KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: NİZAMİ VƏ NƏVAİ “XƏMSƏ”LƏRİNİN ÖYRƏNİLMƏSİ ÜMMƏT VƏ MİLLƏT MƏSƏLƏSİDİR

ATİF İSLAMZADƏ: NİZAMİ VƏ NƏVAİ “XƏMSƏ”LƏRİNİN ÖYRƏNİLMƏSİ ÜMMƏT VƏ MİLLƏT MƏSƏLƏSİDİR

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
573 0

21-22 iyun AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Zoom platforması üzərindən keçirilən tədbirdə Azərbaycanın tanınmış alimləri iştirak edib. Beynəlxalq konfrans olduğu üçün yalnız Azərbaycan deyil, eyni zamanda Türkiyə Cümhuriyyəti, Giresun Universitetinin, Özbəkistan Elmlər Akademiyasının, Özbəkistan, Nəvai Dövlət Pedaqoji İnstitutunun, Özbəkistan, Buxara Dövlət Universitetinin, Türkmənistan Elmlər Akademiyasının, Türkmənistan Dövlət Universitetinin, İran İslam Respublikasının Zəncan Universitetinin və s. ölkələrin tanınmış alimləri konfransa qatılıb, öz məruzələri ilə çıxış etmişlər.
Konfransada filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin də “Nizami və Nəvai “Xəmsə”lərində yazılı ədəbiyyata keçid edən folklor janrlarının fiqurasiyaları” məruzəsi maraqla qarşılanmışdır. Məruzənin qısa mətnini sizə təqdim edirik: Nizami Gəncəvi və Əlişir Nəvai yalnız şərq ədəbiyyatının deyil, bütün dünya ədəbiyyatının görkəmli nümayəndələridirlər. Xəmsə yazılması baxımından təbiidir ki, əsas məktəb N.Gəncəvidir. Çünki Nizamidən sonra məhz xəmsələr ya bütünlüklə yazılmış, yaxud da bu xəmsədən bir və daha artıq əsərlər qələmə alınmışdır. Eyni zamanda bu istiqamətdə əsər yazan hər bir müəllif Nizaminin adını və möhtəşəm sənətkarlığını qeyd etməklə bu məktəbin davamçısı olduqlarını etiraf etmişdir.
Ə. Nəvai “Xəmsə” si ona görə çox diqqətə layiqdir ki, bu əsərlər türk dilində yazılmışdır. Yəni türkcədə ilk xəmsə Ə.Nəvainin “Xəmsə”sidir. Çünki bir çox sənətkarlara məktəb olan Nizami “Xəmsə”si məlumdur ki, fars dilində qələmə alınmışdır.
N.Gəncəvinin və Ə.Nəvainin meydana qoyduğu beş qiymətli əsər özündə geniş folklor spesifikasını daşımaqdadır. Biz bu məruzədə hər iki möhtəşəm sənətkarın fars və türk dillərində yazdıqları bu əsərlərdə yazılı ədəbiyyata keçid edən folklor janrlarını araşdırmağı qarşımıza məqsəd qoymuşuq. Məlumdur ki, Nizamidə də, Nəvaidə də yazılan bu əsərlərin süjet və motivləri folklordan yazılı ədəbiyyata keçid etmişdir. Yəni hər iki xəmsə yazılı ədəbiyyat nümunələri olmaqla bərabər folklora söykənmiş və aldıqları mövzuları əsas etibarilə folklor janrları əsasında oxuculara təqdim etmişlər. Bu əsərlər başdan-başa folklor janrları kimi əfsanə və rəvayət üzərində qurulmuş, əsərlərdə atalar sözləri, deyimlər, nağıllar və s. folklor janrları yazılı ədəbiyyat nümunəsinə çevrilmişdir.
Bu məruzədə eyni zamanda folklor janrlarının yazılı ədəbiyyata keçidi prosesində süjet və motiv fiqurasiyaları da izah olunmuş, folklor və yazılı ədəbiyyatın vahid mədəniyyət təşkil etdiyi aydınlaşdırılmışdır.
Azərbaycan-türk ədəbiyyatının, mədəniyyət və tarixinin əhəmiyyətli hadisəsi olduğu üçün Nizami Gəncəvi və Əlişir Nəvai irsinin müqayisəli şəkildə kütləvi auditoriyaya təqdim olunması faydalı fəaliyyətdir.

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir