalmasını istəmirdi. Ancaq bu prosesə maneə ola bilmədi. Çünki bütün Cənubi Qafqazın onun əlindən alınmasından böyük təşviş keçirir. Jirinovskinin aqressiyası da buradan irəli gəlir. Ancaq unutmaq lazım deyil ki, artıq hədələmək yolu ilə prosesləri geriyə qaytarmaq mümkün deyil. ABŞ demokratlarının hakimiyyətə gəlməsi də bu prosesləri sürətləndirib. Biz bu baxımdan hələ çox jrinovskilərin qışqır-bağırtılarını eşidəcəyik. Ancaq onun səsi öz qulaqlarından başqa heç kimə çatmayacaq. Artıq bütün ölkələr Rusiyadan qurtulmağa qətiyyətlə çalışırlar. Buna nail də olacaqlar. Azərbaycanda bu proseslərin sürətlənməsi üçün elə Jirinovski kimilərin aqressiyası lazımdır. Çünki təsir əks təsirə bərabərdir!

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru

Yorumlar